‏نمایش پست‌ها با برچسب Duz. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب Duz. نمایش همه پست‌ها

۱۳۹۲/۰۶/۰۷

Artemia Urmiana’nın nəsli tükəndi

Umud Urmulu
Urmiye Gölündə Artemia Urmiana’nın nəslinin tükənməsi Güney Azərbaycan’da büyük bir insan köçü olacağının ön görüşü ola bilər. Artemia Urmiana’nın nəslinin tükənməsinə rağmən iran devləti Urmiye Gölünü yenidən canlandırmaq üçün bir addım bilə atmamışdır və atmasıda ön görüləməz. seçkilərdən öncə Həsən Ruhani Urmiye şəhərinə gəldiği zaman devlətdə sorumlu olduğu haldə ilk işi Urmiye Gölünün qurumasını gündəmə gətirmək olacağını söz vermişdi ancaq yürütmədə sorumlu da oldu hələ Urmiye Gölü susuzdur.
Iran Artemia araşdırmalar mərkəzinin başxanı Urmiye Gölündə bulnan Artemia Urmiana’nın ekonomik olaraq bölgədə büyük qatqaıları olduğunu söyləmişdir, ancaq onun dediklərinə görə illərdir Urmiye Gölündən Artemia Urmiana ürətilməməkdə və bir başqa deyişlə bu canlının nəsli tükənmişdir. Urmiye Gölü Artemiasinin ürəməsi kəsılmış və eləcə Əli Mohsunpurun deiğinə görə indi Urmiye Gölündə bir tək Artemia bulunmamaqdadır. 
Artemianin ürəməsinin kəsılmə nədənı Urmiye Gölündə Duz oranının artması və suyun Duza doyma seviyəsinə gəlməsi açıqlanmaqdadır. Verilərə görə 1996-1995 ci illərdə Artemianin ən çox ürətildiği il olaraq bilinməktədir, eləcə hər il 300 – 400 ton Artemia Urmiye Gölündən ürətilmişdir. 
Artemia duzlu göllərdə yaşayan bir canlıdır və Artemia Urmiana dünyada yanlız Güney Azərbaycanda bulunan Urmiye gölündə yaşamaqdadır və dünyada görülməyən özəlliklərə sahibdir.

۱۳۹۲/۰۵/۱۳

Urmiye Gölünün Üçde ikisi Duzluğa Çevrilmişdir

Güney Azərbaycan, Urmiye: iran’da Çölləşmənı Önləmək amaclı yaradılan Çalışma Qrupu Başxanı Güney Azərbaycan’da Bulunan Urmiye Gölünün üçdə ikisinin Duz Səhrasına çevrildiğini açıqladı. 
Məhəmməd Dərvişə Görə Urmiye Gölünün Su Seviyəsinin ən yaxşı Durumu daşıdğı illərdə Üzölçümü 540 min Hektar olmuşdur indi isə 360 – 390 min Hektar bu ölçüdən Duzluğa çevrildiğini söyləyir, o Susuzluq nədənilə 360 – 390 Hektar Urmiye Gölünün Alanının Duz Səhrasına çevrilməsini açıqlamaqdadır.
Dərvişin dediklərinə Görə bu bilgilərə dayanaraq Urmiye Gölünün üçdə ikisinin Duz Səhrasına çevrildiğini açıqlaya bilərik, artı Yel Yönünün bölgədə Batıdan doğuya olduğu üçün Urmiye Gölünün Doğusunda bulunan bütün bölgələrdə getdikcə Duz fırtınalarının etgiləri görünməktədir. Eləcə Marağa, Azərşəhr vs kimi şəhərlərdə indidən Duz fırtınalari görünməsı çox düşündürücüdür.
Urmiye Gölü Duz fırtınalarının əsməsı Toprağı zəhərləməktə və bölgədə Əkinçilik alanlarına büyük zərbə vurmaqdadır.
Tərəfsiz uzmanlarıa Görə Urmiye Gölü iran devlətinin Baraj tikmə Siyasətləri, yalnış su yönətimi vs kimi nədənlərdən dolayı Quruduldu.

۱۳۹۲/۰۳/۱۰

Urmiye Gölü 12.000 ildir bu Durumda olmamış(2)


Umud Urmulu
- Urmiye Gölünə başqa yelərdən Su gətirmə tasarısının sounucu nə oldu?
Bu tasarı həmiş masada olmuş ancaq su gətirmək istənilən yerdə əyər yanlış hesab edərsək yeni bir ekolojik sorunla qarşı qarşıya olarıq.  Urmiye Gölünə Araz çayından 100 milıyon metr kub su gətirmək istənildi ancaq bu tasarım ən az 5 il bundan öncə başlamalıdı və bugün qullanımı halində olmalıydı ancaq belə dəyil və olmadı. Urmiye Gölü indiklik 20 milyard metr kub suya ethiyaci var və Araz çayından gətirilən 100 milyon metr kub bilə Urmiye Gölünü qoruma qüçün heç bir etgisi olamaz. Urmiye Gölünün hər il yanlız 1 milyard metr kub suyu buxarlaşır, iran devlətinin başqa tasarımlarıda bilim dışı olduğu üçün eyni sonuc yaratacağını ön görmək olur. Bir ekolojik fəlakəti önləmək üçün yeni bir ekolojik fəlakətin yaranmasına gərək yox və Urmiye Gölünü qorumaq və yenidən canlandirmaq üçün Araz Gölünün qurumasına gərək yox. Iranli bir çox doğa və çevre uzmanı iran devlətinin bu tasarısına tepki göstərdilər və mən inanmiram bu tasarı gərçəkləşə. Devlətin ilk işi bölgədəki Ulusu Urmiye Gölünün qurumasından sonra yaranan fəlakət haqqında bilgiləndirmək gərəkir, insanların bir çoxu Urmiye Gölü quruduqdan sonra nə olacağını bilməməktədirlər. əkinçilik sistemində dəyişiklər olamlıdır və daha az su qullanan türlər əkilməlidirlər, yeni sulama sistemindən qullanmaq lazim, Su quyularin hamısı yasaqlanmalıdır vs gərək iran devləti Türkiyə, Quzey Azərbaycan, ermənistan və iraqdan Turist bölgəyə gətirərək bölgə ekonomisinə yön verib və əkinçilikdən uzaqlaşdıra.
- iran devlətində bu işlərlə uğraşan hansı örgütlər var, bu örgütlər Öz sorumluluqlarını yerinə gətirirlər mi?
Iran’da bu qonuda bir neçə örgüt çalışmaqdadır, bunların bəzisi baxan olaraq bəzəisi isə daha aşağı seviyələrdə çalışmaqdadırlar. Öncə dilə gətirdiğim kimi Urmiye Gölünə tökülməsi gərəkən su ölçümü bəlli uzmanlar tərəfindən bəlirləndi ancaq bu olay indiyədək gərçəkləşmədi və necə gərçəkləşməsi üçün də heç bir tasarım yoxdur.  Bu qonuda iran çevrə Baxanı, Əkinçilik örgütü, sudan sorumlu baxan və bir çox devlət seviyəsəndə olan örgüt və baxanlar söz sahibidirlər və eləcə bu qədər bəlirsiz və sormululuq daşıyan örgütlərın hər birisi öz sorumluluğun yerinə gətirmədiği üçün bugün Urmiye Gölünü qorumaq üçün heç bir iş iləriləməmktədir.
 - bir çox bölgəsəl və kürəsəl doğa və Çevre Uzmanı Urmiye Gölünün quruması sonucu yaradılan fəlakət haqqında bilgi vermişlər, sizcə Urmiye Gölü quruyursa hansı bir fəlakətlə qarşı qarşı olacayıq?
Urmiye Gölünün alanı 5.2 milyon hektardır və Urmiye Gölü quruyursa bilə Aral Gölü kimi bir balaca bölümü yaşayacaqdır, ancaq Gölün qurumasından doğuracaq yan etgilər qorxuncdur. Urmiye Gölü Qurumaya başladıqdan sonra bölgənin hava istiliği 2 dərəcə artmışdır və Urmiye Gölü daha Günəş Enerjisini alıb və bölgə istiliğini azalta bilmir və tərsinə Göl üzərində olan Duzlara Günəş dəydikdən sonra Duzlar enerjini bir daha ekolojiyə geri qaytarır və bu bölgədə pis etgilər yaradır. Urmiye gölü quruması büyük ölçüdə Tuz duman və Duzların bölgədə artmasına yol açacaqdır və olayın ən qorxuncu budur. Urmiye Gölü çevrəsindəki bütün şəhər və yerləşim yerləri Duz, Tuz və Duman başladıqdan sonra boşaltılmalı olacaqdır və yaşam imkansiz, bu durumda bölgəsəl zorunlu köçlər başlayacaqdır.  Artı olaraq Duz Sunamılər başlamağını bir çox çevre və doğa uzmanına görə olasılığı daha yüksəkdir və eləcə Duz sunamısı başldıqdan sonra bölgədə əkinçilik bütünlüklə yox olacaqdır. Bu durum daha az seviyədə Aral Gölü quruduqdan sonra görüldü ancaq Urmiye Gölü duzlu olduğu üçün durum daha gərgin və qorxunc olacaqdır. Çeşidli yayqın xətəliklər və kanserlərin yaranmasıda Doktorlar tərəfindən ön görülməktədir və bu olayı görməməzlikdə gəlmək olmaz. Bir sözlər demək olur Urmiye Gölü quruyursa bölgə yox olacaqdır və insanlığın yaşadığı gündən bəri ən büyük zorunlu Köç Güney Azərbaycan’da gərçəkləşəcəkdir.   
- danışıqlarınızda Urmiye Gölünün qorunmasından bir şeylər söylədiniz, sizcə Urmiye Gölünü necə qorumaq olur və bu durumdan çıxarmaq üçün nə yapılmalı? 
Gərək Urmiye Gölü su yönətimini yenidən tərifləyək və Urmiye Gölü su alanlarına görə qullanımını tərfik edək. Urmiye Gölü 4 milyard metr kub su ürətə bilir və bunun dışında heç bir su qullanımına izin verməməliyik, əkinçilik alanları yeni sulama sistemləriə su qullanımını daha azaltmalıdırlar, Barajlardan bəlli ölçüdə Su Urmiye Gölünə axıtılmalıdır, əkinçilik türlərini yenidən gözdən keçirmək lazim və daha az su qullanan ürünlər əkilməlidir vs bəlkə bu yöntəmləri qullanarsaq Urmiye Gölü 10 il içində öncəki durumua yox ancaq Qanyan Yarının yanləız Qanını durdura bilərik. saydığım yöntəmlərin ən önəmlisi bölgədə Baraj tikməyi durdurmaq və var olan Barajlardan Urmiye Gölünə su axıtmaqdır, bununla yanı sıra bölgədə ekonomiklə ilgili dəyişiklər olmalıdır, bölgədə əkinçilik dən Başqa ekonomi alanlarına keçid sağlanılmalıdır və bu işi iran devləti görməlidir yoxsa Çevrə və Urmiye Gölü yox olur.

