۱۳۹۲/۰۶/۰۷

Artemia Urmiana’nın nəsli tükəndi

Umud Urmulu
Urmiye Gölündə Artemia Urmiana’nın nəslinin tükənməsi Güney Azərbaycan’da büyük bir insan köçü olacağının ön görüşü ola bilər. Artemia Urmiana’nın nəslinin tükənməsinə rağmən iran devləti Urmiye Gölünü yenidən canlandırmaq üçün bir addım bilə atmamışdır və atmasıda ön görüləməz. seçkilərdən öncə Həsən Ruhani Urmiye şəhərinə gəldiği zaman devlətdə sorumlu olduğu haldə ilk işi Urmiye Gölünün qurumasını gündəmə gətirmək olacağını söz vermişdi ancaq yürütmədə sorumlu da oldu hələ Urmiye Gölü susuzdur.
Iran Artemia araşdırmalar mərkəzinin başxanı Urmiye Gölündə bulnan Artemia Urmiana’nın ekonomik olaraq bölgədə büyük qatqaıları olduğunu söyləmişdir, ancaq onun dediklərinə görə illərdir Urmiye Gölündən Artemia Urmiana ürətilməməkdə və bir başqa deyişlə bu canlının nəsli tükənmişdir. Urmiye Gölü Artemiasinin ürəməsi kəsılmış və eləcə Əli Mohsunpurun deiğinə görə indi Urmiye Gölündə bir tək Artemia bulunmamaqdadır. 
Artemianin ürəməsinin kəsılmə nədənı Urmiye Gölündə Duz oranının artması və suyun Duza doyma seviyəsinə gəlməsi açıqlanmaqdadır. Verilərə görə 1996-1995 ci illərdə Artemianin ən çox ürətildiği il olaraq bilinməktədir, eləcə hər il 300 – 400 ton Artemia Urmiye Gölündən ürətilmişdir. 
Artemia duzlu göllərdə yaşayan bir canlıdır və Artemia Urmiana dünyada yanlız Güney Azərbaycanda bulunan Urmiye gölündə yaşamaqdadır və dünyada görülməyən özəlliklərə sahibdir.

۱۳۹۲/۰۶/۰۴

Urmiye Gölü quruyursa 3 milyon nefer zorunlu köçecekdir

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: Urmiye’li millət vəkili Nadir Qazipur bugün iran Ulusal məclisində iran devlətinin indiyədək Urmiye Gölü qonusunda ilgisiz davrandığı və sözdə devlətin ayırdığı bücənin gərçəkləşmədiğini söyləyərək Urmiye Gölünün durumu belə dəvam etdiği sürəcdə onun dediklərinə görə 3 milyon insn bölgədən zorunlu köçəcəkdir.
Iranın tuğralı (rəsmi) olaraq Ulusal məclisin xəbərlərini sunan düşərgə (sitə) Urmiye’li millət vəkilinin sözlərinə yer verərək Urmiye Gölünün indiyədək 70% quruduğu və devlətdən də bu çevresəl fəlakəti önləyəcək heç bir addım atmadığına yer verdi.
Nadir Qazipurun söylədiklərinə görə Azərbaycan Ulusunun yaşamı Urmiye Gölünün yenidən canlanmasına bağlıdır və yeni devlətin bu qonuda addım atması gərəktiyini söylədi.
Urmiye’li millət vəkili sözlərinin bir bölümündə deyir:
Urmiye Gölü quruması bölgə Ulusunun yaşamına büyük təhlükədir və əyər devlət gölün qurumasına önləyə bilməzsə əkinçilik və tarım alanları bütünlüklə yox olub və ən azı 3 milyon insan zorunlu olaraq köçmək durumunda olacqdır.
Çevre və Doğa uzmanlarına görə Urmiye Gölünün qurumasına nədən olan ən önəmli etgən iran devlətinin Güney Azərbaycan’da Baraj tikmə siyasəti olmuşdur və gölü yenidən canlandırmaq üçündə çevrecilər tikilən barajlardan Urmiye Gölünə su axıtılmasını söyləməktədirlər.
Farsca qaynaq:
http://tinyurl.com/m7b7esf

۱۳۹۲/۰۶/۰۳

Urmiye Gölüne Araz çayından çekilecek su ekinçilikde qullanılacaqdır

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: sonunda Batı Azərbaycan çevrə örgütü başxanı Urmiye Gölünə Araz çayından su gətirilicək tasarının arxasında olan gizli planı açıqladı, onun verdiyi bilgilərə görə iran devləti Urmiye Gölü adına Araz çayından su gətirərək axtarılan suyu bölgədə əkinçilik alanlarını sulamaq üçün qullanacaqdır. Abbasnejad isna düşərgəs ilə (sitə)verdiği söyləşidə üstü qapalı olaraq Urmiye Gölünün qurumasını iran devlətinin bölgədə Baraj tikmə siaysətinin sonucu olaraq göstərmişdir. Ayrıca o devlətin Barajlardan bəllı ölçüdə Urmiye Gölünə su axtarmamasına da toxunmuşdur. Bir çox Türk uzmana görə iran devləti Araz çayından Urmiye Gölünə su gətirmə tasarısı Güney Azərbaycan və Quzey Azərbaycandaki Türklərın arasında sorun yaratmaq və Quzey Azərbaycanı Urmiye gölünün qurumasından sorumlu tutumaq istədiyini söyləməktədirlər. ayrıca iran devləti Araz çayından Urmiye Gölünə su axtarma tasarısını gündəmdə tutaraq Türk bölgəsindəki millət vəkillərini bir birini canına salmağı planlamaqdadır.    
Abbasnejad verdiği söyləşidə deyir: 
indi isə Urmiye Gölünün yanlız üçdə birisi qalmış və gölün ardı bütünlüklə qurumuşdur, əyər Urmiye Gölünün hamısı quruyrusa əsəcək duz fırtınaları Azərbaycanı heç Terhana qədər etgiləyəcəkdir və iranda Ulusal bir sorundan ziyadə bölgəni bilə etgiləyəcəkdir. Araz çayından sözdə Urmiye gölünə su gətirin ancaq amacları suları əkinçilik alanlarında qullanmayı planlayan devlət sorumluları bu işi sonucunu bilmədən bölgəyə büyük zərbə vuracaqlar, əyər Urmiye Gölü quruyursa bölgədə əkinçilk və tarım diyə bir alanın var olması olanaqsıdır.     
30 il bundan öncədən bugünədək Urmiye Gölü çevrəsində əkinçilik və tarım alanları qat qat artaraq suyun tükətimi də artmış və bölgədə Urmiye gölünə axacaq sular əkinçilik alanlarını sulamaq üçün qullanılmışdır. əyər belə devəm edərsə bölgədə hava istiliği neçə dərəcə artacaq və Urmiye Gölü suyunun buxarlaşmsı sürətlənəcəkdir. 
Bu sözlərlə yanı sıra tikilən Barajlardan Urmiye Gölünə gərəkən su ölçüsü axtarılmadı, suyun Urmiye Gölünə axtarılmaması yanında bölgədə əkinçilik alanlarının qat qat artması Urmiye Gölünün qurumasına sürətləndirdi. Iranda və özəlliklə Azərbaycan’da əkinçilik bizim yararımıza dəyildir.