۱۳۹۲/۰۳/۱۰

Urmiye Gölü 12.000 ildir bu Durumda olmamış(2)


Umud Urmulu
- Urmiye Gölünə başqa yelərdən Su gətirmə tasarısının sounucu nə oldu?
Bu tasarı həmiş masada olmuş ancaq su gətirmək istənilən yerdə əyər yanlış hesab edərsək yeni bir ekolojik sorunla qarşı qarşıya olarıq.  Urmiye Gölünə Araz çayından 100 milıyon metr kub su gətirmək istənildi ancaq bu tasarım ən az 5 il bundan öncə başlamalıdı və bugün qullanımı halində olmalıydı ancaq belə dəyil və olmadı. Urmiye Gölü indiklik 20 milyard metr kub suya ethiyaci var və Araz çayından gətirilən 100 milyon metr kub bilə Urmiye Gölünü qoruma qüçün heç bir etgisi olamaz. Urmiye Gölünün hər il yanlız 1 milyard metr kub suyu buxarlaşır, iran devlətinin başqa tasarımlarıda bilim dışı olduğu üçün eyni sonuc yaratacağını ön görmək olur. Bir ekolojik fəlakəti önləmək üçün yeni bir ekolojik fəlakətin yaranmasına gərək yox və Urmiye Gölünü qorumaq və yenidən canlandirmaq üçün Araz Gölünün qurumasına gərək yox. Iranli bir çox doğa və çevre uzmanı iran devlətinin bu tasarısına tepki göstərdilər və mən inanmiram bu tasarı gərçəkləşə. Devlətin ilk işi bölgədəki Ulusu Urmiye Gölünün qurumasından sonra yaranan fəlakət haqqında bilgiləndirmək gərəkir, insanların bir çoxu Urmiye Gölü quruduqdan sonra nə olacağını bilməməktədirlər. əkinçilik sistemində dəyişiklər olamlıdır və daha az su qullanan türlər əkilməlidirlər, yeni sulama sistemindən qullanmaq lazim, Su quyularin hamısı yasaqlanmalıdır vs gərək iran devləti Türkiyə, Quzey Azərbaycan, ermənistan və iraqdan Turist bölgəyə gətirərək bölgə ekonomisinə yön verib və əkinçilikdən uzaqlaşdıra.
- iran devlətində bu işlərlə uğraşan hansı örgütlər var, bu örgütlər Öz sorumluluqlarını yerinə gətirirlər mi?
Iran’da bu qonuda bir neçə örgüt çalışmaqdadır, bunların bəzisi baxan olaraq bəzəisi isə daha aşağı seviyələrdə çalışmaqdadırlar. Öncə dilə gətirdiğim kimi Urmiye Gölünə tökülməsi gərəkən su ölçümü bəlli uzmanlar tərəfindən bəlirləndi ancaq bu olay indiyədək gərçəkləşmədi və necə gərçəkləşməsi üçün də heç bir tasarım yoxdur.  Bu qonuda iran çevrə Baxanı, Əkinçilik örgütü, sudan sorumlu baxan və bir çox devlət seviyəsəndə olan örgüt və baxanlar söz sahibidirlər və eləcə bu qədər bəlirsiz və sormululuq daşıyan örgütlərın hər birisi öz sorumluluğun yerinə gətirmədiği üçün bugün Urmiye Gölünü qorumaq üçün heç bir iş iləriləməmktədir.
 - bir çox bölgəsəl və kürəsəl doğa və Çevre Uzmanı Urmiye Gölünün quruması sonucu yaradılan fəlakət haqqında bilgi vermişlər, sizcə Urmiye Gölü quruyursa hansı bir fəlakətlə qarşı qarşı olacayıq?
Urmiye Gölünün alanı 5.2 milyon hektardır və Urmiye Gölü quruyursa bilə Aral Gölü kimi bir balaca bölümü yaşayacaqdır, ancaq Gölün qurumasından doğuracaq yan etgilər qorxuncdur. Urmiye Gölü Qurumaya başladıqdan sonra bölgənin hava istiliği 2 dərəcə artmışdır və Urmiye Gölü daha Günəş Enerjisini alıb və bölgə istiliğini azalta bilmir və tərsinə Göl üzərində olan Duzlara Günəş dəydikdən sonra Duzlar enerjini bir daha ekolojiyə geri qaytarır və bu bölgədə pis etgilər yaradır. Urmiye gölü quruması büyük ölçüdə Tuz duman və Duzların bölgədə artmasına yol açacaqdır və olayın ən qorxuncu budur. Urmiye Gölü çevrəsindəki bütün şəhər və yerləşim yerləri Duz, Tuz və Duman başladıqdan sonra boşaltılmalı olacaqdır və yaşam imkansiz, bu durumda bölgəsəl zorunlu köçlər başlayacaqdır.  Artı olaraq Duz Sunamılər başlamağını bir çox çevre və doğa uzmanına görə olasılığı daha yüksəkdir və eləcə Duz sunamısı başldıqdan sonra bölgədə əkinçilik bütünlüklə yox olacaqdır. Bu durum daha az seviyədə Aral Gölü quruduqdan sonra görüldü ancaq Urmiye Gölü duzlu olduğu üçün durum daha gərgin və qorxunc olacaqdır. Çeşidli yayqın xətəliklər və kanserlərin yaranmasıda Doktorlar tərəfindən ön görülməktədir və bu olayı görməməzlikdə gəlmək olmaz. Bir sözlər demək olur Urmiye Gölü quruyursa bölgə yox olacaqdır və insanlığın yaşadığı gündən bəri ən büyük zorunlu Köç Güney Azərbaycan’da gərçəkləşəcəkdir.   
- danışıqlarınızda Urmiye Gölünün qorunmasından bir şeylər söylədiniz, sizcə Urmiye Gölünü necə qorumaq olur və bu durumdan çıxarmaq üçün nə yapılmalı? 
Gərək Urmiye Gölü su yönətimini yenidən tərifləyək və Urmiye Gölü su alanlarına görə qullanımını tərfik edək. Urmiye Gölü 4 milyard metr kub su ürətə bilir və bunun dışında heç bir su qullanımına izin verməməliyik, əkinçilik alanları yeni sulama sistemləriə su qullanımını daha azaltmalıdırlar, Barajlardan bəlli ölçüdə Su Urmiye Gölünə axıtılmalıdır, əkinçilik türlərini yenidən gözdən keçirmək lazim və daha az su qullanan ürünlər əkilməlidir vs bəlkə bu yöntəmləri qullanarsaq Urmiye Gölü 10 il içində öncəki durumua yox ancaq Qanyan Yarının yanləız Qanını durdura bilərik. saydığım yöntəmlərin ən önəmlisi bölgədə Baraj tikməyi durdurmaq və var olan Barajlardan Urmiye Gölünə su axıtmaqdır, bununla yanı sıra bölgədə ekonomiklə ilgili dəyişiklər olmalıdır, bölgədə əkinçilik dən Başqa ekonomi alanlarına keçid sağlanılmalıdır və bu işi iran devləti görməlidir yoxsa Çevrə və Urmiye Gölü yox olur.

هیچ نظری موجود نیست:

ارسال یک نظر