‏نمایش پست‌ها با برچسب Urmu Gölü. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب Urmu Gölü. نمایش همه پست‌ها

۱۳۹۳/۰۶/۲۸

Urmiye Gölü Neden Qurudu?

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: 15 il olur Urmiye gölünün quruma sürəci daha sürətli bir ölçüdə hiss olunmaqda ancaq daha ilginç olan bu 15 il içində iran devləti tərəfindən Urmiye gölünün qurumaq nədəni haqqında çeşidli etgənlər sıralanmışdır, bu etgənlər Baraj tikmə siyasətləri, yanlış su yönətimi, quraqlıq, yağış oranın az olması, əkinçilik alanının 2 qata artması, iqlim dəyişikliği, əski sulama sistemi vs olaraq göstərilmişdir ancaq İran devləti tərəfindən indiyədək bir hörgüt bilimsəl olaraq Urmiye gölünün quruması nədənlərını araşdırmamışdır. Bu yazıda Urmiye gölünün qurmaq nədənlərının bir su uzmanı gözəndən axtarmaya çalişacayıq.
Urmiye Gölü Hardadır?
Urmiye Gölü 5.000 km alanla Güney Azərbaycanin Urmiye şəhərində və Türkiyə’nin Van Gölündən 150 km məsafədə yer almaqda. Urmiye gölü su hövzəsi Batı Azərbaycan, Doğu Azərbaycan və birazcıq kürdistan Əyalətlərını qapsamaqda. Urmiye Gölü bir ulusal park sayılmaqda və UNESCO tərəfindən qorunması gərəkən alanlar listəsinə alınmışdır. Urmiye Gölü su hövzəsində bir çox şirin su qaynağı bulunmaqda və heyvan və bitgi türü olaraq dünyanin ən varsıl bölgələrindən birisi sayılmaqdadır.   
Urmiye Gölü Nədən Qurudu?
Urmiye Gölü üzərinə tikilən Barajlar:
Urmiye Gölü su hövzəsi üzərinə indi 70 Baraj bulunmaqda və 12 Baraj tikinti sürəcində, 40 yeni Barajinda tikmək üçün tasarımları və planlanma aşamasında olduğu anlaşılmaqda, ancaq İran devlətində Barajlar və sudan sorumlu olan hörgütlərın sayısı bir neçə olduğu üçün doğru düzgün Baraj sayıları bilinməməktədir və bu sayı daha çox olacağını öngörmək olur. bir çox su uzmanına görə Urmiye Gölü su hövzəsi üzərində 73 büyük və balaca baraj bulunmaqdadır. Örnək üçün Urmiye Gölünə axan sulardan olan yanlız Acıçay üzərinə 22 Baraj tikilmişdir.
iqlim dəyişikliyi və quraqlıq:
1344 – 1385 ci ilədək (41 il) hər il 72 milyon metr kub Urmiye Gölünə axan sulardan azalmışdır, 1374 ci ildə 42 milyard metr kubdən 1385 ci ildə 22 milyard metr kubə dəyişlib azalmışdır.
Nüfus sayımının artışı:
Urmiye Gölü su hövzəində bulunan insanların sayısı 33 ildə 2 qata artmış və normal olaraq əkinçilik alanlarınında daha çox ürətim üçün qullanması gündəmə gəlmişdir.
Su qullanımının artması:
Urmiye Gölü su hövzəsində əkinçilik alanlarının su qullanımı toplam suyun 78% dır və bu 78% ın 41% yeraltı su qaynaqları və artı yerüstü su qaynaqlarından yararlanılmaqdadır. Urmiye Gölü çevresindəki əkinçilik və tarım alanlarının sulama sistemlərı əski olduğu üçün suyun böyük bölümü hədər olmaqdadır və suyun yanlış qullanımı bölgədə yeraltı su qaynaqlarına böyük zərbə vurmuşdur. Artı Urmiye Gölü su hövzəsində 20.000 su quyusu bulunmaqdadır , bu su quyuları əkiçilik alanlarını sulamaq üçün qullanılır. 33 il içində bölgədə əkinçilik alanları 2 qata çıxmış və normal olaraq da su tükətimi daha artmışdı durumdadır. əski sulama sisteminin etkinliği 30 – 36% söylənilməktədir. 
bitgi örtüsü və otlaqlıqların yox olması:
İran devlətinin verilərinə görə Urmiye Gölü bölgəsində otlaqlıqlar normal durumdan 10 qat daha çox qullanılmaqda və bu iş otlaqlıqlara böyük zərər vurmağa yol açmişdir.
Urmiye – Təbriz körpüsü:
Güney Azərbaycan və İran Türklərinin iki önəmli şəhəri olan Urmiye və Təbrizi dəniz üzərindən birbirinə bağlayan körpü milyardlar ton Urmiye Gölünə topraq tökmək sonucunda tikildi, ancaq bu körpü Urmiye Gölünün normal su axışını tərs yöndə etgiləyib və su axışını dəyişdirdi. körpünün dəyişimi kimyasal və ekolojik olaraq Göldə göründü və Urmiye Gölünün böyük bölümünün qurumasına yol açdı.
Urmiye Gölünü qorumaq planı və yönətiminin olmaması:
Iran’da bir çox qonuila ilgili hörgütlər hər birisi öz başına Urmiye Gölü haqqında tutum sərgiləməktə və ortaq bir çalişama bulunmamaqda. Bir çox tasarı və plan ortaq çalışma olmadığından dolayı yanlız sözdə və kağazlarda qalır və gərçəkləşmır.
Urmiye Gölünü yenidən canlandırmaq üçün nə etmək gərəkir:
- ilk olaraq ən gərçəkləşməsi gərəkən iş Urmiye Gölü üzərindən tikilən barajlardan ən azı 20% su Urmiye Gölünə axıtılmalıdır.
- bölgədə əkinçilik türlərını yenidən gözdən keçirib və daha az su yararlanan türlərı əkmək gərək.
- Əski sulama sistemini bölgədə yeniləmək gərək.
- Duzlu bölgələrdə yetişən özəl bitgilər əkilməlidir.
- Tarımda su qullanımının ölçüsünü bölgə su qaynaqlarına baxaraq bəlirləmək və ...
Qaynaq: İran’ın doğu adlı dərgisinin 1716 cı sayısı

