‏نمایش پست‌ها با برچسب əkinçilik. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب əkinçilik. نمایش همه پست‌ها

۱۳۹۳/۰۶/۲۸

Urmiye Gölü Neden Qurudu?

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: 15 il olur Urmiye gölünün quruma sürəci daha sürətli bir ölçüdə hiss olunmaqda ancaq daha ilginç olan bu 15 il içində iran devləti tərəfindən Urmiye gölünün qurumaq nədəni haqqında çeşidli etgənlər sıralanmışdır, bu etgənlər Baraj tikmə siyasətləri, yanlış su yönətimi, quraqlıq, yağış oranın az olması, əkinçilik alanının 2 qata artması, iqlim dəyişikliği, əski sulama sistemi vs olaraq göstərilmişdir ancaq İran devləti tərəfindən indiyədək bir hörgüt bilimsəl olaraq Urmiye gölünün quruması nədənlərını araşdırmamışdır. Bu yazıda Urmiye gölünün qurmaq nədənlərının bir su uzmanı gözəndən axtarmaya çalişacayıq.
Urmiye Gölü Hardadır?
Urmiye Gölü 5.000 km alanla Güney Azərbaycanin Urmiye şəhərində və Türkiyə’nin Van Gölündən 150 km məsafədə yer almaqda. Urmiye gölü su hövzəsi Batı Azərbaycan, Doğu Azərbaycan və birazcıq kürdistan Əyalətlərını qapsamaqda. Urmiye Gölü bir ulusal park sayılmaqda və UNESCO tərəfindən qorunması gərəkən alanlar listəsinə alınmışdır. Urmiye Gölü su hövzəsində bir çox şirin su qaynağı bulunmaqda və heyvan və bitgi türü olaraq dünyanin ən varsıl bölgələrindən birisi sayılmaqdadır.   
Urmiye Gölü Nədən Qurudu?
Urmiye Gölü üzərinə tikilən Barajlar:
Urmiye Gölü su hövzəsi üzərinə indi 70 Baraj bulunmaqda və 12 Baraj tikinti sürəcində, 40 yeni Barajinda tikmək üçün tasarımları və planlanma aşamasında olduğu anlaşılmaqda, ancaq İran devlətində Barajlar və sudan sorumlu olan hörgütlərın sayısı bir neçə olduğu üçün doğru düzgün Baraj sayıları bilinməməktədir və bu sayı daha çox olacağını öngörmək olur. bir çox su uzmanına görə Urmiye Gölü su hövzəsi üzərində 73 büyük və balaca baraj bulunmaqdadır. Örnək üçün Urmiye Gölünə axan sulardan olan yanlız Acıçay üzərinə 22 Baraj tikilmişdir.
iqlim dəyişikliyi və quraqlıq:
1344 – 1385 ci ilədək (41 il) hər il 72 milyon metr kub Urmiye Gölünə axan sulardan azalmışdır, 1374 ci ildə 42 milyard metr kubdən 1385 ci ildə 22 milyard metr kubə dəyişlib azalmışdır.
Nüfus sayımının artışı:
Urmiye Gölü su hövzəində bulunan insanların sayısı 33 ildə 2 qata artmış və normal olaraq əkinçilik alanlarınında daha çox ürətim üçün qullanması gündəmə gəlmişdir.
Su qullanımının artması:
Urmiye Gölü su hövzəsində əkinçilik alanlarının su qullanımı toplam suyun 78% dır və bu 78% ın 41% yeraltı su qaynaqları və artı yerüstü su qaynaqlarından yararlanılmaqdadır. Urmiye Gölü çevresindəki əkinçilik və tarım alanlarının sulama sistemlərı əski olduğu üçün suyun böyük bölümü hədər olmaqdadır və suyun yanlış qullanımı bölgədə yeraltı su qaynaqlarına böyük zərbə vurmuşdur. Artı Urmiye Gölü su hövzəsində 20.000 su quyusu bulunmaqdadır , bu su quyuları əkiçilik alanlarını sulamaq üçün qullanılır. 33 il içində bölgədə əkinçilik alanları 2 qata çıxmış və normal olaraq da su tükətimi daha artmışdı durumdadır. əski sulama sisteminin etkinliği 30 – 36% söylənilməktədir. 
bitgi örtüsü və otlaqlıqların yox olması:
İran devlətinin verilərinə görə Urmiye Gölü bölgəsində otlaqlıqlar normal durumdan 10 qat daha çox qullanılmaqda və bu iş otlaqlıqlara böyük zərər vurmağa yol açmişdir.
Urmiye – Təbriz körpüsü:
Güney Azərbaycan və İran Türklərinin iki önəmli şəhəri olan Urmiye və Təbrizi dəniz üzərindən birbirinə bağlayan körpü milyardlar ton Urmiye Gölünə topraq tökmək sonucunda tikildi, ancaq bu körpü Urmiye Gölünün normal su axışını tərs yöndə etgiləyib və su axışını dəyişdirdi. körpünün dəyişimi kimyasal və ekolojik olaraq Göldə göründü və Urmiye Gölünün böyük bölümünün qurumasına yol açdı.
Urmiye Gölünü qorumaq planı və yönətiminin olmaması:
Iran’da bir çox qonuila ilgili hörgütlər hər birisi öz başına Urmiye Gölü haqqında tutum sərgiləməktə və ortaq bir çalişama bulunmamaqda. Bir çox tasarı və plan ortaq çalışma olmadığından dolayı yanlız sözdə və kağazlarda qalır və gərçəkləşmır.
Urmiye Gölünü yenidən canlandırmaq üçün nə etmək gərəkir:
- ilk olaraq ən gərçəkləşməsi gərəkən iş Urmiye Gölü üzərindən tikilən barajlardan ən azı 20% su Urmiye Gölünə axıtılmalıdır.
- bölgədə əkinçilik türlərını yenidən gözdən keçirib və daha az su yararlanan türlərı əkmək gərək.
- Əski sulama sistemini bölgədə yeniləmək gərək.
- Duzlu bölgələrdə yetişən özəl bitgilər əkilməlidir.
- Tarımda su qullanımının ölçüsünü bölgə su qaynaqlarına baxaraq bəlirləmək və ...
Qaynaq: İran’ın doğu adlı dərgisinin 1716 cı sayısı