۱۳۹۲/۰۳/۰۳

Urmiye Gölü 12.000 ildir bu Durumda olmamış(1)


Umud Urmulu
Güney Azərbaycan, Urmiye: roozonline.com düşərgəsi (sitə) iran’da tanınmış Doğa və Çevre Uzmanı olan Məhəmməd Dərvişlə Urmiye Gölü haqqında bir söyləşı olmuşdur, biz Lake Urmia News veblogu olaraq bu söyləşi latin Türkcəmizə çevriərək oxuculara sunuruq.
- Urmiye Gölü indi nə durumdadır?
Iran’da doğa və Çevreilə ilgili bilimsəl çalışmalara Görə Urmiye Gölü bugün ən krizli dönəmini Yaşamaqdadır və əldə olan bilgilər 12.000 il bundan öncədə Urmiye Gölünün durumunu bugünkü kimin göstərməməktədir. əyər Urmiye gölünün ən yaxşı durumunu 1996 sanarsaq o zaman Urmiye Gölünün Azad  su qaynaqlarından seviyəsini 1278 metr olmasila birlikdə bugün bu seviyə 1270 metdədir. Bu ölçü görülüdüğü kimi Urmiye Gölünün 7 metr suyun 15 il içində azaldığının göstərgəsidir. əyər Urmiye Gölünün ən dərin bölgəsını azad sulardan 1267 sanarsaq bu Gölün çox yaxın zamanda təmamən Quruması anlamını göstərir. Urmiye Gölünün Quzey bölgələrinin dərinliği 12 metr olub ancaq indiki dərinlik 3 metrdır və durumun yaxşıca göstərgəsi...
- siz Urmiye Gölünün ən yaxşı durumunu 1996 ci ili göstərməktəsiniz, o zamandan bugünədək Urmiye Gölü başına nə gəlibdir?
Urmiye Gölü yarandıqdan sonra bəzən Quraqlıqla qarşı qarşıya olmuşdur ancaq bu quraqlıqlar heç bir zaman bugünku kimi olmamışdır. 16 il bundan öncədən başlayaraq Urmiye Gölünün durumu hər Gün keçdikcə daha gərginləşmişdir, bu sürəc bugünədək dəvam etdi və bugün 100 hektar Urmiye Gölü alanlarından Duz səhrasına çevrilmişdir. Urmiye Gölünün bugünku durumu düşmə nədəni ilk olaraq iran devlətinin Urmiye Gölünə baxışından qaynaqlanmaqdadır, adı keçənə illərdə iran’da Su yönətimilə ilgili insanlar Urmiye Gölünü Əkinçilik və insan yaşamına bir təhlükə olaraq tərif və reklam etmişlər. O illərdə Urmiye və başqa Güney Azərbaycan şəhərlərində qonuila ilgili iran devlətinin çeşidli konferanslari olmuş ki necə Urmiye Gölünün suyunun iləriləməsini önləyək, bəzən bu koneferanslarda bilə ilginç tasarımlar gündəmi gəlmişdir eləcə Urmiye Gölünü Araz çayına kanlla bağlamaq bu ilginç tasarımlardan sayılmaqdadır. Bu baxış Urmiye Gölü su hövzəsində əkinçilik alanlarının qat qat artmasına göz yomaraq bugünədək yanlız 30 il içində bölgədə Tarım alanının 2 qat artmasına nədən oldu. əkinçilik alanları bölgədə 30 il içində 320 hektardan 680 hektrata yüksəldi və eləcə Su tükətimidə artı. Hər hektar 10 min metr kub su tükətməktədir və yeni artırılan 360 hektar ən azı 3.6 milyard metr kub su tükətiminə yol açdı. Urmiye Gölünün su alanı 7 milyard metr kub olmuş və görüldüğü kimi bu sayının yarısı 30 ildə artırılan əkinçilik alanları tərəfindən tükətilmişdir, bu tükətim Urmiye Gölünü bugünku durumuna gətirdi. Urmiye Gölündən normal su qullanımı 3.1 milyard metr kubdur ancaq ən çox biz 4 milyard metr kub qullana bilərdik ancaq Əkinçilik alanlarının artması bu durumu çox dəyişdirdi. Əkinçilik alanlarının artması Su tükətimini çox alamasını gətirərək Urmiye Gölünün qurumasını sürətləndirdi və artı olaraq bölgədə əkinçilər Yasal yoxsa Yasa dışı Su qoyularıyla da durumu daha gərginləşdirdilər. Iran devlətinin son bilgilərinə Görə bölgədə 42.000 Yasal su Qoyusu və 30.000 yasa dışı su qoyusu bulunmadqdır, bunları artı olaraq bölgədə 72 böyük və kiçik Baraj tikilmişdir. Urmiye Gölü üzərində tikilən Barajlar əkinçiləri Su qonusunda rahatlayaraq bəzən quraqlıq dönəm olmasına rağmən bölgədə meyvə ürətimi bilə 40% artdı ancaq bu artış Urmiye Gölünün qurumasın nədən oldu və durumu bugün ortada. Bunların hamısı iran devlətinin Su yönətimilə ilgili yanlış hesablarının olduğunun göstərgəsidir. 
- Urmiye Gölü sorunları nə zamadan başladı və Urmiye Gölünü qorumaq yolu varmıdır? 
4 il bundan öncə Urmiye Gölü su hövzəsində ki əyalətlərın valılərı bir araya gələrək Urmiye gölünü qorumaq amaclı bir bəlgəyə imza atdılar. Bu Tuğralı (rəsmi)bəlgəyə Görə Sulama sistemində büyük dəyişiklər olub və sudan daha yaxşı yayarlanma oranı 30% dən 60% çıxarılamsı ön görüldü. Ikinci görülməsı gərəkə iş Yasa dışı su qoyularını bütünlüklə bağlanması ön görüldü və yeni su quyularının tikilməsinə də izin verilməməsi önərildi. Eləcə Urmiye Gölü üzərinə yeni Baraj tikməkdə durduruldu. Bu işlərin bəzisi az ölçüdə gərçəkləşdi və bəzisi heç gərçəkləşmədi ancaq bu işlərin heç birisi Urmiye Gölünü qorumaq amaclı dəyildi, təməl sorun Urmiye Gölünə tökülən suların bəlirlənməsi və o suyu Barajlardan axtarılmasıdır. Bir sıra çevre və Doğa uzmanı olaraq Urmiye Gölünə tökülməsı gərəkən su 1.8 milyard metr kub olaraq bəlirləndi ancaq ginə bu Axtarılması gərəkən su haqqında heç bir addım atılmayıb və bu tasarıda gərçəkləşmədı.