۱۳۹۳/۰۶/۰۶

‘Urmiye Gölü susuzdur’ adlı kampanya başlatıldı

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: Rıza Vəidi Marağalı Türk qoşar bugünlər dünya’da yayqın olan buzlu su kampanyasından əsinlənərək diqqətləri Güney Azərbaycan’daki Urmiye Gölünün qurumasına çəkmək üçün ‘Urmiye Gölü susuzdur’ adlı kampanya başlatmışdır.
Türk qoşarın paylaşdığı video ilk olaraq Behruz Ənsari bəyin onu buzlu su kampanyasına dəvət etdiyi üçün təşəkkür edib və Urmiye Gölünün qurumasına diqqət çəkmək üçün ‘Susuzluq’ adlı bir kampanya başlatdığını duyurmuş, ötə yandan suszuzluq kampanyasının amacını Urmiye Gölünün quruması və Güney Azərbaycanın yox olması olaraq tanımlamaqda. Türk qoşar ədəbi bir dillə Güney Azərbaycan’ı saran ekolojik və çevrəsəl fəlakəti anlatmaya çalışırkən Urmiye Gölünün quruması sonucu Azərbaycan’da insan yaşamı təhlükəyə keçəcəyini söyləməkdədir.    
Türk qoşar sözlərının ardında başqa Türk əktivistləri də bu kampanyaya dəstək olub və qatılmalarını istəməkdə və son olaraq bir dolça duz Urmiye Gölününün milyonlarca duznu anımsadaraq öz başına tökür.
Rıza Vəidi’dən sonra Urmiye’li avukat olan Fatimə Səttari qonuıyla ilgili bir video paylaşaraq Urmiye Gölü susuzdur kampanyasına dəstək vermişdir. Səttari paylaşdığı videoda İran’da 35 milyon Türkün yaşadığına toxunaraq bireysəl və toplumsal olaraq çeşidli tepgi yöntəmlərinə toxunur və Urmiye Gölünün qurumasını İrandaki Türklər üçün önəmli bir qonu olduğunu vurqulayır. Səttari 3 başqa Türk əktivisti bu kampanyaya qatılmalarını videoda dilləndirir. 
Adı çəkilən iki Türk əktivisit dışında Vida Doşabçı, Rıza Talibi, Kərım ƏsğəriSəhər Urmiye’li də Urmiye Gölü susuzdur kampanyasına videolar paylaşaraq dəstək vermişlər, kampanyanın genişləməsilə birlikdə bir neçə Türk gənc sosyal ağ Facebook’da kampanyayla ilgili bir səhifə açmış və çalışmaqdadır.  Quzey Azərbaycan'dan isə Zaur Bayramlı Urmiye Gölü susuzdur kampanyasını özəl videosunu paylaşarıq qatılmışdır. 
Güney Azərbaycan’da var olan Urmiye Gölü İran devlətinin Urmiye su hövzəsi və Güney Azərbaycan’da tikdiyi barajlar sonucu qurudulmuşdur, Tuğralı verilər Urmiye gölü su hövzəsində 73 barajın olduğunu göstərməkdədir.

۱۳۹۳/۰۲/۱۴

Urmiye Gölü duz fırtınalarından son görüntülər

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: Güney Azərbaycan sınırlarında var olan Urmiye Gölü İran devlətinin yanlış su yönətimi, baraj tikmə siyasəti və bölgədə əkinçilik alanlarının son 30 ildə iki qata artması sonucu 85% qurudulmuşdur.
Qurudulan Urmiye Gölü Güney Azərbaycan’da kanser kimi xəstəliklərin yayqınlaşması, bölgədə istiliyin artması, tarım alanlarının yox olması, Artemia Urmiana kim göldə yaşayan tək canlının yox olması, duz fırtınaların əsməsi və son olaraq yüzilin çevrə fəlakəti sonucu Güney Azərbaycanın zorunlu olaraq boşaldılması kimi sonuclar doğuracağı ön görülməkdədir.
Urmiye Gölü qurumasından doğacaq olumsuz sonuclardan bir çoxu illərdir görünməkdədir, eləcə bölgədə əsən duzlu fırtınalardan paylaşılan yeni görüntülər Urmiye Gölü quruması fəlakətinin bir göstərgəsinin ayaq səsləri olaraq bilinməkədir. 
Məncə İran devlətinin Güney Azərbaycan və Türklərə qarşı yürütdüyü iç sömürü siyasətinə ək olaraq Türklərın bilincsizliyi Urmiye Gölü qurumasında önəmli bir paya sahibdir.
Görüntülər: Azərbaycanın Nəvid dərgisi/ Təbrizli Mehrdad






























۱۳۹۳/۰۱/۱۶

Urmiye Gölünün suyu öten ile göre 40 cm geriləmişdir

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: Batı Azərbaycan çevrə hörgütünün başxanı neçə gün bundan öncə iran devlətinin tuğralı(rəsmi) düşərgəsi(sayt) olan isna ilə verdiyi söyləşidə Urmiye Gölünün ötən il eyni tarixə görə 40 su səthinin gerilədiyini açıqladı.
Həsən Abbasnejad Urmiye Gölü su səthinin ötən ilə 40 cm geriləməsilə birlikdə Urmiye Gölünün quruma sürəcinin dəvam etdiyinidə duyurmuşdur, Onun dediklərinə görə Urmiye Gölünün qurumasından doğan olumsuz etgilər zaman içində daha yayqınlaşmaya başlamış və daha görünür halə gəlmişdir. 
Urmiye Gölü ilə ilgili uydudan alınan son görüntülər və iran devlətinin tuğralı olaraq yayınladığı sayısal bilgilərə görə Urmiye Gölünün 85% qurumuşdur və quruma sürəcidə sürətlənməkdədir , eləcə gölün güney bölgəsi daha çox qurumaqda və böyük bir duzlu alan yaranmış durumdadır. Urmiye Gölünün qurumasından doğan olumsuz etgilərdən duzlu yel fırtınaları, su quyularının şorlanması, əkinçilik alanlarının şorlanması, gölün çevrəsindəki 50 kəndin boşaldılması vs kimi sorunlardan ad aparmaq olur.
Batı Azərbaycan çevrə hörgütü başxanı Urmiye gölünün qurumasını bölgədə yağışın az yağması və quraqlıqla ilgiləndirsə də İsa kəlantəri Urmiye gölü qoruma çalışma qrupu sözcüsü neçə gün bundan öncə İran’da gölməçələrin qurumasila ilgili gərçəkləşdirdiyi bir toplantıda Urmiye Gölünün qurumasını dirək olaraq devlətin bölgədə sorumsuzluğu və yanlış su yönətimi sonucu olaraq adalandırmış və Urmiye gölü qurumasında yağış oranının az olmasını suçlu olarq göstərmənin doğru olmadığını vurqulamışdır.    
İran devlətinin tuğralı bilgiləri Urmiye Gölünün qurumaq sürcinin son 15 ildən başladığını göstərməkdədir ancaq nədən son 15 ildə gölün qurumsını bilərək devlət heç bir önləyici addım atmayıb və Urmiye Gölünün qurumasını gözləmişdir daha çox Türklərın iran’da  egemən devlət və millətin bir iç sömürgəsi olduğuyla yanıdlamaq olur. Urmiye Gölü üzərinə 73 Baraj tikilmişdir və bir çox su və çevre uzmanına görə tikilən Barajlar’da Urmiye gölü qurumasınd aböyük önəm daşımaqdadırlar.