۱۳۹۲/۰۸/۰۱

Urmiye Gölünün Güney bölgəsi önümüzdəki il bütünlükle quruyacaqdır

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: zaman keçdikcə Urmiye Gölünün quruması sonucu olası çevrəsəl və insansəl fəlakətlər ortaya çıxmaqdadır, iranlı tanınmış doğa və çevre uzmanlarının yeni araşdırmalarına görə bu çevrəsəl fəlakətə tanıqlıq etməmizə çox az qalmaqdadır və bu önümüzdəki il Urmiye Gölünün Güney bölgəsi təmamən quruyacaqdır.  Nasir Aq öz söyləşisində Urmiye – Təbriz körpüsünün gölün qurumasında etgisiz və bizcə daha az etgili olduğunu söyləməkdə ancaq iran devlətinin Güney Azərbaycan’da Baraj tikmə siyasətləri qonusunda heç bir söz söyləməməktədir. Başqa bir önəmli qonu isə Araz çayından Urmiye Gölünə çəkiləcək su axtarımının da Nasir Aqın dediyi kimi heç etgisi olmayıb və daha Araz bölgəsində yeni bir çevrəsəl fəlakətə yol açacaqdır.
Nasir Aq iranlı tanınmış Doğa və Çevre Uzmanı CHN düşərgəsilə (sitə) Urmiye Gölü durumu haqqında bir söyləşisi olmuşdur, bu söyləşi Lake Urmai News tərəfindən latin Türkcəmizə çevrilmişdir.
Bu böyük bir çevrəsəl fəlakətdir ancaq medya bunu çeşidli sayılar verərək gizləməktədir
Urmiye Gölünü yenidən canlandırmaq üçün ən önəmli zaman keçmişdir ancaq hələ Urmiye Gölünü canlandırmaq olur, bu iş üçün bilimsəl qonuya baxıb dəyərləndirməmiz gərəkir və aşamalı olaraq hərəkət etməliyik.
Urmiye Gölünü canlandıramq bir o qədər də çətin və zor iş dəyildir və kəsinliklə gölü yenidən canlandıra bilərik. Gölün quruma sürəcində quruması ön görülməyən bölgəsi Urmiye – Təbriz körpüsünün alt bölgələridir və məncə Umiye – Təbriz körpüsü gölün qurumasında heç etgisi olmayıb, Urmiye Gölünün sorunu susuzluqdur və su dolanışı dəyildir. Bu körpünü Urmiye gölü qurumasında ən önəmli etgən göstərən arxadaşlar qonuyu anlamamqdadırlar, Urmiye Gölü üzərinə tikilən yolun 90% çevrəsi qurumuşdur ancaq Təbriz – Urmiye körpüsü bölgəsi gölün ən dərin yerlərindən birisi olaraq görülməktədir.  Su dolaşımı göl suyunun ekolojik və yon dəngəsi baxımından önəmlidir ancaq Urmiye gölünün 75% quruduğu üçün bu dəngə önəmsizləşmişdir və göl dolu olurkən bu qonuyu gündəmə gətirmək olur.
əyər Urmiye Gölü qurumasaydi və göl ortasında bir yol çəkilərək Urmiye Gölü ikiyə bölünsəydi ginə göl quruyrudu?
Kəsin olaraq yox, bu olay Urmiye Gölündə iki fərqli ekosistemin yaranmasına yol açardı və bəlkə ekonomik olaraq bölgəyədə daha yararlı olurdu. ABD’nın Utah əyalətində bulunan Duz Gölü Urmiye Gölüilə bənzərliklər daşımaqdadır. 60 il olur bu göl dəmiryolu çəkilməsi gərəyi ikiyə bölünərək çox özəl və iki fərqli ekosistemə ayrıldı, Utah Gölü qurumadan yaşadı və Güneyində duz oranı daha az və Quzeyində duz oranı artdığı üçün dünyanın ən büyük Artemia baraındıran gölünə çevrildi. ABD devləti hər il 2 min ton Artemia ürətərək dünya bazarının 70% təmin etməktədir.  
Urmiye Gölünə baqşa su alanlarından su axtarma tasarısı haqqında nə düşünürsüz?
Bu tür tasarıları daha çox bölgədən heç xəbəri olmayanlar və bölgədəki su yönətimi haqqında bilgisiz insanlar tərəfindən dilləndirilməktədir, bu tür tasarının önərənlər daha çox tasarının yalınlığı və çox pul xərc edilməsi gərəktiyinə inananlardır. Bu tür tasarılar baqşa oxşar tasarılara görə daha çox pul və zaman istəməktədirlər və olası başarıları bilə Urmiye Gölünə heç etgisi olmaya bilər, nədən? Urmiye Gölü acıl olaraq suya ehtiyaci var. Araz çayı yoxsa hər hansı bir su hövzəsindən Urmiye Gölünə su gətirmək kimi tasarıların hamısı iran devlətinin su ila ilgili sorumluların nə qədər yanlış davranışlarının göstərgəsidir, iran devləti sudan sorumlu baxanlar və yetgililər sudan daha yaxşı yararlanmaq yerinə və bilimsəl olara su tükətimini azatmaq yerinə bu tür qonularla ilgilənməktədirlər. Hər il 2 milyard metr kub su iranda yanlış əkinçilik yöntəmlərindəndolayı hədər olunmaqdadır. Məncə Araz çayı yoxsa Xəzər Dənizindən Urmiye Gölünə su gətirmə tasarısı büyük maliyyətlər və zaman sorunu gərəyi bugün gərçəkləşməsı olanaqsızdır.