۱۳۹۱/۱۱/۱۵

Urmiye Gölünün Gerilemesi bölge Ekinçiliğini Pis Etgilemektedir


Güney Azərbaycan, Urmiye: iran dövləti və bütün fars medyasi Urmiye Gölünün sorununu sansür etməktədir ancaq bəzən bu iki ortaq qrupun sansürüna rağmən Urmiye Gölü haqqında iran dövləti meyasinda bir sıra Sözlər Sıza bilir, anlatılan qonular az çox Urmiye Gölünün durumunu göstərməktədir ancaq bu pis duruma rağmən indiyədək iran dövləti Urmiye Gölünü qorumaq amaclı bir addım olsa bilə atmamaqdadır və yanlız hər neçə aydan bir propaganda yaparaq olası Türk Ulusunun yenidən Ayaqlanmasını əngəlləməyi önləməktədir. Bugün iranin Tuğralı (rəsmı) Sanal xəbər düşərgəsi (sitə)olan farsnews.com da yayınlanan bilgilərə Görə Doğu Azərbaycan əkinçilik örgütünün başxanı Urmiye Gölünün Qurumasına deyinərək indilik 204 Hektar əkinçilik alanının yanlız Doğu Azərbaycan’da pis etgiləndiğini söyləmişdir. Iran dövlətinin bilgilərinə Görə 204 hektar Doğu Azərbaycanin 100 də 6 Əkinçilik alanı deməkdir və Urmiye gölünün qurumasını düşnərsək bu alan necə önümüzdəki illər genişləyəciğini ön görmək olur.
Məhəmmədiyan’a Görə Azərşəhər bölgəsindəki əkinçilik alanları Urmiye Gölünün suyunun Geriləməsi nədənilə büyük zərər görmüşdür və bu durum belə dəvam edərsə əkinçilər daha çox zərər görəcəklər. onun dediğinə Görə bölgədəki bir çox Su Quyusu bugün Duzlanmışdır və suyun keyfiyyəti heç yaxşı dəyildir. Azərşəhər bölgəsində 210 Su quyusu bulunmaqdadır ancaq bu quyuların bir çoxu bugün çalışmamaqdadır.  
Doğu Azərbaycan Əkinçilik örgütünün başxaninin dediğinə Görə bölgədə Sulama və əkin türlərini yenidən gözdən keçimək gərəkir və daha az su qullanan türlərdən yararlanılmalı yoxsa əkinçilik bir dəfəlik bölgədə yox ola bilir.

۱۳۹۱/۱۱/۰۲

Urmiye Gölünü Quruldan Barajlar (2)


