‏نمایش پست‌ها با برچسب Araz. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب Araz. نمایش همه پست‌ها

۱۳۹۲/۰۸/۰۱

Urmiye Gölünün Güney bölgəsi önümüzdəki il bütünlükle quruyacaqdır

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: zaman keçdikcə Urmiye Gölünün quruması sonucu olası çevrəsəl və insansəl fəlakətlər ortaya çıxmaqdadır, iranlı tanınmış doğa və çevre uzmanlarının yeni araşdırmalarına görə bu çevrəsəl fəlakətə tanıqlıq etməmizə çox az qalmaqdadır və bu önümüzdəki il Urmiye Gölünün Güney bölgəsi təmamən quruyacaqdır.  Nasir Aq öz söyləşisində Urmiye – Təbriz körpüsünün gölün qurumasında etgisiz və bizcə daha az etgili olduğunu söyləməkdə ancaq iran devlətinin Güney Azərbaycan’da Baraj tikmə siyasətləri qonusunda heç bir söz söyləməməktədir. Başqa bir önəmli qonu isə Araz çayından Urmiye Gölünə çəkiləcək su axtarımının da Nasir Aqın dediyi kimi heç etgisi olmayıb və daha Araz bölgəsində yeni bir çevrəsəl fəlakətə yol açacaqdır.
Nasir Aq iranlı tanınmış Doğa və Çevre Uzmanı CHN düşərgəsilə (sitə) Urmiye Gölü durumu haqqında bir söyləşisi olmuşdur, bu söyləşi Lake Urmai News tərəfindən latin Türkcəmizə çevrilmişdir.
Bu böyük bir çevrəsəl fəlakətdir ancaq medya bunu çeşidli sayılar verərək gizləməktədir
Urmiye Gölünü yenidən canlandırmaq üçün ən önəmli zaman keçmişdir ancaq hələ Urmiye Gölünü canlandırmaq olur, bu iş üçün bilimsəl qonuya baxıb dəyərləndirməmiz gərəkir və aşamalı olaraq hərəkət etməliyik.
Urmiye Gölünü canlandıramq bir o qədər də çətin və zor iş dəyildir və kəsinliklə gölü yenidən canlandıra bilərik. Gölün quruma sürəcində quruması ön görülməyən bölgəsi Urmiye – Təbriz körpüsünün alt bölgələridir və məncə Umiye – Təbriz körpüsü gölün qurumasında heç etgisi olmayıb, Urmiye Gölünün sorunu susuzluqdur və su dolanışı dəyildir. Bu körpünü Urmiye gölü qurumasında ən önəmli etgən göstərən arxadaşlar qonuyu anlamamqdadırlar, Urmiye Gölü üzərinə tikilən yolun 90% çevrəsi qurumuşdur ancaq Təbriz – Urmiye körpüsü bölgəsi gölün ən dərin yerlərindən birisi olaraq görülməktədir.  Su dolaşımı göl suyunun ekolojik və yon dəngəsi baxımından önəmlidir ancaq Urmiye gölünün 75% quruduğu üçün bu dəngə önəmsizləşmişdir və göl dolu olurkən bu qonuyu gündəmə gətirmək olur.
əyər Urmiye Gölü qurumasaydi və göl ortasında bir yol çəkilərək Urmiye Gölü ikiyə bölünsəydi ginə göl quruyrudu?
Kəsin olaraq yox, bu olay Urmiye Gölündə iki fərqli ekosistemin yaranmasına yol açardı və bəlkə ekonomik olaraq bölgəyədə daha yararlı olurdu. ABD’nın Utah əyalətində bulunan Duz Gölü Urmiye Gölüilə bənzərliklər daşımaqdadır. 60 il olur bu göl dəmiryolu çəkilməsi gərəyi ikiyə bölünərək çox özəl və iki fərqli ekosistemə ayrıldı, Utah Gölü qurumadan yaşadı və Güneyində duz oranı daha az və Quzeyində duz oranı artdığı üçün dünyanın ən büyük Artemia baraındıran gölünə çevrildi. ABD devləti hər il 2 min ton Artemia ürətərək dünya bazarının 70% təmin etməktədir.  
Urmiye Gölünə baqşa su alanlarından su axtarma tasarısı haqqında nə düşünürsüz?
Bu tür tasarıları daha çox bölgədən heç xəbəri olmayanlar və bölgədəki su yönətimi haqqında bilgisiz insanlar tərəfindən dilləndirilməktədir, bu tür tasarının önərənlər daha çox tasarının yalınlığı və çox pul xərc edilməsi gərəktiyinə inananlardır. Bu tür tasarılar baqşa oxşar tasarılara görə daha çox pul və zaman istəməktədirlər və olası başarıları bilə Urmiye Gölünə heç etgisi olmaya bilər, nədən? Urmiye Gölü acıl olaraq suya ehtiyaci var. Araz çayı yoxsa hər hansı bir su hövzəsindən Urmiye Gölünə su gətirmək kimi tasarıların hamısı iran devlətinin su ila ilgili sorumluların nə qədər yanlış davranışlarının göstərgəsidir, iran devləti sudan sorumlu baxanlar və yetgililər sudan daha yaxşı yararlanmaq yerinə və bilimsəl olara su tükətimini azatmaq yerinə bu tür qonularla ilgilənməktədirlər. Hər il 2 milyard metr kub su iranda yanlış əkinçilik yöntəmlərindəndolayı hədər olunmaqdadır. Məncə Araz çayı yoxsa Xəzər Dənizindən Urmiye Gölünə su gətirmə tasarısı büyük maliyyətlər və zaman sorunu gərəyi bugün gərçəkləşməsı olanaqsızdır.

