۱۳۹۲/۰۶/۰۷

Artemia Urmiana’nın nəsli tükəndi

Umud Urmulu
Urmiye Gölündə Artemia Urmiana’nın nəslinin tükənməsi Güney Azərbaycan’da büyük bir insan köçü olacağının ön görüşü ola bilər. Artemia Urmiana’nın nəslinin tükənməsinə rağmən iran devləti Urmiye Gölünü yenidən canlandırmaq üçün bir addım bilə atmamışdır və atmasıda ön görüləməz. seçkilərdən öncə Həsən Ruhani Urmiye şəhərinə gəldiği zaman devlətdə sorumlu olduğu haldə ilk işi Urmiye Gölünün qurumasını gündəmə gətirmək olacağını söz vermişdi ancaq yürütmədə sorumlu da oldu hələ Urmiye Gölü susuzdur.
Iran Artemia araşdırmalar mərkəzinin başxanı Urmiye Gölündə bulnan Artemia Urmiana’nın ekonomik olaraq bölgədə büyük qatqaıları olduğunu söyləmişdir, ancaq onun dediklərinə görə illərdir Urmiye Gölündən Artemia Urmiana ürətilməməkdə və bir başqa deyişlə bu canlının nəsli tükənmişdir. Urmiye Gölü Artemiasinin ürəməsi kəsılmış və eləcə Əli Mohsunpurun deiğinə görə indi Urmiye Gölündə bir tək Artemia bulunmamaqdadır. 
Artemianin ürəməsinin kəsılmə nədənı Urmiye Gölündə Duz oranının artması və suyun Duza doyma seviyəsinə gəlməsi açıqlanmaqdadır. Verilərə görə 1996-1995 ci illərdə Artemianin ən çox ürətildiği il olaraq bilinməktədir, eləcə hər il 300 – 400 ton Artemia Urmiye Gölündən ürətilmişdir. 
Artemia duzlu göllərdə yaşayan bir canlıdır və Artemia Urmiana dünyada yanlız Güney Azərbaycanda bulunan Urmiye gölündə yaşamaqdadır və dünyada görülməyən özəlliklərə sahibdir.

هیچ نظری موجود نیست:

ارسال یک نظر