Güney Azərbaycan, Urmiye: dəfələrcə Lake Urmia News blogunda yaydığımız bilgilərdə Urmiye Gölünün qurumasında Tikilən Sayısızca Barajın böyük etgisi olduğunu söyləyərək iran dövləti bu qonuyu basdırmağa və Urmiye Gölü qurudulmasını sözdə iqlim dəyişkliği vs həvalə etməyə çalışdığını söyləmişik, anacq ilk olaraq iranin Çevre və doğa Mühəndisləri örgütünün başxanı iranin Tuğralı (rəsmı) medaysila verdiği söyləşidə Urmiye Gölü Qurumasında tikilən barajların böyük etgisi olduğunu söyləyərək bir ilkə imza atmış. Biz Lake Urmia News yönəticiləri olaraq bu söyləşi Öz Andilimiz Türkcəyə çevirib və ikinci Bölümünü oxuyuxulara sunuruq.
Soru: indi Urmiye Göl su hövzəsində bu qədər əkinçilik alanın genişləyibdir, biz Urmiye Gölünü yenidən Canlandırmaq üçün əkinçiliyə bölgədə yox deməliyik yoxsa başqa işlərdə də Görmək olur?
Yanıd: ötəki ildə gərçəkləşən bir konferansda mən özəl olaraq bu qonu haqqında bir bilimsəl məqaləiylə qatılmışdım və Toplantıda mən Sulama sistemində dəyişiklər olamsını vurğuladım. Bilimsəl verilərə Görə biz Urmiye Gölü su hövzəsində tükətilən 5.5 milyard kub Suyu 4.5 milyard Kub suya çox az sürəc içində gətirək. Bu 1 milyard Artıq olan Su Urmiye Gölünə axtırılmalıdır.
Soru: Urmiye Gölünə axtarılan bu su etgili ola bilər mi?
Yanıd: tabii bu ölçüdə Su Urmiye Gölü sorununu bitirməz ancaq Urmiye Gölünün yarayan bir Yaraya hesab edərsək bu ölçüdə Su onun Qanıyan yarasını durdura bilər. Urmiye Gölünü yenidən canlandırmaq üçün tikilən Barajlardan Urmiye Gölünə bəllı ölçüdə Su axtarılmalıdır, gərək bölgədəki yasa dışı Su Qoyularına bir çarəmiz ola. Ancaq ən önəmlisi tikilən Barajlardan Urmiye Gölünə Su Axtarmaqdır.
Soru: Urmiye Gölü su hövzəsində neçə Baraj Bulunmaqdadır?
Yanıd: iran Dövlətinin Tuğralı verilərinə görə son 20 il içində Urmiye Gölü üzərinə 22 Yeni Baraj tikilmişdir ancaq 8 Baraj indilik qullanımda Ardı tikilmək sürəci yoxsa Araşdırmadadır. Doğu Azərbaycan Urmiye Gölü Su hövzəsində 36 Baraj bulunmaqdadır bu 36 Barajdan 22 indi qullanılır və ardı təmamən bitib yoxsa bitmək üzərədir. Bu Barajların Hamısı iranda Sudan sorumlu baxan tərəfindən tikilməyib və tərsinə iranin əkinçilik örgütü də Urmiye Gölü Su hövzəsində bir neçə balaca Baraj tikmişdir. Kürdistan Əyalətində də 4 Baraj bulunmaqdadır.    
Soru: sizin dedklərinizlə son 33 ildə Urmiye Gölü üzərinə tikilən baraj sayısı 62 olmaqdadır da ?
Yanıd: evət, ancaq bu 62 Baraj son 33 ildir Tikilmişdir.
Soru: Urmiye Gölü üzərinə tikilən Barajlar Urmiye Gölündə nə etgisi olubdur?
Yanıd: iranda Tuğralı olaraq Su dan sorumlu baxan Urmiye Gölü üzərində tikilən Barajları savunmaqdadır və Barajların Urmiye Gölünün qurumasında etgisi olmadığını söyləməktədir, onların uzmanlarına Görə Urmiye Gölü iqlim dəyişikləği üzərə qurumaq sürəcini yaşamaqda və Tikilən Barajlar yanlız 5% Urmiye Gölünün qurumasında etgili olmuşlar. Ancaq qonuya tərəfsiz yaxınlaşan Doğa və Çevre Uzmanları bu qonuyu rədd edərək Urmiye Gölü üzərində tikilən Barajlarin Urmiye Gölünün qurumasında böyük rolları olduğunu söyləməktədirlər. Onlara Görə tikilən Barajlar Urmiye Gölünə Axan Suların yönünün dəyişdirərək Gölə bir Damca suda axtarılmasını önləmışlər.  
Soru: Toplum Sayısı Artışı, Tikilən Barajların Artması və əkinçilik alanının 2 qat olması İranin iləriyə addım atmasıyla ilgilidir. Biz iranin bu qonularda iləriləməsinin Urmiye Gölünün Qurumasına nədən olaraq göstərə bilərik? Yoxsa iləriləmək və gəlişim üçün Urmiye Gölünün qurudulmasına gərək yox?
Yanıd: iranin saydığınız alanlarda iləriləməsi Urmiye Gölü və iranin başqa çevre və Doğa Alanlarında etgisi olub ancaq bunları qurudan nədən sayılmamlıdır. Iranin 30 ildə Nüfus sayımı 2 qat olub və Əkinçilik alanında iləriləməmiz imkansizdir. Ancaq sorun bu iləriləmədə Çevre və doğaya verdiğimiz zərərlərdir, biz çevre və Doğani görməməzlikdən gələrək Yaşadığımız çevreyə böyük zərərlər vermişik və Bugün Urmiye Gölünün qurudulması bu düşüncənin gətirdiği sonucudur. Iran yetgililəri iləriləməni yanlış hesab Edərək Çevreni yox saymışlar və yanlış yönətimlərdən doğurduğu sonucular bugün iranin hər bir çevre və Doğasından yaxşıca Gözlər önündədir. Örnək üçün Bəxtigan Gölməçəsidə eyni durumdadır və bölgədə Bəxtigan Gölməçəsinə tökülən suların önündə Barajlar tikildiği üçün bugün Bəxtigan Gölməçəsi Urmiye Gölü kimin eyni durumdadır. 
Soru: Urmiye – Təbriz Arasında tikilən körpü Urmiye Gölünün qurumasında etgili olub mu?
Yanıd: mən bu alanda Uzman dəyiləm ancaq qonula iligli uzmanlara Görə evət etgili olub və Urmiye – Təbriz Körpüsünün tikilməsi Urmiye Gölünün suyunun dolanmasında etgili olubdur.
Soru: bu sürəcin ardı Urmiye Gölünün bir dəfəlik yox edə bilər mi? Urmiye Gölü nə zaman bütünlüklə Quruyacaqdır?
Yanıd: Evtə. əyər iran dövləti Urmiye Gölünə Axtarılamsi gərəkən Sular haqqında bir iş Görməzsə Urmiye Gölünün qurumaq sürəci dəvam edib və Urmiye Gölü bütünlüklə Quruyacaqdır. Bu olay eynən Aral Gölündə də Yaşanmışdır.  
Ancaq Urmiye Gölünün kəsın ömür biçmək görə biləcəğimiz işlər, yağış oranı, Doğa və çevre vs kimin nədənlərə bağlıdır. Ancaq ön görülə bilən budur, əyər bu sürəc dəvam edərsə Urmiye Gölünün quruması kəsin və qaçınılmazdır.
Soru: Urmiye Gölü 10 il içində Quruyur mu?
Yanıd: dəqiq olaraq bunu söyləmək olmaz ancaq bilimsəl araşdırmalar bu sürəcin dəvam etməsini hesab edərək 3-5 il ömür kəsməktədırlər.
Soru: elə sanaq Urmiye Gölü bütünlüklə Quruyub və yer üzərindən sılındı, o zaman nə olacaqdır?
Yanıd: Urmiye gölündə təxminən 10 milyard Ton Duz bulunmaqdadır və Urmiye Gölü quruduqdan sonra bu Duzlar bölgədəki Fırtınalara eşlık edərək Bölgənı bütünlüklə yox edər, bölgədə Yaşam imkansiz olur, çeşidli kanserlər və xəstəliklər yayılır və demək olur yüz ilimizin çevre və Doğa Fəlakətinin birlikdə yaşarıq.
Düşünün Urmiye Gölünün qurudan əkinçilik sonucunda Urmiye Gölü quruduqdan sonra yox olur.
Soru: Tikilən Barajlarla nə etmək gərəkir?
Yanıd: Barajlarini tikilməsi önəmlidir ancaq daha önəmlisi Urmiye Gölünə axan sularıda Tikilən Barajlarda ön görməkdir. Gərək Barajlardan Daşqınlar və çeşidli yollarla yığılan suları bəllı ölçüdə Urmiye gölünə yönləndirək. Tikilən Barajların bir bölümü bölgədə Daşqınları önləmək üçün tikilibdir ancaq bu hesablari doğru düzgün etməzsək indiki kimin Urmiye Gölünə bir damca su Axmasını kəsıb və Gölü bugünkü duruma gətirmiş oluruq. Barajlarin Yönətimi son dərəcə önəmlidir.
Soru: iran Dövləti Araz Gölündən Urmiye Gölünə su gətirmək istəyir, bu iş Urmiye Gölünə yarar mı?
Yanıd: Araz Çayında var olan suların yarısı iranin və yarisi Azərbaycanindir. Iran dövləti Azərbaycan dövlətinə demədən Araz çayının suyunu Urmiye Gölünə axtaramaz. Ötə yandan Araz çayından Su qullanmaq iran dövləti üçün Muğan bölgəsi haqqında sorumluluq doğar və Muğan bölgəsinin su tükətimini hesablamadan iran dövləti Su qullanamaz. Bilimsəl veriərə Görə Araz Çayının bütün suyu bilə Urmiye Gölünün qurudulmasını önləyəməz.    
Soru: Urmiye Gölünə Axan çaylar hansıdır?
Yanıd: Urmiye Gölünə çox sayıda su axmaqdadır. Cığatı, Tatu, Soyuqbulaq (Qodnarma adı Mahabad) vs hamısı Urmiye Gölünə Su axrmaqdadırlar. 
Soru: bəs sizə Görə Urmiye Gölünün yenidən canladırmaq yolu əkinçilik alanından Suyun azalması və Tikilən Barajlardan Su Axtarılmasıdır?
Yanıd: Evət. əkinçilik alanı və Urmiye Gölünə axan sular arasıdnan bir normamlaşma sürəci olmalıdır. Biz Sulama sistemlərini yeniləyərək Su tükətimində böyük yararlar sağlaya bilərik. Mənim eşitdiğimə Görə iranin əkinçilik örgütü bu yöndə ilk addımları atrmaqdadır. 
Soru: Urmiye Gölünün quruması Təbriz, Urmiye və bölgədəki bir neçə Türk şəhərində Göstəriləri yol açaraq qonuyu siyasiləşdirdi, sizcə qonu siyasi midir?
Yanıd: Evət, Təbriz, Urmiey və bölgə Ulusu ilk olaraq Urmiye Gölü qurumasından etgilənəckdir və onları barışçıl Göstəri haqqları vardır ancaq nədən dövlət də normal alqlanmadı mən söyləyəməm. Bölgədki insanlar Urmiye gölünün qurumasila birlikdə hər alanda etgili olacaqlarını ön görməktədirlər, Urmiye gölü başı başına bölgə Ulusunun Ekonomik, Turizm, çevrə, Su , əkinçilik,iqlim vs alanlarında etgili olaraq böyük önəm daşımaqdadır. Iran dövləti yeni tekonoloji və bilimsəl yöntəmlərlə Urmiye Gölünün qurumasını əngəlləməlidir və bölgə insanida bunu istəyir.

۱۳۹۱/۱۰/۱۸

Urmiye Gölü Üz Ölçümü 30% Azalmışdır

Güney Azərbaycan, Urmiye: Uydudan alınan Urmiye Gölü Görüntüləri 2013 ilinin ilk ayında alınmışdır və ilginç olaraq ginə bütün iran Dövlətinin Propagandalarına rağmən Urmiye Gölü ötəki ilə Görə 30% Üz Ölçümünü əldən verib və kiçilmişdir.
Iran dövlətinin Tuğralı (rəsmi) verilərinə Görə Urmiye Gölünün üz Ölçümü 2009 ci ilin Ocaq ayında 5000 km açıqlanmışdır ancaq 2013 ilinin Ocaq ayında bu Üz plçümü 3500 km olaraq görülməktədir və eləcə Urmiye Gölü yanlız 1 il içində 1500 km Üz ölüçümünü əldən verib və kiçilmişdir, bu 1500 km Urmiye Gölünün 30% deməkdir.
Bütün bu Olumsuz Xəbərlərə Rağmən iran dövləti sözdə Urmiye Gölünün qorumaq amaclı boş boş Konferanslar keçirmək dışında indiyədək heç bir addım atmamaqda israrlidir. Eləcə iran’li Doğa və Çevrə Uzmanlarına Görə Urmiye Gölü Çevre sorunu ən az 10-15 il olur iran dövləti sorumlularına ilətilmiş ancq nədən 10-15 il Sorumlular’dan heç bir addım olmamış çox ilginçdir.
Bölgəsəl və küsərəl Doğa və Çevre uzmanlarına Görə Urmiye gölü üzərinə tikilən Barajlar Urmiye Gölü qurumsında büyük rolları olubdur və Barajlar Urmiye Gölü quruması dışında bölgənin ekoloji sisteminədə büyük zəzərlər vurmuşdur. Barajlar dışında Əkinçilik alanine 2 qat artması, yanlış su yönətimi, əskı sulama sistemi vs olaraq Urmiye Gölünün Qurumasında etgili olduğu söylənilməktədir. Urmiye Gölü bütünlüklə quruyursa bu yüz ilin Çevre Fəlakəti olaraq milyonlarca insanin Bölgədən köç etməsinə nədən olacaq və Dünyanın ən büyük köçü yaşanacaqdır, bilmsəl olaraq birinci mərhələdə ən az 6.000.000 insan köçməli olacaqdır. 