۱۳۹۲/۰۶/۰۳

Urmiye Gölüne Araz çayından çekilecek su ekinçilikde qullanılacaqdır

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: sonunda Batı Azərbaycan çevrə örgütü başxanı Urmiye Gölünə Araz çayından su gətirilicək tasarının arxasında olan gizli planı açıqladı, onun verdiyi bilgilərə görə iran devləti Urmiye Gölü adına Araz çayından su gətirərək axtarılan suyu bölgədə əkinçilik alanlarını sulamaq üçün qullanacaqdır. Abbasnejad isna düşərgəs ilə (sitə)verdiği söyləşidə üstü qapalı olaraq Urmiye Gölünün qurumasını iran devlətinin bölgədə Baraj tikmə siaysətinin sonucu olaraq göstərmişdir. Ayrıca o devlətin Barajlardan bəllı ölçüdə Urmiye Gölünə su axtarmamasına da toxunmuşdur. Bir çox Türk uzmana görə iran devləti Araz çayından Urmiye Gölünə su gətirmə tasarısı Güney Azərbaycan və Quzey Azərbaycandaki Türklərın arasında sorun yaratmaq və Quzey Azərbaycanı Urmiye gölünün qurumasından sorumlu tutumaq istədiyini söyləməktədirlər. ayrıca iran devləti Araz çayından Urmiye Gölünə su axtarma tasarısını gündəmdə tutaraq Türk bölgəsindəki millət vəkillərini bir birini canına salmağı planlamaqdadır.    
Abbasnejad verdiği söyləşidə deyir: 
indi isə Urmiye Gölünün yanlız üçdə birisi qalmış və gölün ardı bütünlüklə qurumuşdur, əyər Urmiye Gölünün hamısı quruyrusa əsəcək duz fırtınaları Azərbaycanı heç Terhana qədər etgiləyəcəkdir və iranda Ulusal bir sorundan ziyadə bölgəni bilə etgiləyəcəkdir. Araz çayından sözdə Urmiye gölünə su gətirin ancaq amacları suları əkinçilik alanlarında qullanmayı planlayan devlət sorumluları bu işi sonucunu bilmədən bölgəyə büyük zərbə vuracaqlar, əyər Urmiye Gölü quruyursa bölgədə əkinçilk və tarım diyə bir alanın var olması olanaqsıdır.     
30 il bundan öncədən bugünədək Urmiye Gölü çevrəsində əkinçilik və tarım alanları qat qat artaraq suyun tükətimi də artmış və bölgədə Urmiye gölünə axacaq sular əkinçilik alanlarını sulamaq üçün qullanılmışdır. əyər belə devəm edərsə bölgədə hava istiliği neçə dərəcə artacaq və Urmiye Gölü suyunun buxarlaşmsı sürətlənəcəkdir. 
Bu sözlərlə yanı sıra tikilən Barajlardan Urmiye Gölünə gərəkən su ölçüsü axtarılmadı, suyun Urmiye Gölünə axtarılmaması yanında bölgədə əkinçilik alanlarının qat qat artması Urmiye Gölünün qurumasına sürətləndirdi. Iranda və özəlliklə Azərbaycan’da əkinçilik bizim yararımıza dəyildir.