۱۳۹۲/۰۷/۰۲

Urmiye Gölünün 80% qurumuşdur

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: bugünlər iran devlətinin Urmiye Gölü qonusunda yürütdüyü propagandaya qarşı gündəmi dəyişdirən ən önəmli xəbər iranın çevre örgütü danışmanı və uzmanı tərəfindən dilləndirildi, o da Urmiye Gölünün 80% quruduğudur. Mənsur Baqırzadənin dediyinə Görə Urmiye Gölünün 80% təmamən qurumuşdur.
Urmiye Gölündən yanlız 20% qalması yanı sıra indiyədək iran devləti Urmiye Gölünü qoruyacaq və yenidən canlandırmaya dönük heç bir addım atmamaqda israrlidir, eləcə 15 il bundan öncədə Urmiye Gölü quruma sürəci gözlə görünür halə gəlmişdi ancaq iran devləti Güney Azərbaycan’da Baraj tikmə siyasətlərini bütün sürətlə yürütməktəydi və bugün bilə neçə gün bundan öncə Həsən Ruhani tərəfindən yayınlanan bildiriyə görə Urmiye Gölü üzərinə Baraj tikmək sözdə durdurulmuşdur, ancaq bu olay eynən 2 il bundan öncə Mahmid Əhmədinejad tərəfindən də gündəmə gəlmiş ancaq gərçəkləşməmişdir. Tuğralı bilgilərə görə Urmiye Gölü su hövzəsində 73 Baraj bulunmaqdadır. Iran devlətinin bölgədə Baraj tikmə siyasətləri yanı sıra Urmiye Gölünə axan sularda büyük ölçüdə azalmış durumda, Gölə tökülən suların büyük bölümü bölgədə əkinçilik və tarım alanlarında qullanılmaqdadır ancaq iran devlətinin bir çox Tuğralı (rəsmi)verisinə görə  bölgədə əkinçilik və tarım ekonomik olaraq yararlı dəyildir. Son 34 il içində Urmiye Gölü su hövzəsində Əkinçilk alanları 2 qat artmışdır və doğal olaraq bunları bəsləyən su ölçüsüdə qat qat artmış durumda.  
Baqırzadənin söyləşisinin başqa bir bölümündə Urmiye Gölü qurumasından dolayı bölgədə hava istiliyi artmasıda gündəmə gəlmişdir, onun dediklərinə dayanaraq bölgədə son illərdə 1 dərəcə hava istilşmiş durumdadır, bunun nədənı Günəş enerjisinin Urmiye Gölündə bulunan duzlara çarpmasından qaynaqlandığı önə sürülməktədir.