۱۳۹۱/۰۹/۰۱

Urmiye Gölünün Qorunması üçün 90% Önlemler Uyğulanmamışdır


Güney Azərbaycan, Urmiye: sonunda iran dövlətinin Çevre və Doğa ilili ən üst yetkilisi Urmiye Gölünü qorumaq qonusunda iran dövlətinin gizlətdiği gərçəklərı Gözlər önünə sərdı.
Iranin Çevre və Doğa Örgütü başxanı olan məhəmməd Cavad məhəmmədizadə bir neçə gün bundan öncə iran dövlətinin Urmiye Gölünün qorunmaq üçün 90% önlənən işlərın uyğulanmasınıdilə gətirdi, birinci dəfə olaraq Urmiye Gölü qorunması üçün bu tür açıqca iran dövlətının davranışı və baxşı açısı dilləndirilməktədir.
Iran çevre və doğa örgütnün başxanına Görə Urmiye Gölü qorunması üçün ayrılan büdcə ötən il az çox gərçəkləşmişdir ancaq bu büdcənin gərçəkləşməsi Urmiye Gölünü qorunması üçün 10% olması gərəkən işlərdən sayılmaqdadır.
Məhəmmədizadənin dediğinə Görə Urmiye Gölünü yenidən canlandırmaq üçün iranda sulama sistemi dəyişlə ancaq bir çox tərəfsiz doğa və çevre uzmanına Görə iranin Sulama sistemi çox əskı olduğu üçün ən azı 5-10 il sulama sistemini yeniləmək üçün zaman gərəkır ancaq Urmiye Gölü 3-5 il içində belə gedərsə quruması kəsın görülməktədır. 
bölgəsəl və dünya çapında doğa və Çevre uzmanları Urmiye Gölünün qurumasını tikilən sayısızca Barajlara bağlamaqdadırlar onlara Görə iran dövlətı Urmiye Gölünün su haqqını hesaba qatmadan tikdiği Barajlar Doğa su axıntısında sorun yaratmış və ötə yandan iran dövlətı bölgənı əkinçilik Alanlı elan etdiği üçün iran ilsam devrimindən sonra Urmiye Gölü su hövzəsində əkinçilik alanı 2 qat olmuşdur.

۱۳۹۱/۰۸/۲۵

Urmiye Gölü Quruyorsa Yaxşıdır


Güney Azərbaycan, Urmiye: iran sınırlarında bulunan Türk Ulusu Urmiye Gölünü yenidən canlandirmaq üçün yürütdüğü hər çaba qarşısında sözdə iranin bilim adamı olan Pəviz Kərduanı adlı birisi ilginç olaraq Urmiye Gölünün qurudulamsının gərəkdiğini vurğulamaqdadır.
Bu insanin dediğinə Görə Güney Azərbaycanin Urmiye Gölüsü quruyursa Ulusun xeyrinə olacaqdır və Urmiye Gölünün yenidən canlandirmaq üçün heç bir yol yoxdur, ona Görə Urmiye Gölü quruyursa ən azı yeni və ən büyük təhlükələrı önləmək olur.
Iranin sözdə bu bilim adamına Görə Urmiye Gölü su hövzəsində olan yeraltı suların hamısının durumu yaxşı olmadığı üçün Urmiye Gölünü yenidən canlandirmaq imkansidir və Urmiye Gölü Suyunun duzlanması və Quruması dəvam edəcəkdir. Bu sözdə bilim adamının dediğinə Görə iran dövləti Urmiye Gölünün indilik olaraq Qurumağını önləyə bilir ancaq uzun sürəcdə Urmiye Gölü quruyacaqdır və bölgə Ulusu ekonomik və çevresəl olaraq böyük fəlakətlərlə qarşı qarşıya olacaqlar.
Sözdə bu iranli bilim adamına Görə Urmiye Gölünün ən önəmli nədəni 50 il bundan öncə olan Su quyularıdır və tikilən sayısızca Baraj, yanlış su yönətimi vs Urmiye Gölü qurumasında etgisi olmamışdır. 
Bu sözdə bilim adamına Görə iran dövləti Urmiye Gölünü Qurudubdur ancaq daha böyük fəlakətləri önləmək üçün Urmiye Gölünün bütünlüklə quruması toplum üçün daha yaxşı olacaqdır.

۱۳۹۱/۰۸/۱۸

Doğu Azerbaycan’da Urmiye Gölü Duzlu fırtınaları Artacaqdır


Güney Azərbaycan, Təbriz: iranin Tuğralı Sanal medyası olan İsna Düşərgəsinin yaydığı bilgilərə Görə Urmiye Gölünün quruamsı nədənılə Doğu Azərbaycanda Duzlu Fırtınaların artacağı ön görülməktədır.
Güney Azərbaycanin Urmiye Gölü quruması nədənilə Bölgədə çox böyük Duzluq Ərazı yaranmaqdır və hər keçən Gün Duzlu fırtınalrın əsməsı Bölgə Ulusunu əndişələndirməktədir.
Indiyədək Güney Azərbaycanin Urmiye, Salmas, Miyana, Əhər vs kimin şəhərlərində çox sayıda Duzlu Fırtınaların əsməsınə şahid olmuşuq ancaq iran dövlətı bu Duzlu fırtınaların əsməsını Gizlətməktədir.
Doğu Azərbaycanda Yeraltı suların azalması nədənılə zatən sorun yaşamaqdadır və bir çox bölgənin suyu bugün Urmiye Gölü quruması nədənılə Duzlanmışdır, ancaq əyər Urmiye Gölünün quruması belə dəvam edərsə yaxın zaman Doğu Azərbaycanda Duzlu fırtınaların əsməsı artacaqdır və yaşam imkansi ola bilir.
Iran dövlətı bir neçə vaxt olur Urmiye Gölünü qurutmaqdan sonraya düşünməktədir, eləcə bugün Urmiye Gölü çevrəsində bir çox yerdə Duzlu fırtınaları önləmək üçün quraqlıq ağacları əkilməktədir. 
Iran dövlətinin Urmiye Gölü qunusunda ilgisizliğinə rağmən tərəfsiz Doğa və çevre Uzmanları Urmiye Gölünün ölümünü önləmək üçün önərilər sunmaqdadırlar ancaq bu önəriləri duyan yox . tərəfsiz çevre və Doğa Uzmanlarına Görə iran dövlətı əyər tikilən barajlardan Urmiye Gölünə su haqqı tanırsa Urmiye Gölü kəsinliklə qurumayacaqdır və zaman içərisində özünü yenidən canlandıra biləcəkdir ancaq iran dövlətı Urmiye Gölünün qurutmaqda israrlidir.

۱۳۹۱/۰۸/۰۵

Urmiye Gölü Duz fırtınaları Salams Şəhərinə Çatdı


Iranin HRANA(Human Rihgts Activitis News Agency) Örgünün düşüərgəsinin (sitə) yaydığı bilgilərə Görə Urmiye Gölünün Duz fırtınaları Güney Azərbaycanin Salmas şəhərinə çatmışdır.
Güney Azərbaycanda bulunan Urmiye Gölünün quruması zaman keçdikcə böyük çevre və doğa sorunları yaratmaya dəvam etməktədir və bir çox uzmanın dediğinə Görə Urmiye Gölü Quruması içində bulunduğumuz yüz ilin çevresel fəlakəti adlandırılmaqdadır.
Urmiye Şəhəri və yaxın çevrəsində Duz fırtınalarının əsməsı neçə ay bundan öncə Gündəmə gəlmişdir ancaq iran dövləti və qonuila ilgili yetkililər Qonuyu kökdən görməməzlikdən gələrək Urmiye Gölündə Duz fırtınalarının yaranmasını rəd etmişlər ancaq bu dəfə Güney Azərbaycanin Salams şəhərindəki əkinçilər tərəfindən Urmiye Gölü Duz fırtınaları görülmüşdür.
Iranin HRANA(Human Rihgts Activitis News Agency) Örgünün yaydığı bilgilərə görə Güney Azərbaycanin Salmas şəhərindəki insanlar bir neçə ay olur Göz və Ağciyər xəstəlikləri çox yayqın bir biçimdə Ulusda görülməktədir və Doktorlara Görə Salmas şəhərində əsən Urmiye Gölü duz fırtınalarının nədən olaraq göstərməktədirlər.
Ötə yandan iran Sağlıq baxanlığı salmas bölgəsində Duzlu Havalardan yaranacaq xəstəliklərin yayılamsının təhlükəsi haqqında bir bildirgə yayınlamışdır. Ancaq ilginç olaraq bu olumsuz xəbərlərə rağmən Urmiye Gölüün qurumasını önləmək üçün iran dövləti tərəfindən bir addım olsa bilə atılmamaqdadır və sanki iran dövləti öz əlilə Urmiye Gölünün qurudur bir hava yaranmışdır. Urmiye Gölünün qurumasını Gündəmə gətirmək üçün Türk Ulusu olaraq ötəد aylar və illərdə dəfələrcə Təbriz, Urmiye, Ərdəbil başda olmaqla birlikdə çevresel göstərilər gərçəkləşmişdir ancaq iran rejimi bu çevresel göstəriləri qanlı bir biçimdə basdırmağı bacarmışdır.