۱۳۹۱/۰۴/۲۳

Urmiye Gölü Duz Fırtınaları çevredeki şeheleri yox edcek


Güney Azərbaycan, Urmiye: iranin Tuğralı (rəsmi) fars xəbər ajansilə Urmiye şəhəri millət vəkili Urmiye Gölü haqqında bir Rapor yaymışdır bu raporun Türkcə çevrisi sunulur:
əyər Urmiye Gölü quruyrusa Batıdan Doğuya əsən Duz fırtınalar nədənilə Yaşam imkansiz olub və Doğu Azərbaycan şəhərlərı yox olacaqlar.
Urmiye Gölünün Qurumasını önləmək üçün indiyə qədər çoxlu sözlər danışılıb ancaq bu qədər danışıqlar dışında heç bir iş olmayıbdır.
biz Urmiye millət vəkilləri olaraq ötən həftə iranin Sudan sorumlu baxanılə yaxından görüşüb və Urmiye Gölü sorununu danışdıq, onlar bu sorunun çözlüməsini dilədilər.
Urmiye Gölünün qurumasını önləmək bizim ən önəm verdiğimiz qonulardan sayılır və biz bu işin sonucunadək peşində olacayıq.
Araz Çayından Urmiye Gölünə Su gətirmək planının araştırma çalışmaları bitmişdir! və iranda sorumlu olan dövlət örgütləri hamısı bu planın hansı mütəahhid tərəfindən gərçəkləşməsini gözləyirlər.
Araz Gölündən Urmiye Gölünə su gətirmə planı 2 il çəkəcəkdir və 117 km məsafəsi var.
nədən iranin Tuğralı örgütlərı indiyədək bu planın gərçəkləşməsını gecikdırıclər bilmirəm.
yazının farsca Qaynağı:
http://tinyurl.com/8344lyo
Urmiye millət vəkilin dediği sözlərın bir az incələyərsək əmin ola bilərik bu insanin özünü reklam etmədən heç bir amacı yoxdur, nədən? o Araz çayından Urmiye Gölünə su gətirməni 2 il söyləyibdir, ancaq iranin dövlətinin Tuğralı qaynaqları bunun 5 ildə olduğunu göstərilər, ötə yandan Tuğralı qaynaqlar bu işə ayırılan büdcəninın gərçəkləşməməsindən şikayətçi və ayırılan büdcə ilə bu plan yanlız 10 ildə gərçəkləşəcəkdir. Araz Çayı bir neçə ölkə arasında ortaq bir Su alanıdır, iran Araz çayını seçmə nədəni Güney Və Quzey Azərbaycan arasınd asorun yaratmaq amacıla seçilmişdir, eləcə iran bəlli ölçüdə Arazdan su yararlana bilər ancaq iran Arazdan daha çox Su gətrməməyi Quzey Azərbaycana bağlayaraq Güney Azərbaycan Türkləri arasında bir tepki yaratmağa çalışır, yoxs Urmiye Gölünə ən yaxın çay Zap, Godar və başqa çaylardır.