۱۳۹۲/۱۰/۳۰

Urmiye Gölü su səviyəsi 32 cm gerilemişdir

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: Batı Azərbaycan çevre hörgütü başxanının dediyinə görə bu il Urmiye Gölü su səviyəsi ötən ilin eyni günə görə 32 cm geriləmişdir.
Həsən Abbasnejadın dünən İrna xəbər düşərgəsilə(sitə)verdiyi söyləşidə Urmiye Gölünün bugün Azad dənizlər səviyəsində geriləməsinin dəvam etdiyini duyuraraq bu sürəcin nə qədər təhlükəli olduğunu vurqalamışdır. 
Urmiye Gölü su hövzəsi bölgəsəl şüra yönətimi Sekreterliyinin tuğralı(rəsmi) olaraq yayınladığı bilgilərə görə Urmiye Gölü su səviyəsi 2013 də 1270.87 metrkən bu il 1270.55 metrə çatmışdır.
Abbasnejadin dediklərinə görə Urmiye Gölü quruması bölgədə büyük olumsuzluqların yaranmasına nədən olacaqdır və bu olumsuz etgilərdən çeşidli tür Kanser xəstəliklərinin bölgədə yayqınlaşması, duz fırtınalarının əsməsi, əkinçiliyin bütünlüklə yox olması, bitgi ürtümünün yox olması, iqlim dəyişikliyinin sürətlənməsi və son olaraq yüzilin zorunlu köçü gərçəkləşməsidir. 
Tərəfsiz çevrə və su uzmanlarına görə Urmiye Gölü iran devlətinin Güney Azərbaycan’da Baraj tikmə siyasətlərinin sonucu qorumuşdur. Tuğralı olaraq Urmiye Gölünün 85% inhdi qurumuş. 

۱۳۹۲/۱۰/۱۷

Urmiye Gölü qurumasından dolayı 38 kend boşaltılmışdır

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: İran devlətinin tuğralı(rəsmi) verilərinə görə Urmiye Gölünün 80% qurumuşdur ancaq bu çevresəl fəlakət nədəni yanlış su yönətimi və devlətin Urmiye Gölü üzərinə Baraj tikmə siyasətləri olaraq göstərilməkdədir.
Urmiye Gölünün 80% qurumasına rağmən indiyədək sözdə bilimsəl toplantılar və çevresəl konferans dışında iran devləti pratikdə bir addım olsa bilə Urmiye Gölünün ölümünü önləmək və yenidən canlandırılmasına ilişgin bir addım atmamışdır.
İran devlətinin Urmiye Gölü qonusunda ilgisiz davranmağı Güney Azərbaycan’da duz fırtınalarının əsməsi, bölgədə çeşidli Kanser xəstəliklərinin yayqınlaşması, Urmiye şəhərinin hava kirliliyinin artması, iqlim Dəyişikliyinin sürətlənməsi, artan çölləşmə, bitgi ürtümünün yox olması, Artemia Urmianin nəslinin tükənməsi, əkinçilik də qullanılan su quyularının duzlanması və çox sayıda gərçəkləşən dirək etgiyə tanıqlıq etməkdəyik və ən yeni etgilərdən Urmiye Gölü çevrəsindəki 38 kəndin gölün quruması nədənilə təmamən boşaltılmasıdır.
 İran devlətinin tuğralı verilərinə görə Urmiye Gölünün çevrəsindəki 220 hektar əkinçilik alanı gölün suyunun geriləməsi nədənilə duzluğa çevrilməkdədir və Duz fırtınalarının yenidən başlanmasının göstərgəsi, Artı 38 kəndin Urmiye Gölünün qurumasından dolayı zorunlu köç etməsi yüzilin zorunlu çevre köçünün başlanqıcının ilk işarətidir.    
Urmiye Gölünün yenidən canlandıramq üçün 25-20 milyard metr kub suya ehtiyac var və göl üzərində 73 Baraj tikilmişdir.

۱۳۹۲/۰۹/۱۵

Urmiye Gölü qurumasıla Azerbaycan’da kanser yayqınlaşacaqdır

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: İran devlətinin tuğralı(rəsmi) verilərinə görə bugün Urmiye Gölünün 80% qurumuşdur ancaq bu qurudulmağa rağmən son 15 il içində gölün qurumasını önləyəcək yoxsa yenidən canlandırması yönündə hər hansı bir addım İran devləti tərəfindən atılmamışdır.
Hər gün keçdikcə çeşidli uzamanların dediklərinə dayanaraq Urmiye Gölünün quruması sonucu büyük olumsuz etgilər Güney Azərbaycanı gözləməkdədir və bu olumsuz etgilərın ən önəmlisi Güney Azərbaycan’da canser xəstəliyinin yayqınlaşmasıdır. Son olaraq Batı Azərbaycan çevrə hörgütü başxanı Hüseyn Abbasnejadın dediyinə görə Urmiye Gölü quruması sonucu bölgədə çeşidli kanserlər yayqınlaşacağını qatıldığı bir devlət toplantısında dilləndirdi.
Abbasneajdın dediklərinə görə Urmiye Gölü quruması heyvanların yaşamasına və çevrəyə olumsuz etgilərı olduğula yanısıra insan yaşamınıda da büyük ölçüdə etgiləyəcəkdir. Özəlliklə Güney Azərbaycan’da gərçəkləşən Duz fırtınaları və Urmiye şəhərinin hava kirliliği Urmiye Gölünün ilk olumsuz etgilərindəndir..
Tərəfsiz uzamanlara görə Urmiye Gölü iran devlətinin Güney Azərbaycan’da Baraj tikmələri və yalnış su yönətimi sonucu qurumuşdur. 