۱۳۹۱/۰۶/۲۰

Urmiye Gölünün 70% Duzlu Çölə Dönüşdü


Güney Azərbaycan, Urmiye: Batı Azərbaycan Çevre və Doğadan Sorumlu baxanı Urmiye Gölünün 300 hektari Duzlu çölə Dönüşdüğünü açıqladı və Urmiye Gölünün nə qədər gərgin bir durum daşıdığını iran dövlət medyasını anlatdı.
Hüseyn Abbasnejad bir neçə gün bundan öncə Urmiye Gölünün 70% qurumasını söyləyərək bu çevresel fəlakətini baqşa açıdan dəyərləndirdi, onun dediklərinə Görə Urmiye Gölünün quruamsını önləmək üçün işlər çox yavaş yürüməktədir.
Buludlari Toxumlamaq (Cloud seeding), Sulama sistemində Dəyişklər, başqa Su hövzələrindən Urmiye gölünə su gətirmək kimin tasarılar üçün ayrılan büdcə gərçkləşməməktədir.
Abbasnejada Görə yağılan yağış və daşqınlar Urmiye Gölündə heç etgisi olmayıb və eləcə Urmiye Gölünün illik Su ehtiayci 3.1 milyard kub olduğu üçün bu tür yağışlar yanlız bölgədə nəmı artaraq bir balaca sürəclik Buxarlaşmanın önünü kəsməktədir.
Abbasnejada Görə Şəhər çayı Səddinin ən azı 30 qatında Su bəlkə Urmiye Gölünün susuzluğunu önləyə bilir. Neçə il bundan öncə Cığatı çayının Suyu Urmiye gölünə gətiriləcəktir ancaq bu olay gərçəkləşmədi və indi anlamsızdır.
Əsğr Məmdi Fazil Doğa və çeşid Türləri örgütnün başxanı neçə ay bunan öncə Urmiye gölünün 65% quruduğunu söyləmişdir, eləcə iran dövlətini verilərinə Görə Urmiye gölündən yanlız 35% qalmışdır. Fazilin dediğinə Görə Urmiye gölünün bir çox bölgəsi Duz oranının çox olma nədənilə Qızarmış və eləcə bu durumda Urmiye Gölünün Yaşam Hikayəsənin ən gözəl göstərgəsidir.
Mahmid Əhmədinejad dövləti bu il Urmiye Gölünün ölümünü önləmək üçün büdcə ayırmasını söyləmişdir ancaq bu olay gərçəkləşmədi. Eləcə bir neçə vaxt bundan öncə iran Dövləti Araz çayından Urmiye Gölünə su gətirmək tasarısını gündəmə gətirmişdi ancaq bu tasrının gərçəkləşməsi ən azı 5-10 il işidir və Urmiye Gölü 3-5 ilidək quruyacaqdır, ötə yandan bir çoxu Doğa və Çevre uzamanına Görə iran dövləti bu işi görərsə Araz bölgəsi ekolojik bir fəlakətlə qarşı olacaqdır.  
Urmiye gölünün 70% qurumasına Rağmən iran dövləti indiyədək Urmiye Gölünün ölümünü önləmək üçün bir addım bilə atmayıb və tərsinə içi boş tasarıları gündəmə gətirməklə zamanı yandırmağa çalışır.

۱۳۹۱/۰۶/۱۶

Duz Fırtınaları iran Şeherlerini bürüyəcəkdir


Güney Azərbaycan, Urmiye: Urmiye'li millət vəkilinin dediğinə Görə çox yaxın zamanda Batı Azərbaycan, Doğu Azərbaycan vs kimin bölgələr və şəhərlərdə Urmiye Gölü duz fırtınalari nədənilə yaşamaq imaknsiz olacaqdır.
iran Məclisinin Sağlıq və Dərman komisyonu üyəsi Millət Düşərəgəsilə (sitə) verdiği raporda çox yaxın gələcəkdə Urmiye Gölündə Duz fırtınalar başlamasını söyləyərək bu Duz fırtınaları yaxın zamanda bir çox şəhəri bürüyəcəğini savundu.
fəttahinin dediğinə Görə Dəri, Göz, çeşidli kanserlər vs Urmiye Gölünün qurumasıla bölgədə başlayıb və yayılacaqdır.
ötəki illərdə Güney Azərbaycanda bulunan Urmiye Gölünün suyu çox azalmış və eləcə bilimsəl və iran dövlətini verilərinə Görə 65% qurumuş və öngörüşlərə görə 3-5 ilədək bələ gedərsə təmamən quruyacaqdır.
Urmiye'li millət vəkilinin dediğinə Görə Urmiye Gölünün durumu belə dəvam edərsə bölgəsəl bir soruna dönüşərək bir fəlakət ortaya çıxacaqdır.
Güney Azərbaycan çevre sevən insanlar neçə vaxt bundan öncə Urmiye Gölündə başlayan duz fırtınalarından Görüntü çəkərək sanal ortamda paylaşmışlar ancaq iran dövləti Duz fırtınalarının varlığını rəd etdi. 
çevre və Doğa uzmanlarına Görə Urmiye Gölü duz fırtınaları başladıqdan sonra əkinçilik və Yaşam bölgədə məhv olacaqdır.  
iran'da tanınmış Çöl Astronomisiniə Görə Urmiye Gölü 14 ildir gərgin durumda və bu bir neçə il içində durumu o qədər dərınləşmış ki iran dövlətı gizlədə bilmir, Pərviz Kərdovanıyə Görə iran dövləti Urmiye Gölünü qorumaq haqqında slogandan başqa bir iş görməməkdədir. Kərdovanıyə Görə Urmiye Gölünün yaşam yolu Zap çayından gölə su gətiməkdir, o Araz çayından Urmiye Gölünə su gətirməy ibir yeni çevresel fəlakət və xəyanət olaraq adlandırır.
iran sınırlarından bulunan Türklər Urmiye, Təbriz və bir çox şəhərdə dəfələrcə Urmiye Gölünün qurumasına qarşı çevresel göstərilər yapmışlar ancaq iran dövlət ıqanlı bir biçimdə bu çevresel göstəriləri basdırmışdır.

۱۳۹۱/۰۶/۰۵

Urmiye Gölünün 20 milyard metr kub suya ehtiayci var

Güney Azərbaycan, Urmiye: isti sezon başladi və daha isti Günlər gəlməktədir, Urmiye Gölünün ən qorxunc durumu yenidən başlamaqdadır. Urmiye Gölünün Quruması havaların istiləşməsilə daha sürətlnib və Suyun buxarlaşması daha sürət qazanacaqdır.  
Urmiye Gölü 15-16 il bundan öncədən Qurumağa başlamışdır, eləcə bu illərdə Urmiye Gölnün suyu 6 metrdən çox azalıb və gərçək anlamda qorxunc bir durum ortaya çıxmışdır.
Urmiye Gölü su hövzəsi ekosistem baxımından iran və Güney Azərbaycanin ən önəmli bölgələrindən sayılır və Urmiye Gölünün qurumaqdan qurtarılamsı üçün bir Ulusal istək gərəkir.
Bilimsəl bilgilərə Görə 15 il olur Urmiye Gölünün suyu azalmaqdadır, eləcə dünya Çevre və Doğa örgütləri Urmiye Gölünü qorumaq üçün iran dövletine maddı yardım ilətməkdədirlər. 
Urmiye Gölü özəl özəliklərə sahib olduğu üçün Dünyada ekolojik dəyər sayılıb  və dünya da Qorunması gərəkən alanlar listəsində yer almaqdadır. Urmiye Gölünün 102 Adası var.  
Urmiye Gölünün alanı 570 tənəfdir(hektar), Urmiye Gölü alanınad çox sayıda özəl heyvanlar, bitiklər vs bulunmaqdadır, ancaq Gölünü quruamsila birlikdə bu türlərin hamısı yox olmaq zorundadırlar. Urmiye gölü bugün 20 milyard kup suya ehtiayci var.  
Ancaq bütün bu olumsuz xəbərlər və bilgilərə rağmən ginə iran dövləti və çevre və Doğadan ilgili baxanlari xəyali tasarıları gündəmə gətirməkdədirlər. Eləcə Araz Gölündən Urmiye gölünüə su gətirmə tasarısı iran dövlətinin dediğinə Görə hazirlanmiş ancaq bu planin gərçəkləşməsi üçün böyük bir büdcə və zaman gərəkir, ancaq kəsin olaraq bunların heç birisi dövlət tərəfindən gərçəkləşməyib və gərçəkləşməməkdədir.  Iran dövləti yetkililəri yanlız Urmiye gölünün qurumamasini Umudlara və xəyallara bağlamışlar və prtaik olarq heç bir addım atmamaqda israr edirlər.

