۱۳۹۱/۰۶/۲۰

Urmiye Gölünün 70% Duzlu Çölə Dönüşdü


Güney Azərbaycan, Urmiye: Batı Azərbaycan Çevre və Doğadan Sorumlu baxanı Urmiye Gölünün 300 hektari Duzlu çölə Dönüşdüğünü açıqladı və Urmiye Gölünün nə qədər gərgin bir durum daşıdığını iran dövlət medyasını anlatdı.
Hüseyn Abbasnejad bir neçə gün bundan öncə Urmiye Gölünün 70% qurumasını söyləyərək bu çevresel fəlakətini baqşa açıdan dəyərləndirdi, onun dediklərinə Görə Urmiye Gölünün quruamsını önləmək üçün işlər çox yavaş yürüməktədir.
Buludlari Toxumlamaq (Cloud seeding), Sulama sistemində Dəyişklər, başqa Su hövzələrindən Urmiye gölünə su gətirmək kimin tasarılar üçün ayrılan büdcə gərçkləşməməktədir.
Abbasnejada Görə yağılan yağış və daşqınlar Urmiye Gölündə heç etgisi olmayıb və eləcə Urmiye Gölünün illik Su ehtiayci 3.1 milyard kub olduğu üçün bu tür yağışlar yanlız bölgədə nəmı artaraq bir balaca sürəclik Buxarlaşmanın önünü kəsməktədir.
Abbasnejada Görə Şəhər çayı Səddinin ən azı 30 qatında Su bəlkə Urmiye Gölünün susuzluğunu önləyə bilir. Neçə il bundan öncə Cığatı çayının Suyu Urmiye gölünə gətiriləcəktir ancaq bu olay gərçəkləşmədi və indi anlamsızdır.
Əsğr Məmdi Fazil Doğa və çeşid Türləri örgütnün başxanı neçə ay bunan öncə Urmiye gölünün 65% quruduğunu söyləmişdir, eləcə iran dövlətini verilərinə Görə Urmiye gölündən yanlız 35% qalmışdır. Fazilin dediğinə Görə Urmiye gölünün bir çox bölgəsi Duz oranının çox olma nədənilə Qızarmış və eləcə bu durumda Urmiye Gölünün Yaşam Hikayəsənin ən gözəl göstərgəsidir.
Mahmid Əhmədinejad dövləti bu il Urmiye Gölünün ölümünü önləmək üçün büdcə ayırmasını söyləmişdir ancaq bu olay gərçəkləşmədi. Eləcə bir neçə vaxt bundan öncə iran Dövləti Araz çayından Urmiye Gölünə su gətirmək tasarısını gündəmə gətirmişdi ancaq bu tasrının gərçəkləşməsi ən azı 5-10 il işidir və Urmiye Gölü 3-5 ilidək quruyacaqdır, ötə yandan bir çoxu Doğa və Çevre uzamanına Görə iran dövləti bu işi görərsə Araz bölgəsi ekolojik bir fəlakətlə qarşı olacaqdır.  
Urmiye gölünün 70% qurumasına Rağmən iran dövləti indiyədək Urmiye Gölünün ölümünü önləmək üçün bir addım bilə atmayıb və tərsinə içi boş tasarıları gündəmə gətirməklə zamanı yandırmağa çalışır.