۱۳۹۲/۰۹/۰۶

Urmiye Gölünün qurumasını 30 il bundan öncə söylemişdik

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: Batı Azərbaycan çevre örgütü başxanı bugün iranın isna düşərgəs ilə (sitə) bir söyləşisi olmuş, söyləşidə ilginç olaraq başxan Urmiye Gölünün qurumasını 30 il bundan öncə dilə gətirdiklərini savunmuşdur, Ancaq 30 il bundan öncə Urmiye Gölü qurumasını söyləyərək nədən iran devləti yetgililəri bu qonuda önləm almamışlar daha ilginçdir və iran devlətinin Güney Azərbaycan çevre və doğasını açıqca baxşını sərgiləməktədir.
Həsən Abbasnejadın dediklərinə Görə Urmiye Gölü qurumasında iqlim Dəyişikliyi kimi doğa etgənləri dışında insan etgənlərıdə ön plandadadır ancaq o insan etgənləri dedi qonuyu açıqlamamış və daha doğrusu iran devlətının Güney Azərbaycan’da Baraj tikmə siyasətidə insan etgəni olaraq hesablanmış yoxsa yox bilinməməktədir. Bugün Tuğralı (rəsmi) olaraq Urmiye Gölü üzərində 73 Baraj bulunmaqda və tikilən Barajların Urmiye Gölü qurumsına qatqısını görməməzlikdən gəlmək heç doğru olmaz. iqlim Dəyişiklikləri 15-30 ildə yox yüz illər içində bir ekosistemdə etgi yarada bilərlər və iran devlətının Urmiye Gölü qurumasını iqlim Dəyişikliyini sorumlu olaraq göstərməsi daha çox özünü bu işin dışında tutuması üçün qullandıq əski bir yöntəmdir.
Iran devlətinin tuğrali verilərinə görə Urmiye Gölünün 75%  qurumuşdur ancaq əski və yeni devlət bilə gölün yenidən canlandırması haqqında addım atmamaqda israrlıdırlar və ən ilginçi Urmiye Gölünün qurumaq nədəni bugün bilimsəl olaraq bilinməməktədir.

۱۳۹۲/۰۸/۰۱

Urmiye Gölünün Güney bölgəsi önümüzdəki il bütünlükle quruyacaqdır

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: zaman keçdikcə Urmiye Gölünün quruması sonucu olası çevrəsəl və insansəl fəlakətlər ortaya çıxmaqdadır, iranlı tanınmış doğa və çevre uzmanlarının yeni araşdırmalarına görə bu çevrəsəl fəlakətə tanıqlıq etməmizə çox az qalmaqdadır və bu önümüzdəki il Urmiye Gölünün Güney bölgəsi təmamən quruyacaqdır.  Nasir Aq öz söyləşisində Urmiye – Təbriz körpüsünün gölün qurumasında etgisiz və bizcə daha az etgili olduğunu söyləməkdə ancaq iran devlətinin Güney Azərbaycan’da Baraj tikmə siyasətləri qonusunda heç bir söz söyləməməktədir. Başqa bir önəmli qonu isə Araz çayından Urmiye Gölünə çəkiləcək su axtarımının da Nasir Aqın dediyi kimi heç etgisi olmayıb və daha Araz bölgəsində yeni bir çevrəsəl fəlakətə yol açacaqdır.
Nasir Aq iranlı tanınmış Doğa və Çevre Uzmanı CHN düşərgəsilə (sitə) Urmiye Gölü durumu haqqında bir söyləşisi olmuşdur, bu söyləşi Lake Urmai News tərəfindən latin Türkcəmizə çevrilmişdir.
Bu böyük bir çevrəsəl fəlakətdir ancaq medya bunu çeşidli sayılar verərək gizləməktədir
Urmiye Gölünü yenidən canlandırmaq üçün ən önəmli zaman keçmişdir ancaq hələ Urmiye Gölünü canlandırmaq olur, bu iş üçün bilimsəl qonuya baxıb dəyərləndirməmiz gərəkir və aşamalı olaraq hərəkət etməliyik.
Urmiye Gölünü canlandıramq bir o qədər də çətin və zor iş dəyildir və kəsinliklə gölü yenidən canlandıra bilərik. Gölün quruma sürəcində quruması ön görülməyən bölgəsi Urmiye – Təbriz körpüsünün alt bölgələridir və məncə Umiye – Təbriz körpüsü gölün qurumasında heç etgisi olmayıb, Urmiye Gölünün sorunu susuzluqdur və su dolanışı dəyildir. Bu körpünü Urmiye gölü qurumasında ən önəmli etgən göstərən arxadaşlar qonuyu anlamamqdadırlar, Urmiye Gölü üzərinə tikilən yolun 90% çevrəsi qurumuşdur ancaq Təbriz – Urmiye körpüsü bölgəsi gölün ən dərin yerlərindən birisi olaraq görülməktədir.  Su dolaşımı göl suyunun ekolojik və yon dəngəsi baxımından önəmlidir ancaq Urmiye gölünün 75% quruduğu üçün bu dəngə önəmsizləşmişdir və göl dolu olurkən bu qonuyu gündəmə gətirmək olur.
əyər Urmiye Gölü qurumasaydi və göl ortasında bir yol çəkilərək Urmiye Gölü ikiyə bölünsəydi ginə göl quruyrudu?
Kəsin olaraq yox, bu olay Urmiye Gölündə iki fərqli ekosistemin yaranmasına yol açardı və bəlkə ekonomik olaraq bölgəyədə daha yararlı olurdu. ABD’nın Utah əyalətində bulunan Duz Gölü Urmiye Gölüilə bənzərliklər daşımaqdadır. 60 il olur bu göl dəmiryolu çəkilməsi gərəyi ikiyə bölünərək çox özəl və iki fərqli ekosistemə ayrıldı, Utah Gölü qurumadan yaşadı və Güneyində duz oranı daha az və Quzeyində duz oranı artdığı üçün dünyanın ən büyük Artemia baraındıran gölünə çevrildi. ABD devləti hər il 2 min ton Artemia ürətərək dünya bazarının 70% təmin etməktədir.  
Urmiye Gölünə baqşa su alanlarından su axtarma tasarısı haqqında nə düşünürsüz?
Bu tür tasarıları daha çox bölgədən heç xəbəri olmayanlar və bölgədəki su yönətimi haqqında bilgisiz insanlar tərəfindən dilləndirilməktədir, bu tür tasarının önərənlər daha çox tasarının yalınlığı və çox pul xərc edilməsi gərəktiyinə inananlardır. Bu tür tasarılar baqşa oxşar tasarılara görə daha çox pul və zaman istəməktədirlər və olası başarıları bilə Urmiye Gölünə heç etgisi olmaya bilər, nədən? Urmiye Gölü acıl olaraq suya ehtiyaci var. Araz çayı yoxsa hər hansı bir su hövzəsindən Urmiye Gölünə su gətirmək kimi tasarıların hamısı iran devlətinin su ila ilgili sorumluların nə qədər yanlış davranışlarının göstərgəsidir, iran devləti sudan sorumlu baxanlar və yetgililər sudan daha yaxşı yararlanmaq yerinə və bilimsəl olara su tükətimini azatmaq yerinə bu tür qonularla ilgilənməktədirlər. Hər il 2 milyard metr kub su iranda yanlış əkinçilik yöntəmlərindəndolayı hədər olunmaqdadır. Məncə Araz çayı yoxsa Xəzər Dənizindən Urmiye Gölünə su gətirmə tasarısı büyük maliyyətlər və zaman sorunu gərəyi bugün gərçəkləşməsı olanaqsızdır.