۱۳۹۱/۰۵/۰۷

Bilim Adamları: Urmiye Gölü Qurumaqda


Güney Azərbaycan, Urmiye: Uydudan alınan Son bilgilər Urmiye Gölünün durumunu ilişgin bir daha aydınlatma gətirdi.
alınan son Görüntü Urmiye Gölünün Quruduğunu açıqca göstərməkdədir, eləcə Urmiye Gölünün Güney bölgələri daha sürətli bir ölçüdə qurumaqdadır.
Dünya çevre və Doğa Uzmanlarına Görə Yanlış su yönətimi, Əski Sulama sistemi, tikilnə sayısızca sədd, yağış oranı,Əkinçilik alanının 2 qat olması vs Urmiye Gölünün qurudulmasına ən önəmli nədənlər sayılmaqdadır.
Urmiye Gölü harada?
Türkiyədən sonra ən çox Türkcə Danışan ölk iran və Güney Azərbaycan sınırlarında yer almaqdadır, Urmiye Gölü Türkiyənin van Gölündən 147 km uzaqlıqda olub və Duzlu bir gölə sahibdir. Urmiye şəhəri Batı Azərbaycan əyalətinin mərkəzidir və Təbrizdən sonra Urmiye Türk kimliyinin çox olduğu bir şəhər olub və Türk şəhəridir ancaq şəhərin 10-15% kürd, erməni ,asuri, yəhudi vs yaşamaqdadır.
Görüntü üçün Qaynaq

۱۳۹۱/۰۵/۰۴

Scientists Warn of Dangers of Shrinking Lake Urmia


Lake Urmia is a salt lake in northwestern Iran, near Iran’s border with Turkey. The lake is between the Iranian provinces of East Azerbaijan and West Azerbaijan, west of the southern portion of the similarly shaped Caspian Sea. It is the largest lake in the Middle East, and the third largest salt water lake on earth. Lake Urmia is home to some 212 species of birds, 41 reptiles, 7 amphibians, and 27 species of mammals,including the yellow deer. It is an internationally registered protected area as both a UNESCO Biosphere Reserve and a Ramsar site. The Iranian Dept. of Environment has designated most of the lake as a "National Park". Lake Urmia has 102 islands. For a Turkish transcription of a list of their names, see this link.
The lake is a major barrier between two of the most important cities in West Azerbaijan and East Azerbaijan provinces, Urmia and Tabriz. A bridge across the lake was completed in 2008 (visible as a white line across the middle of the lake). However, experts have warned that the construction of the causeway and bridge, together with a series of ecological factors, will eventually lead to the drying up of the lake, turning it into a salt marsh which will directly affect the climate of the region.
Lake Urmia has been shrinking for a long time, with an annual evaporation rate of 0.6m to 1m (24 to 39 inches). Although measures are now being taken to reverse the trend the lake has shrunk by 60 percent and could disappear entirely.
source

۱۳۹۱/۰۵/۰۳

Urmiye Gölü Qurumasi ve Buludlari Toxumlamaq

Güney Azərbaycan, Urmiye: öncəki Günlərədə Urmiye Gölündən başlayan Duz Fırtınlarından çəkilən Görüntülər və Sosyal medyada paylaşdıqdan sonra Türk Ulusu və iran Dövləti qonuyu daha fərqli açıdan dəyərləndirmiş oldular.
Güney Azərbaycan və Türk Ulus Urmiye Gölündə Görülən Duz fırtınalarını başlanqıcını söyləyərək iran dövləti isə durumu kökdən inkar edib və qonuyu Buldu Toxumlamaq (cloud seeding) kimin içi boş sözlərlər dəyişmiş oldu.
Urmiye Gölündə Duz fırtınalar başladı mi? Türklərın ən önəmli və Gündəlik sorusudur ancaq iran dövləti bu soruyu yanıt verməkdən qaçmaqdadır.
Qüşqüsüz isti havalar başladıqdan sonra Urmiye Gölünün durumu hər gün daha gərginləşməkdədir, ancaq bu gərginliğə rağmən iran dövləti tərs propaganda yapmaqla Topluma yön verməkdədir.
eləcə milyunlarca ayrılan xəyali bücdələr, Araz çayından Urmiye Gölünü su gətirmə tasarısı, Bolduları Tuxumlamaq vs hər gün iran Tuğralı (rəsmi)medyasina reklam olmaqdadır, ancaq Urmiye Gölünün hər gün daha bir addım Qurumaya yaxınlaşmasında bu sözlərin sonuc olaraq görünür.
neçə Gün olur iran dövləti, Urmiye Gölünün ölümünü önləmək üçün Buludlari Toxumlamaq tasarısını gündəmə gətrimişdir, tərəfsiz Doğa və çevrə uzmanlarına görə bu olay yanlız bir reklam amaclı yapılmış olaydır və Urmiye Gölündə heç bir etgisi yoxdur. 
iranin Turğalı çevre və Doğa uzmanlarından məməd Dərviş iranin çevrə və Doağ Düşərgələrilə verdiği raporda qonuyu toxunmuşdur, bu söyləm Lake Urmia News düşərgəsi tərəfindən latin Türkcəyə çevrilmişdir:
Əyər Bulud Toxumlamaq tasarısı Urmiye Gölündə dəyişklər gətirmişsə iran dövləti bilimsəl olaraq qonuya aydınlıq gətirməlidir, bölgədə yağış oranı çox önəmlidir. dəyişiklik varmi yoxsa yox? mənə görə Buludlari Toxumlamaq Urmiye Gölündə etgisi yoxdur və olmayacaqdır.
neçə vaxt bundan öncə iran dövləti tərəfindən bir Rapor yayılmış və yağış oranının Nisan ayındna çox olduğu gündəmə gəlmiş ancaq baxıldığında Nisan Ayı zatən bölgənin Yağış normal yağma sürəcində yer alır və Buludlari Toxumlamaqla ilgisi yoxdur. iran dövləti çevre və Doğa örgütlerindən sorumlu olanlar Haziran və Temmuz aylarında Urmiye gölününün su hövzəsində Buludlari Toxumlamaq tasarısını başlamışlar. əyər gərçəkdən bu tasarı Urmiye Gölündə etgili isə bu ayların yağış oranı bilimsəl bir ortamda aydınlıq gətirilməlidir. 
adını çəkdiğimiz aylarda bölgə yağış oranı 5-7 mm olub və əyər buludlari toxumlamaqla bu oranda etgili olmuşu onu söyləməliyik, ancaq mənə görə etgili dəyildir, örnək isə dünyanin başqa ölkələridir. 
dünyada bir çox ölkədə bu olay olmuş ancaq doğru sonuclar doğurmamış, ABD, Rusiyə, İsrail qonuila ilgili ən önəmli örnəklər sayılırlar. bu ölkələrin heç birində istənildiği qədər Bulud Toxumlamaq tasarısı etgili olmamış və doğrusu bir yapay yağış yaradılmış ancaq qonuyu bilimsəl olaraq incələdiğiniz zaman görünr bir başqa bölgədə sorun çevre vı Doğa yaradılmış.
dərvişə Görə Urmiye Gölünün durumu ötəki ilə Görə daha gərgin olacaqdır və Yerlı Ulus bunun yaxşıca fərqindədir, ancaq dövlət hələ durumu görməməzlikdən gəlməktədir.
Farca söyləşin qaynağı: http://tinyurl.com/dxhy2ez

۱۳۹۱/۰۴/۲۶

Urmiye Gölünün Yaşamı kimin Əlində?

