Urmulu Umud
Birləşmiş Uluslar Örgütnün Çevre və Doğa Bölümü olan UNEP Urmiye Gölü Quruması və yaranan fəlakətın haqqında bir Rapor Yaymışdır.
UNEP Örgünün yaydığı bilimsəl bilgilər Urmiye Gölünün 15 il içində Qurumaq sürəcini Araştırıcı yollar və ilkələrlə anlatmaya çalışır, ötə yandan Urmiye Gölünün Su Hövzəsi haqqında 100 illik bir Rapor sunur. Raporda Güney Azərbaycanda olan Urmiye Gölü, Türkiyənin Van Gölü və ermənistanda olan Gölün durumlarını 2001 ci ildən 2011 ci ilə qədər müqayisə edərk bu soruyu ortaya atmışdır ki nədən Urmiye Gölü quruyur ancaq Van Gölü və ermənistan Gölü qurumayıblar?
Urmiye Gölü bilimsəl verilərə Görə 2300 km qurumuşdur ancaq iran fars dövlətinin dediğinə Görə əyər Quraqlıq Urmiye Gölünü qurudubsa nədən bu Quraqlıq Van Gölü və ermənistanda olan Gölərdə etgisi olmayıbdır? Yoxsa Urmiye Gölü Quruma fəlakəti və Quraqlıq yoxsa yanlız Urmiye Gölünü etgiləyir?
Bu bilmsəl Araştırmaları bir yana ancaq indiyədək iran dövləti yetkililəri Səddlərın Urmiye Gölü qurudulmasında rollarını 10% və Quraqlığı 60% deyimini bir araya gətirirsək kimin doğru və kimin həmişə kimin yalan dediği ortaya çıxır. Avsturlayda yaşayan və Iran vətəndaşı olan bir Doğa və Çevrə Uzmanı yazdığı iqlim dəyişikliği haqqında bilimsəl kitabda peykdən alınan Urmiye Gölü bilgilərı və Yağış oranının bir araya gətirərək isbat edir Urmiye Gölü Su hövzəsində neçə ildir yağışlar normaldır ancaq buna Rağmən Urmiye Göle hər gün su eldən verməkdədir. Onun verdiği bilgilərə Görə Görə Urmiye Gölünün qurumaq sürəci Gölü Quzey və Güney bölgələrində daha sürətli dəvam etməkdədir.
Bütün bilimsəl araştırmaların sorun bunu deməkdədir, Urmiye Gölünün bu qədər hizli quruma sürəci Doğal bir sürəc olamaz və kəsinlikə insani araclar Urmiye Gölü quruamsında böyük rol oynamışlar.
UNEP yaydığı Raporda Yağışların çox yağması bilə Urmiye Gölündə etgisi olmadığı açıqlayır və Yağışların ən çox yağıdı bir sürəcdə yanlız bir neçə cm Urmiye Gölü suyu yüksələ bilər, başqa bir deyişlə Quraqlıq olub olmamağı və Yağış yağıb yağmamağı Urmiye Gölü quruma sürəcində o qədər etgisi yoxdur və zaman içərisində Urmiye Gölü hər gün suyun əldən verməkdədir. əyər şanslı olursa yağış yağma oranı çox olursa bu quruma sürəci bəlkə bir az hizini əldən vermiş olur yoxsa indi ki durumunu qorya bilir. Iran dövlətinin verği yağış oranları Urmiye Gölünün bu ilki yağış yağmasının yaxşı olduğunu göstərir və bu yağışların bir neçə cm Urmiye Gölünə su gətirdiğini savunurlar anacq həmən dövlət veriləri ötəki ilə Görə Suyun az olduğunu göstərir.
Bu sözlərı Urmiye gölünün bir Susuz Qab olmadığını Göstəri və onun bir Canlı Ekosistem olduğunun qanıtıdır. Bir Ekosistem yaşamsı üçün yağışdan sonra Axar suları ehtiyacı var ancaq iran fars dövləti kəsinliklə Urmiye Gölünə axan suların hamısının önünə kəsərk sayısızca Sədd tikmişdir və Urmiye Gölü yanlız Yağış sularını tapşırılmışdır.