۱۳۹۲/۰۷/۱۶

Urmiye Gölünde duz fırtınaları başladı

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: iran devlətinin Urmiye Gölünə ilgisiz davranması sonucu bugün gölün 75% qurumuşdur və ginə çəkilən yeni görüntülərə görə duz fırtınaları Urmiye Gölündə əsmə başlamaqdadır.
Urmiye Gölü çevresinde neçə gün içində duz fırtınaları əsmış və Güney Azərabaycanın bir neçə şəhərində bu duz fırtınaları etgili olmuşdur, ancaq bu ikinci dəfə olaraq bölgədəki iran devlətı medyasınadan duz fırtınaları gündəmə gəlmişdir. Urmiye Gölündə duz fırtınaların başlaması iran devlətinin gölün canlandırılması və bu yüzilin çevresəl fəkalətını önləmək üçün heç bir addım atmadıqının göstərgəsidir, Özəlliklə Urmiye Gölü duz fırtınaları daha çox əsdikcə indiyədək 50 kənd boşaltıldığı və minlərcə insan zorunlu köç etdiqi kimi milyonlarca insan Güney Azərbaycan’dan köç etmək zorunda qalacaqdır. bir çox doğa və çevre uzmanına görə Urmiye Gölü iran devlətinin Güney Azərbaycan'da Baraj tikmə siyasətlərı və yanlış su yönətimi sonucunda qurumuşdur və gölü yenidən canlandırmaq üçün tikilən 73 Barajdan Urmiye Gölünə su axıtmaq gərəkir.



























۱۳۹۲/۰۷/۰۲

Urmiye Gölünün 80% qurumuşdur

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: bugünlər iran devlətinin Urmiye Gölü qonusunda yürütdüyü propagandaya qarşı gündəmi dəyişdirən ən önəmli xəbər iranın çevre örgütü danışmanı və uzmanı tərəfindən dilləndirildi, o da Urmiye Gölünün 80% quruduğudur. Mənsur Baqırzadənin dediyinə Görə Urmiye Gölünün 80% təmamən qurumuşdur.
Urmiye Gölündən yanlız 20% qalması yanı sıra indiyədək iran devləti Urmiye Gölünü qoruyacaq və yenidən canlandırmaya dönük heç bir addım atmamaqda israrlidir, eləcə 15 il bundan öncədə Urmiye Gölü quruma sürəci gözlə görünür halə gəlmişdi ancaq iran devləti Güney Azərbaycan’da Baraj tikmə siyasətlərini bütün sürətlə yürütməktəydi və bugün bilə neçə gün bundan öncə Həsən Ruhani tərəfindən yayınlanan bildiriyə görə Urmiye Gölü üzərinə Baraj tikmək sözdə durdurulmuşdur, ancaq bu olay eynən 2 il bundan öncə Mahmid Əhmədinejad tərəfindən də gündəmə gəlmiş ancaq gərçəkləşməmişdir. Tuğralı bilgilərə görə Urmiye Gölü su hövzəsində 73 Baraj bulunmaqdadır. Iran devlətinin bölgədə Baraj tikmə siyasətləri yanı sıra Urmiye Gölünə axan sularda büyük ölçüdə azalmış durumda, Gölə tökülən suların büyük bölümü bölgədə əkinçilik və tarım alanlarında qullanılmaqdadır ancaq iran devlətinin bir çox Tuğralı (rəsmi)verisinə görə  bölgədə əkinçilik və tarım ekonomik olaraq yararlı dəyildir. Son 34 il içində Urmiye Gölü su hövzəsində Əkinçilk alanları 2 qat artmışdır və doğal olaraq bunları bəsləyən su ölçüsüdə qat qat artmış durumda.  
Baqırzadənin söyləşisinin başqa bir bölümündə Urmiye Gölü qurumasından dolayı bölgədə hava istiliyi artmasıda gündəmə gəlmişdir, onun dediklərinə dayanaraq bölgədə son illərdə 1 dərəcə hava istilşmiş durumdadır, bunun nədənı Günəş enerjisinin Urmiye Gölündə bulunan duzlara çarpmasından qaynaqlandığı önə sürülməktədir.