Məhəmməd Cavad Məhdizadə iranin Çevre Örgütünün başxanı iranin Tuğralı (rəsmi) Dərgisi olan Şərqlə Verdiği Raporda Urmiye Gölününü Durumunu Dəyərləndirmişdir, bu Söyləşimin hamısı latin Türkcəyə çevrilərək sunulur.
 Urmiye Gölü Sorunu Dəvam etməkdədir, iranin qonuila ilgili sorumlu baxanlarının hamısının verdiği sözlərdən indiyədək Urmiye Gölünün Quruamsını önünü kəsmək üçün yetərsiz olub və heç bir olay baş verməyibdir. Indi düşünün 5 ildən sonradir, Urmiye Gölünün durumu sizcə 5 ildən sonra necə olacaqdır?
Mən iranin Çevre örgütünün başxanı olaraq umuram planlar sonuc verə, ancaq Urmiye Gölünün durumunun yaxşı olamsına Güvəncə vermək neçə nədəndən dolayı zor bir işdir. Urmiye Gölünün qurumasını önləmək əsinliklə 5 ildən çox zaman aparacaqdır. Ancaq Güvəncə vermədiğimin nədəni çevrə örgütünün bu qondua sorumu olmamasından qaynaqlanır. Urmiye Gölünə su gətirməyə gərçəkləşdirən Örgüt iranin su örgütdür biz dəyilik.  Ötən il Urmiye gölünün ölümünü önləmək üçün dövlət tərəfindən bir Büdcə ayrılacaydi ancaq yanlız 80 milyard Tümən ayrıldı. Ancaq Urmiye gölünün qurumasını önləmək üçün bundan qat qat çox büdcə olması gərək. Biz 850 milyard Tümən büdc gözləyirdik ki bu gərçəkləşmədi. Urmiye gölünə başqa yerlrədən su gətrimək planı bizim hesablarimiza Görə 5 il içərisində 850 milyard Tümən məsrəfi olacaqdır, ancaq dövlətin bizə ayrıdığı bücəilə ən iyimsər görüşlə 10 ildən daha çox zaman gərəkir. 
Urmiye Gölünü və çevrəni sevənlər bu tür bilgilərdən bezmişlər, ancaq ən iyimsər baxışla əyər bu bücdələr sizin üçün ayrılırsa bu iş hansı zamana qədər gərçəkləşi bilir?
Urmiye Gölünün su ehtiyaci 1/3 milyard Kubdir. Ancaq əyər 1 milyard əkinçilik sularından qənaət oluna 5/1 milyard kub da kanallama planila Urmiye Gölünə gətirilə Artı Bulduları Toxumlamaqlada bəlli ölçüdə Yağış Yağavə doğal olaraq ötəki illər kimin 1 milyard kubda doğal yollradan Urmiye Gölünə tökülə və gələcək illərdə yağış oranı yaxşı ola Urmiye Gölünün su ehtiayci təmin olacaqdır. əyər bu dediğim sözlər və bunlara tay qonular hamısı gərçəkləşirsə Urmiye gölünün suyu bilə gələcək illərdə daşacaqdır. 
siz iranin çevre örgütünün başxanı olaraq yeni səddlərin tikilməsinin önünü kəsmək haqqında qərarlı olduğunuzu söyləyibsiz, eləcə yeni səddlərın tasarımı və araştırması üçün bilə dövlət izin verməyəcəğini söyləmişsiniz, ancaq bu arada yanlız acıl bir durum olduğunda sədd tikilməsi sözünə yer verilmişdir, bu söz yeni səddlərin tikilməsinə yol aça bilərmi?
Bizə Görə birinci önəmli qonu Ulusunu içməli suyunu təmin etməkdir bunun dışında yeni səddlərin tikilməsini izin verilməz. Bizlər yanlız Ulusun suyunu təmin etmək üçün çevreye Göz yuma bilərik. Biz ötəki 1 il içində Urmiye gölü su hövzəsində olan səddlərin araştırmasını dayandırmışıq. 
Iranin Çevre örgütünün öz ağzıla dediklərı iran dövlətinin Urmiye Gölünün qurumasına qarşı heç bir önləm almadığının açıqca göstərgəsidir.

۱۳۹۱/۰۴/۲۳

Urmiye Gölü Duz Fırtınaları çevredeki şeheleri yox edcek


Güney Azərbaycan, Urmiye: iranin Tuğralı (rəsmi) fars xəbər ajansilə Urmiye şəhəri millət vəkili Urmiye Gölü haqqında bir Rapor yaymışdır bu raporun Türkcə çevrisi sunulur:
əyər Urmiye Gölü quruyrusa Batıdan Doğuya əsən Duz fırtınalar nədənilə Yaşam imkansiz olub və Doğu Azərbaycan şəhərlərı yox olacaqlar.
Urmiye Gölünün Qurumasını önləmək üçün indiyə qədər çoxlu sözlər danışılıb ancaq bu qədər danışıqlar dışında heç bir iş olmayıbdır.
biz Urmiye millət vəkilləri olaraq ötən həftə iranin Sudan sorumlu baxanılə yaxından görüşüb və Urmiye Gölü sorununu danışdıq, onlar bu sorunun çözlüməsini dilədilər.
Urmiye Gölünün qurumasını önləmək bizim ən önəm verdiğimiz qonulardan sayılır və biz bu işin sonucunadək peşində olacayıq.
Araz Çayından Urmiye Gölünə Su gətirmək planının araştırma çalışmaları bitmişdir! və iranda sorumlu olan dövlət örgütləri hamısı bu planın hansı mütəahhid tərəfindən gərçəkləşməsini gözləyirlər.
Araz Gölündən Urmiye Gölünə su gətirmə planı 2 il çəkəcəkdir və 117 km məsafəsi var.
nədən iranin Tuğralı örgütlərı indiyədək bu planın gərçəkləşməsını gecikdırıclər bilmirəm.
yazının farsca Qaynağı:
http://tinyurl.com/8344lyo
Urmiye millət vəkilin dediği sözlərın bir az incələyərsək əmin ola bilərik bu insanin özünü reklam etmədən heç bir amacı yoxdur, nədən? o Araz çayından Urmiye Gölünə su gətirməni 2 il söyləyibdir, ancaq iranin dövlətinin Tuğralı qaynaqları bunun 5 ildə olduğunu göstərilər, ötə yandan Tuğralı qaynaqlar bu işə ayırılan büdcəninın gərçəkləşməməsindən şikayətçi və ayırılan büdcə ilə bu plan yanlız 10 ildə gərçəkləşəcəkdir. Araz Çayı bir neçə ölkə arasında ortaq bir Su alanıdır, iran Araz çayını seçmə nədəni Güney Və Quzey Azərbaycan arasınd asorun yaratmaq amacıla seçilmişdir, eləcə iran bəlli ölçüdə Arazdan su yararlana bilər ancaq iran Arazdan daha çox Su gətrməməyi Quzey Azərbaycana bağlayaraq Güney Azərbaycan Türkləri arasında bir tepki yaratmağa çalışır, yoxs Urmiye Gölünə ən yaxın çay Zap, Godar və başqa çaylardır.

۱۳۹۱/۰۴/۲۱

Urmiye Gölü Duz fırtınaları Başladı


Güney Azərbaycan, Urmiye: bir neçə Güney Azərbaycanli Türk gənc Urmiye Gölündə başlayan Duz fırtınalardan Amatör kamerailə çəkdikləri görüntülər bir daha Urmiye Gölünün Quruması sonucunda gəticəğı fəlakətlərə Göz önünə sərdı.
eləcə bu Amatör Görüntülrədə Urmiye Gölü çəvrəsində Duz fırtınalar görülməkədir, bir neçə Gün içində Urmiye şəhərinin havası bilə kirlilnmişdir. 
Urmiye Gölündə yaranan Duz fırtınaları neçə gün bundan öncə Urmiye'li millət vəkillərınındə səsının daha yüksəlməsinə nədən olmuşdur və onlar iran dövlətını bu qondua ilgisiz davrandığını söyləmişlər, ancaq bütün bu söyləmlərə rağmən Urmiye Gölünün qurumasını önünə kəsmək üçün indiyə qədər reklam amacı sözlər dışında heç bir iş olmayıbdır.
tərəfsiz çevre və Doğa uzmanlarına Göre Urmiye Gölünün qurumaq nədəni yanlış su yönətimi, tikilən sayısızca səddlər, əski sulama sistemi vs söylənilməkdədir.