UNEP’in verdiği bilimsəl bilgilər Urmiye Gölünün 100 il öncə Sahəsinin(Yüzölçümü) 6100 km olduğunu göstərir anacq 1995 ci ildən hər gün Urmiye Gölü su eldən verməkdə olaraq sahəsini əldən vermişdir. Peykdən alınan bilgilər Urmiye Gölünün 2011 ci ildə Sahəsini 2366 km ədən verdiğini Göstərir və bu süərcin ardı olduğunu qanıtlayır. Bilimsəl bilgilər Urmiye Gölünün Quruması və çevrəsində yaşayan 75 milyun insanin Yaşamında etgisini olduğunu söyləyir. UNEP’in Verdiği Rapor Urmiye Gölü quruması Yanlış Su yönətimi, Sayısıca Səddlərin tikilməsi, Suyun yanlışca əkinçilikdə Qullanılmasını Söyləyir.
Dünya Çevre və Doğa Uzmanlarının dediğinə Görə Urmiye Gölünün su əldən vermə Sürəci Suyun daha Duzunun artması, Çevre və Doğanin məhv olması, Duzlu Fırtınaların əsməsı, böyük ölçüdə iqlim dəyişkliği, Zorlu köçlər, əkinçiliğin zərər Görməsi, Xəstəliklərın artması və ... nədən olacaqdır. Bu nədənlərdən dolayı minlərcə Türk insani 2011 i ilin Biçin(avgust) və Sıxman Aylarında Təbriz və Urmiye Şəhərlərində Dövlətın Urmiye Gölü qurumasına ilgisiz davranmasını qarşı bir Protesto olaraq dıaşrıya çıxmışlar anacq iran fars dövlətı sayısıca Türk insani tutusaq edərək basqıcı bir tavırlar bu Doğa və Çever Göstərisini basdırmışdır. UNEP Urmiye və Təbriz Göstərilərinə Toxunaraq Türk Xalqının Urmiye də yeni bir Aral Gölü olayının Yaşanmasınıdan qorxulu olduqlarını söyləyır. Ilər öncə Aral Gölü quruyubdur ancaq hələ Yel fırtınaları bölgədə əsməkdədır, ancaq ən təhlükəlı Durumu Urmiye Gölündə olan duz oranıdır. Urmiye Gölündə 10 milyun Ton Duz olduğu düşünülür.
UNEP Urmiye gölünün 2001 cil ildən 2011 ci ilədək 7 Metr su əldən verdiğini söyləyır, və ardında belə dəvam edərsə bölgədə çox böyük olan Duzluq olaraq qullanılmaz halə gələcəğını söyləyır.
Bilimsəl Raporda iran fars dövlətının ortaya atdığı qonularıda toxunulur. Iran dövlətı Urmiye Gölünə su gətirmək üçün Xəzər Dənizi, Araz Gölü və Zap çayını önərmişdir ancaq Xəzər Dənizi Urmiye Gölündə 300 km uzaqdadır və daha sonra Xəzər Dənizi yanlız iranin dəyil və bir neçə ölkə bu işə izin verməldirlər. əyər ölkələr izin versə bilə Xəzər Dənizindən Urmiye gölünə su gətirmək 5.5 milyard dollar baxar və iran dövlətı bu bədəli üdəməz. ötə yandan Araz Gölüdə yanlız iranin dəyildir və bu göldə ortaq olan ölkələrdə iranin bu işinə yaxşı yaxınlaşmırlar, onlar görə Urmiye Gölünü su gətrimək üçün Araz Gölünü və onun çevrə və Doğasını qurutmamaq gərəkır. Zap çayıda Iraq və Türkiyə Dövlətılərını izini olmadan bu iş olamaz. UNEP Urmiye gölünün yaşam yolunu Urmiye Gölünün su hövzəsində Su yönətimin dəngəsini qorumaq və yöntənəkdə görür. Ona görə Urmiye Gölünün tökülən suyu səddlərdən təmin olmalıdır.
هیچ نظری موجود نیست:
ارسال یک نظر