۱۳۹۲/۰۵/۱۶

Urmiye Gölünün Ortalama Dərinliği 14 metrden 2 metre Çatıbdır

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: iranin Çölləşməni Önləmək Araşdırmalar Çalışma Qrupu Başxanı olan Məhəmməd Dərvişin Dediğinə Görə Urmiye Gölünün üçdə ikisi qurumuş və Orta Su Seviyəsinin 14 metrdən 2 metrə çatdığını açıqlayıbdır.
onun dediklərinə görə Urmiye Gölü Su Seviyəsinin ən yaxşı illərdə Üzölçümü 540 min hektar olmuş ancaq indi 360 - 390 min Hektar bu alandan Bütünlüklə Duz səhrasina çevrilmişdir.
Dərvişin dediklərinə Görə iran devlətinin Bölgədə baraj tikmə siyasətləri sonucunda Urmiye Gölü büyük bir zərbə almışd və Gölün üçdə ikisinin quruması artı Ortalama Dərinliğinin 14 metrdən 2 metrə ulaşması durumun nə qədər Qoxrunc olduğunu gözlər önünə sərdiğini söyləməktədir.
Urmiye Gölünün Bəzi bölgələrində Dərinliği indi 4 metrdir ancaq Gölün bütünlüğünü nəzərdə alarsaq Ortalama dərinlik 2 metr olaraq görülməktədir. 
Urmiye Gölü çevrəsində Püstə Əkilsin
Doğu Azərbaycan Əkinçilik Örgütü başxanı Urmiye Gölü çevrəsindəki Tarım alanlarında Püstə əkildiğini və iran devləti tərəfindən də Püstə əkilməsinə təşviq olacağını açıqladı.
iskəndərinin dediğinə Görə Urmiye Gölü qurumasından yaranacaq Duz Fırtınalarını önləmək üçün bölgədə əkilən Türlərdə dəyişiklik olmalıdır və daha Susuzluğa dayanan türlər bölgədə əkilməlidir, ona görə Püstə daha Quraqlıq bölgərdə əkilməsi doğru bir seçimdir. Doğu Azərbaycanda 293 Hektar Püstə əkilmiş ancaq bu sayıdan yalnız 125 hektra ürün vermişdir.

۱۳۹۲/۰۵/۱۳

Urmiye Gölünün Üçde ikisi Duzluğa Çevrilmişdir

Güney Azərbaycan, Urmiye: iran’da Çölləşmənı Önləmək amaclı yaradılan Çalışma Qrupu Başxanı Güney Azərbaycan’da Bulunan Urmiye Gölünün üçdə ikisinin Duz Səhrasına çevrildiğini açıqladı. 
Məhəmməd Dərvişə Görə Urmiye Gölünün Su Seviyəsinin ən yaxşı Durumu daşıdğı illərdə Üzölçümü 540 min Hektar olmuşdur indi isə 360 – 390 min Hektar bu ölçüdən Duzluğa çevrildiğini söyləyir, o Susuzluq nədənilə 360 – 390 Hektar Urmiye Gölünün Alanının Duz Səhrasına çevrilməsini açıqlamaqdadır.
Dərvişin dediklərinə Görə bu bilgilərə dayanaraq Urmiye Gölünün üçdə ikisinin Duz Səhrasına çevrildiğini açıqlaya bilərik, artı Yel Yönünün bölgədə Batıdan doğuya olduğu üçün Urmiye Gölünün Doğusunda bulunan bütün bölgələrdə getdikcə Duz fırtınalarının etgiləri görünməktədir. Eləcə Marağa, Azərşəhr vs kimi şəhərlərdə indidən Duz fırtınalari görünməsı çox düşündürücüdür.
Urmiye Gölü Duz fırtınalarının əsməsı Toprağı zəhərləməktə və bölgədə Əkinçilik alanlarına büyük zərbə vurmaqdadır.
Tərəfsiz uzmanlarıa Görə Urmiye Gölü iran devlətinin Baraj tikmə Siyasətləri, yalnış su yönətimi vs kimi nədənlərdən dolayı Quruduldu.