۱۳۹۱/۰۴/۰۵

Urmiye Gölünün Qurumaq Sorunu Araz Çayından Su Getirmekle Çözülmez


iran dövlətının Su Yönətimində nsorumlu Başxanı iranin Tuğralı(Rəsmi) medyasila verdiği Söyləşdə iran dövlətinin Urmiye Gölünü Qoruamq üçün iki plan yürütəcəyini xəbər vermişdir. radiofarda.com sitəsinin farsca bölümü Tehran yaşayan bir Çevre Uzmaniyila apardığın danışığın latin Türkcəsini aşağıdan oxuya bilərsiz:
bu iş imkansizdir və Yürüyəməz, əyər iran dövlətı Araz çayından Urmiye Gölünə su transfe edərsə kəsinlki Yazılmamış ekolojik yasalara Görə bir Başqa ekosistem darbə görərək Qurumaq zorudna olur. biz daha öncələ bu plani iranin öz içində yürütdük və sonucları bugün ortadadır, bir bölgəyə su gətirmək üçün bir başqa bölgəni qurutduq...
Araz Çayınan Su Həcmi bəllidir ancaq iran dövlətı bu çaydan daha çox Su transfe edərsə bu Araz çayının Su deviri bir birinə dəyərək Urmiye Gölündə olduğu kimin yanlız sorunu bir başqa yerə daşımış oluruq.
iran dövlətı Gərək Urmiye Gölünün durumunu bilimsəl çalışmalar və araştırmalarla araştırıb sorunun nədənini bulub sonra soruna çözüm önərə, ancaq bu durum indiki söyləmlərlə yürümür. bizim gərək yanlışlıqlarımızı qəbul etmə gücümüz ola və Ulusumuzua Urmiye Gölünün nədən bugünə qaldığını söyləyək, o zaman Sorunun çözməsini Umaq olur.
mənə Görə iran dövlətı sorunu nədən yaranmasini bilmədən sorunun özünü silmək istəyir ancaq bu yaxın sürəcə bəlkə yanıt verə uzun vadədə yeni və daha böyük sorunların qaynağı oalcaqdır.
Araz çayı bir Ortaq çaydır və iranin bəlli ölçüdə su transfer edə bilir, ötə yandan Araz suyunun böyük bölümü Ərdəbil şəhərinin Muğan bölgəsində olan əkinçilik alanlarına yönəlir. Zab haqqında da eynən geçərlidir, Zab çayı iranin Quzey Batıaında olan Gölməçələrın tək Yaşam alanıdır. əyər bu gölməçələrə Zabdan gəlnə su kəsilirsə bölgdə Fırtınalar əsəcəkdır.
Sizcə Urmiye Gölünün Quruamq nədəni nədir? Indiyə qədər bu haqqda bir bilimsəl çalışma varmi? 
Təməl sorun əkinçilik alanlarının bu illər içərisində iki qat artması və bu alanları suvarmaq üçün tikilən sayısızca səddləddır. əkinçilik alanları neçə il bundan öncə 320 tənəfkən (hektar) indi isə 680.000 tənəf olmuşdur. Bu əkinçilik alanların artması Urmiye Gölünə tökülən suların azalmasına nədən olub və minlərcə Yasa dışı Su Qoyusu Bölgədə tikilə, bu işin sonucunda Urmiye Gölü böyük darbə gördü və indiki durumu ortadadır.
Sayın Məsud məhəmmədi iran dövlətının bəzi sorumuları bölgədə əkinçilik alanların azaltmasını planlayıb və bəzi baqşa sorumlular isə Bulud Toxumlamasını önərirlər, sizcə bu işlərdə sorunu çözə bilərik?
Baxın Əkinçilik alanlarının azalması yaxşıdır ancaq bu qıssa, orta vəadəlı bir yöntəm dəyildir bəlkə uzun vadəli bur çözüm ola bilir, ötə yandan əyər bir əkinçi əkməyəcəksə bəs necə öz ekonomik durumunu sayğlayacaqdır? Dövlət bu işi qolaycasına çözəməz. 
Bulud toxumlamaq haqqında bu iş bilimsəl olaraq sonucu bəlli olduğu üçün keçərsizdir. Əyər Buludları toxumlamaqla Quraqlığın önünü kəsmək olsaydı dünayda bu qədər Quraq bölgə olamzdı. Öncələ dəfəlrəc əbu iş iranda oldu ancaq sonuc alamadıq və dahaca çevərə  darbə vurduq.   
Latin Türkcə çevirən: Umud Urmulu
Farsca qayanq: http://tinyurl.com/c3vfa52