۱۳۹۲/۰۶/۱۵

Hacılar Barajı Qaradağ Çevre ve Doğasını Yox Etmektedir


Umud Urmulu
Güney Azərbaycan, Qaradağ: iran devlətinin Güney Azərbaycan’da gərçəkləştirdiği Baraj Tikmək siyasətiləri zaman keçdikcə Öz olumsuz etgilərini göstərməktədir, ilk olaraq Urmiye Gölünün Quruması və artı Güney Azərbaycanin hər bir bölgəsində gərçəkləşən sayısızca çevre ve Doğa sorunlarını sayıa bilərik.
Iran devlətinin Güney Azərbaycan’da Baraj tikmək poletikalarının olumsuz etgilərını bir yenisi əklənərək durum daha ortaya çıxmaqdadır, alınan bilgilərə Görə Hacılar Barajı Güney Azərbaycanın Qaradağ bölgəsində büyük olumsuz çevre və Doğa sorunlarına yol açmışdır.
Hacılar Barajı Güney Azərbaycanin Qaradağ bölgəsində bulunmaqdadır və Hacılar Çayı üzərinə tikilmişdir ancaq bu Baraj tikildikdən sonra Çayın aşağı bölgələrındəkı bütün Balıq və Canlı türlərı yox olmuş və olmaqdadır. Hacıları Barajını tikmədən bu çayda neçə tür Balıq və başqa çeşid Canlı türlərı yaşamaqdaydı ancaq Hacılar Barajı tikildiğindən sonra Çayın Aşağı bölgələrındə bir Doğa və Çevre Soyqırımı Yaşanmış və Yaşanmaqdadır. Çayda var olan Balıq türlərının bir çoxu bugün kökdən yox olmuş. 
Çaydakı Balıqlar dışında Başqa Canlı türlərındən Bəslənən köçər quşlardan da bugün Xəbər yoxdur və Quşlar Bəslənmək üçün daha başqa bölgələrı seçməktədirlər.   
Baraj yanında Baraj suyundan Tarım alanlarının yararlanması üçün Çəkilən Kanallar bugün Əyimi (Yamac) yanlış hesablama nədən ilə işləv dışı bıraxılmışdır və bölgədə yeni sorunlara yol açmaqdadır. Baraj tikmənin Amacı iran devləti tətərindən Əkinçilik alanlarınıa Su gətirlənmək söylənmişdir ancaq bugün bu olay bilə gərçəkləşməmiş və hər il milyardla metr kub su Barajın Arxasından Buxarlanmaqdadır, artı olaraq Barajın bölgəyə gətirdiği sayısızca olumsuz etgini gözdən qaçırmamaq gərək.  
Hacılar Barajının yüksəkliği 71 Metr söylənməktədir ancaq önümüzdəki illərdə bu hündürlük 91 metr çatdırılacağı söylənilməktədir.

۱۳۹۲/۰۶/۰۷

Artemia Urmiana’nın nəsli tükəndi

Umud Urmulu
Urmiye Gölündə Artemia Urmiana’nın nəslinin tükənməsi Güney Azərbaycan’da büyük bir insan köçü olacağının ön görüşü ola bilər. Artemia Urmiana’nın nəslinin tükənməsinə rağmən iran devləti Urmiye Gölünü yenidən canlandırmaq üçün bir addım bilə atmamışdır və atmasıda ön görüləməz. seçkilərdən öncə Həsən Ruhani Urmiye şəhərinə gəldiği zaman devlətdə sorumlu olduğu haldə ilk işi Urmiye Gölünün qurumasını gündəmə gətirmək olacağını söz vermişdi ancaq yürütmədə sorumlu da oldu hələ Urmiye Gölü susuzdur.
Iran Artemia araşdırmalar mərkəzinin başxanı Urmiye Gölündə bulnan Artemia Urmiana’nın ekonomik olaraq bölgədə büyük qatqaıları olduğunu söyləmişdir, ancaq onun dediklərinə görə illərdir Urmiye Gölündən Artemia Urmiana ürətilməməkdə və bir başqa deyişlə bu canlının nəsli tükənmişdir. Urmiye Gölü Artemiasinin ürəməsi kəsılmış və eləcə Əli Mohsunpurun deiğinə görə indi Urmiye Gölündə bir tək Artemia bulunmamaqdadır. 
Artemianin ürəməsinin kəsılmə nədənı Urmiye Gölündə Duz oranının artması və suyun Duza doyma seviyəsinə gəlməsi açıqlanmaqdadır. Verilərə görə 1996-1995 ci illərdə Artemianin ən çox ürətildiği il olaraq bilinməktədir, eləcə hər il 300 – 400 ton Artemia Urmiye Gölündən ürətilmişdir. 
Artemia duzlu göllərdə yaşayan bir canlıdır və Artemia Urmiana dünyada yanlız Güney Azərbaycanda bulunan Urmiye gölündə yaşamaqdadır və dünyada görülməyən özəlliklərə sahibdir.

۱۳۹۲/۰۶/۰۴

Urmiye Gölü quruyursa 3 milyon nefer zorunlu köçecekdir

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: Urmiye’li millət vəkili Nadir Qazipur bugün iran Ulusal məclisində iran devlətinin indiyədək Urmiye Gölü qonusunda ilgisiz davrandığı və sözdə devlətin ayırdığı bücənin gərçəkləşmədiğini söyləyərək Urmiye Gölünün durumu belə dəvam etdiği sürəcdə onun dediklərinə görə 3 milyon insn bölgədən zorunlu köçəcəkdir.
Iranın tuğralı (rəsmi) olaraq Ulusal məclisin xəbərlərini sunan düşərgə (sitə) Urmiye’li millət vəkilinin sözlərinə yer verərək Urmiye Gölünün indiyədək 70% quruduğu və devlətdən də bu çevresəl fəlakəti önləyəcək heç bir addım atmadığına yer verdi.
Nadir Qazipurun söylədiklərinə görə Azərbaycan Ulusunun yaşamı Urmiye Gölünün yenidən canlanmasına bağlıdır və yeni devlətin bu qonuda addım atması gərəktiyini söylədi.
Urmiye’li millət vəkili sözlərinin bir bölümündə deyir:
Urmiye Gölü quruması bölgə Ulusunun yaşamına büyük təhlükədir və əyər devlət gölün qurumasına önləyə bilməzsə əkinçilik və tarım alanları bütünlüklə yox olub və ən azı 3 milyon insan zorunlu olaraq köçmək durumunda olacqdır.
Çevre və Doğa uzmanlarına görə Urmiye Gölünün qurumasına nədən olan ən önəmli etgən iran devlətinin Güney Azərbaycan’da Baraj tikmə siyasəti olmuşdur və gölü yenidən canlandırmaq üçündə çevrecilər tikilən barajlardan Urmiye Gölünə su axıtılmasını söyləməktədirlər.
Farsca qaynaq:
http://tinyurl.com/m7b7esf

۱۳۹۲/۰۶/۰۳

Urmiye Gölüne Araz çayından çekilecek su ekinçilikde qullanılacaqdır

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: sonunda Batı Azərbaycan çevrə örgütü başxanı Urmiye Gölünə Araz çayından su gətirilicək tasarının arxasında olan gizli planı açıqladı, onun verdiyi bilgilərə görə iran devləti Urmiye Gölü adına Araz çayından su gətirərək axtarılan suyu bölgədə əkinçilik alanlarını sulamaq üçün qullanacaqdır. Abbasnejad isna düşərgəs ilə (sitə)verdiği söyləşidə üstü qapalı olaraq Urmiye Gölünün qurumasını iran devlətinin bölgədə Baraj tikmə siaysətinin sonucu olaraq göstərmişdir. Ayrıca o devlətin Barajlardan bəllı ölçüdə Urmiye Gölünə su axtarmamasına da toxunmuşdur. Bir çox Türk uzmana görə iran devləti Araz çayından Urmiye Gölünə su gətirmə tasarısı Güney Azərbaycan və Quzey Azərbaycandaki Türklərın arasında sorun yaratmaq və Quzey Azərbaycanı Urmiye gölünün qurumasından sorumlu tutumaq istədiyini söyləməktədirlər. ayrıca iran devləti Araz çayından Urmiye Gölünə su axtarma tasarısını gündəmdə tutaraq Türk bölgəsindəki millət vəkillərini bir birini canına salmağı planlamaqdadır.    
Abbasnejad verdiği söyləşidə deyir: 
indi isə Urmiye Gölünün yanlız üçdə birisi qalmış və gölün ardı bütünlüklə qurumuşdur, əyər Urmiye Gölünün hamısı quruyrusa əsəcək duz fırtınaları Azərbaycanı heç Terhana qədər etgiləyəcəkdir və iranda Ulusal bir sorundan ziyadə bölgəni bilə etgiləyəcəkdir. Araz çayından sözdə Urmiye gölünə su gətirin ancaq amacları suları əkinçilik alanlarında qullanmayı planlayan devlət sorumluları bu işi sonucunu bilmədən bölgəyə büyük zərbə vuracaqlar, əyər Urmiye Gölü quruyursa bölgədə əkinçilk və tarım diyə bir alanın var olması olanaqsıdır.     
30 il bundan öncədən bugünədək Urmiye Gölü çevrəsində əkinçilik və tarım alanları qat qat artaraq suyun tükətimi də artmış və bölgədə Urmiye gölünə axacaq sular əkinçilik alanlarını sulamaq üçün qullanılmışdır. əyər belə devəm edərsə bölgədə hava istiliği neçə dərəcə artacaq və Urmiye Gölü suyunun buxarlaşmsı sürətlənəcəkdir. 
Bu sözlərlə yanı sıra tikilən Barajlardan Urmiye Gölünə gərəkən su ölçüsü axtarılmadı, suyun Urmiye Gölünə axtarılmaması yanında bölgədə əkinçilik alanlarının qat qat artması Urmiye Gölünün qurumasına sürətləndirdi. Iranda və özəlliklə Azərbaycan’da əkinçilik bizim yararımıza dəyildir.

۱۳۹۲/۰۵/۱۶

Urmiye Gölünün Ortalama Dərinliği 14 metrden 2 metre Çatıbdır

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: iranin Çölləşməni Önləmək Araşdırmalar Çalışma Qrupu Başxanı olan Məhəmməd Dərvişin Dediğinə Görə Urmiye Gölünün üçdə ikisi qurumuş və Orta Su Seviyəsinin 14 metrdən 2 metrə çatdığını açıqlayıbdır.
onun dediklərinə görə Urmiye Gölü Su Seviyəsinin ən yaxşı illərdə Üzölçümü 540 min hektar olmuş ancaq indi 360 - 390 min Hektar bu alandan Bütünlüklə Duz səhrasina çevrilmişdir.
Dərvişin dediklərinə Görə iran devlətinin Bölgədə baraj tikmə siyasətləri sonucunda Urmiye Gölü büyük bir zərbə almışd və Gölün üçdə ikisinin quruması artı Ortalama Dərinliğinin 14 metrdən 2 metrə ulaşması durumun nə qədər Qoxrunc olduğunu gözlər önünə sərdiğini söyləməktədir.
Urmiye Gölünün Bəzi bölgələrində Dərinliği indi 4 metrdir ancaq Gölün bütünlüğünü nəzərdə alarsaq Ortalama dərinlik 2 metr olaraq görülməktədir. 
Urmiye Gölü çevrəsində Püstə Əkilsin
Doğu Azərbaycan Əkinçilik Örgütü başxanı Urmiye Gölü çevrəsindəki Tarım alanlarında Püstə əkildiğini və iran devləti tərəfindən də Püstə əkilməsinə təşviq olacağını açıqladı.
iskəndərinin dediğinə Görə Urmiye Gölü qurumasından yaranacaq Duz Fırtınalarını önləmək üçün bölgədə əkilən Türlərdə dəyişiklik olmalıdır və daha Susuzluğa dayanan türlər bölgədə əkilməlidir, ona görə Püstə daha Quraqlıq bölgərdə əkilməsi doğru bir seçimdir. Doğu Azərbaycanda 293 Hektar Püstə əkilmiş ancaq bu sayıdan yalnız 125 hektra ürün vermişdir.

۱۳۹۲/۰۵/۱۳

Urmiye Gölünün Üçde ikisi Duzluğa Çevrilmişdir

Güney Azərbaycan, Urmiye: iran’da Çölləşmənı Önləmək amaclı yaradılan Çalışma Qrupu Başxanı Güney Azərbaycan’da Bulunan Urmiye Gölünün üçdə ikisinin Duz Səhrasına çevrildiğini açıqladı. 
Məhəmməd Dərvişə Görə Urmiye Gölünün Su Seviyəsinin ən yaxşı Durumu daşıdğı illərdə Üzölçümü 540 min Hektar olmuşdur indi isə 360 – 390 min Hektar bu ölçüdən Duzluğa çevrildiğini söyləyir, o Susuzluq nədənilə 360 – 390 Hektar Urmiye Gölünün Alanının Duz Səhrasına çevrilməsini açıqlamaqdadır.
Dərvişin dediklərinə Görə bu bilgilərə dayanaraq Urmiye Gölünün üçdə ikisinin Duz Səhrasına çevrildiğini açıqlaya bilərik, artı Yel Yönünün bölgədə Batıdan doğuya olduğu üçün Urmiye Gölünün Doğusunda bulunan bütün bölgələrdə getdikcə Duz fırtınalarının etgiləri görünməktədir. Eləcə Marağa, Azərşəhr vs kimi şəhərlərdə indidən Duz fırtınalari görünməsı çox düşündürücüdür.
Urmiye Gölü Duz fırtınalarının əsməsı Toprağı zəhərləməktə və bölgədə Əkinçilik alanlarına büyük zərbə vurmaqdadır.
Tərəfsiz uzmanlarıa Görə Urmiye Gölü iran devlətinin Baraj tikmə Siyasətləri, yalnış su yönətimi vs kimi nədənlərdən dolayı Quruduldu.

۱۳۹۲/۰۴/۲۶

Urmiye Gölünün her il 1 milyard metr Kub Suyu Buxarlaşmaqdadır

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: Doğu Azərbaycan Çevre Örgütü başxanı olan Büyük Rəisinin dediğinə Görə hər il normal olaraq Urmiye Gölünün 1 milayrd metr Kub Suyu buxarlaşmışdır.
Rəisinin dediklərinə görə Urmiye Gölünün Ekolojik su ehtiayci hər il 3.1 milyard metr kubdur ancaq bu Ehtiyac dışında hər il 1 milyard metr Kub’da Urmiye Gölünün suyu Buxar olur.
Iran devlətinin verilərinə görə gərək hər il 270 milyon metr kub Doğu Azərbaycan, 1.7 milyatd metr kub Batı Azərbaycan və 940 milyon metr kub isə Kürdistan Ostanindan Su Urmiye Gölünə Təmin ola ancaq bunun nə qədəri gərçəkləşir söyləməsi çox zor.
Rəisinin dediklərinə Görə iran devləti Urmiye Gölü Suyunun Buxarlaşamsını Önləyəcək addımlar atmış ancaq bu addımların nə olduğu haqda bilgi verməməktədir. Onun dediklərinə Görə indi Urmiye Gölünün hər litr suyunda 400 Qram Duz Bulunmaqdadır, ancaq Duz oranı normal zamanlarda 280 – 200 Qram litrdə olur. Urmiye Gölü Suyunda Duz Oranı Artdığı üçün Göldə Bulunan tək Canli “Artemia Urmiana”  Yaşam Mücadiləsi verdiğini söyləyə bilərik.
Urmiye Gölü Ekolojik Özəlliklərinə Görə 1967 ci ildə iran devləti tərəfindən Qorunamsı gərəkən bölgə və 1977 ci ildə iranin Ulusal Parki olaraq tanımlandı. Urmiye Gölündə 27 tür Məməli, 212 tür Quş, 41 tür Sürünən, 26 tür Balıq və 7 tür İki yaşamlı heyvan türləri bulunmaqdadır.

۱۳۹۲/۰۴/۲۵

Urmiye Gölünün 75% Qurumuşdur

Umud Urmulu
Güney Azərbaycan, Urmiye:  Mehdi İsazadə bugün iran Ulusal Məclisində söz alaraq Urmiye Gölünün 75% Quruduğunu açıqladı, onun dediklərinə Görə Urmiye Gölünün Quruması iran və devləti yönəticiləri üçün bir büyük bir təhlükə olduğunu açıqladı.
Bu xəbər Tuğralı (rəsmi) olaraq iran Ulusal məclisi düşərgəsi (sitə) tərəfindən açıqlanaraq Urmiye Gölünün yeni durumuna işıq saçmış oldu, ancaq daha ilginç olan Urmiye Gölünün 75% Qurumasına rağmən Mərkəziyətçi və iran devləti medyası bu qonuda susmaları və Topluma qarşı propaganda yapmalarıdır.
Urmiye’li Millət Vəkilinin dediğinə görə Urmiye Gölü Quruması Unutulmayacaq bir zülmdür və iran Ulusal məclis Başxanila gərçəkləşən Toplantıdan sonra indiyədək 1 Tümən Büdcə Urmiye Gölünü yenidən Canlandırmaq üçün ayrılmayıb və gərçəkləşməməşdir, Artı iran’da  Sudan sorumlu Baxandan Urmiye Gölünə Təmin olunacaq su haqqında 1 il bundan öncə soru soruşulmuş ancaq indiyədək bu baxandan heç bir yanıd alınmamışdır.  
Tərəfsiz Su və Doğa Uzmanlarına Görə Urmiye Gölü iran Devlətinin Baraj tikmək siyasətlərı sonucunda quruduldu, ancaq devlətin Baraj tikmək siyasətlərı yanı sıra bölgədə Əkinçilik alanlarının 2 qata artması, Nüfus Artışı, Əskı sulama sistemi, iqlim Dəyişikliyi vs də Urmiye Gölü Qurumasında etgili olmuşdur.

۱۳۹۲/۰۴/۱۸

Urmiye Gölü Su Seviyesi 25 Cm Gerilemiş

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: iran Devlətinin Urmiye Gölü ilə bağlı yalan bilgilər paylaşmasına rağmən sonunda Batı Azərbaycan Çevre Örgütü Başxanı iran devlətinin bütün yalanlarına bir ovuç su sərpmış oldu. Batı Azərbaycan Çevre Örgütünə Görə Urmiye Gölü Su Səviyəsi ötən ilə görə 25 Cm geriləmişdir. Hüseyn Abbasnejad Urmiye Gölü Quruması və Suyun hər keçən gün geriləməsi haqqında iran devlətinin tuğralı (rəsmi) görüşlərini dilə gətirərək Gölün qurumasını yağış oranı, iqlim dəyişkliği vs bağlamışdır ancaq tərəfsiz Doğa və Çevre Uzmanlarına Görə Urmiye Gölü iran devlətinin Güney Azərbaycan’da Baraj Tikmə siyasəti, yalnış su yönətimi, əkinçilik alanlarının 33 il içində 2 qata artması, bölgədə Toplum artışı vs bağlamqdadırlar. Daha ilginç budur, Urmiye Gölünün hər keçən Gün su Səviyəsinin geriləməsinə Rağmən iran devləti bir addım olsa bilə bu gölün ölümünü önləmək üçün atmamaqda israrlidir.
Hüseyn Abbasnejadin dediğinə Görə havaların istiləşdiğindən dolayı Urmiye Gölünün Buxarlaşması 60% artmışdır və bu olay Göl Suyunun daha geriləməsinə nədən olmuş.
Indi Urmiye Gölü Su Səviyəsi Azad Dənizlərdən 1271.04 metrdır və demək olur 25 Cm Su Səviyəsi ötən ilə Görə geriləmişdir. Onun dediklərinə görə Suyun Geriləməsindən dolayı Urmiye Gölü Adalarından bulunan heyvanlar üçün bəlli ölçüdə Su maşınlarla göndərilməktədir.