۱۳۹۲/۰۵/۱۶

Urmiye Gölünün Ortalama Dərinliği 14 metrden 2 metre Çatıbdır

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: iranin Çölləşməni Önləmək Araşdırmalar Çalışma Qrupu Başxanı olan Məhəmməd Dərvişin Dediğinə Görə Urmiye Gölünün üçdə ikisi qurumuş və Orta Su Seviyəsinin 14 metrdən 2 metrə çatdığını açıqlayıbdır.
onun dediklərinə görə Urmiye Gölü Su Seviyəsinin ən yaxşı illərdə Üzölçümü 540 min hektar olmuş ancaq indi 360 - 390 min Hektar bu alandan Bütünlüklə Duz səhrasina çevrilmişdir.
Dərvişin dediklərinə Görə iran devlətinin Bölgədə baraj tikmə siyasətləri sonucunda Urmiye Gölü büyük bir zərbə almışd və Gölün üçdə ikisinin quruması artı Ortalama Dərinliğinin 14 metrdən 2 metrə ulaşması durumun nə qədər Qoxrunc olduğunu gözlər önünə sərdiğini söyləməktədir.
Urmiye Gölünün Bəzi bölgələrində Dərinliği indi 4 metrdir ancaq Gölün bütünlüğünü nəzərdə alarsaq Ortalama dərinlik 2 metr olaraq görülməktədir. 
Urmiye Gölü çevrəsində Püstə Əkilsin
Doğu Azərbaycan Əkinçilik Örgütü başxanı Urmiye Gölü çevrəsindəki Tarım alanlarında Püstə əkildiğini və iran devləti tərəfindən də Püstə əkilməsinə təşviq olacağını açıqladı.
iskəndərinin dediğinə Görə Urmiye Gölü qurumasından yaranacaq Duz Fırtınalarını önləmək üçün bölgədə əkilən Türlərdə dəyişiklik olmalıdır və daha Susuzluğa dayanan türlər bölgədə əkilməlidir, ona görə Püstə daha Quraqlıq bölgərdə əkilməsi doğru bir seçimdir. Doğu Azərbaycanda 293 Hektar Püstə əkilmiş ancaq bu sayıdan yalnız 125 hektra ürün vermişdir.

۱۳۹۲/۰۵/۱۳

Urmiye Gölünün Üçde ikisi Duzluğa Çevrilmişdir

Güney Azərbaycan, Urmiye: iran’da Çölləşmənı Önləmək amaclı yaradılan Çalışma Qrupu Başxanı Güney Azərbaycan’da Bulunan Urmiye Gölünün üçdə ikisinin Duz Səhrasına çevrildiğini açıqladı. 
Məhəmməd Dərvişə Görə Urmiye Gölünün Su Seviyəsinin ən yaxşı Durumu daşıdğı illərdə Üzölçümü 540 min Hektar olmuşdur indi isə 360 – 390 min Hektar bu ölçüdən Duzluğa çevrildiğini söyləyir, o Susuzluq nədənilə 360 – 390 Hektar Urmiye Gölünün Alanının Duz Səhrasına çevrilməsini açıqlamaqdadır.
Dərvişin dediklərinə Görə bu bilgilərə dayanaraq Urmiye Gölünün üçdə ikisinin Duz Səhrasına çevrildiğini açıqlaya bilərik, artı Yel Yönünün bölgədə Batıdan doğuya olduğu üçün Urmiye Gölünün Doğusunda bulunan bütün bölgələrdə getdikcə Duz fırtınalarının etgiləri görünməktədir. Eləcə Marağa, Azərşəhr vs kimi şəhərlərdə indidən Duz fırtınalari görünməsı çox düşündürücüdür.
Urmiye Gölü Duz fırtınalarının əsməsı Toprağı zəhərləməktə və bölgədə Əkinçilik alanlarına büyük zərbə vurmaqdadır.
Tərəfsiz uzmanlarıa Görə Urmiye Gölü iran devlətinin Baraj tikmə Siyasətləri, yalnış su yönətimi vs kimi nədənlərdən dolayı Quruduldu.

۱۳۹۲/۰۴/۲۵

Urmiye Gölünün 75% Qurumuşdur

Umud Urmulu
Güney Azərbaycan, Urmiye:  Mehdi İsazadə bugün iran Ulusal Məclisində söz alaraq Urmiye Gölünün 75% Quruduğunu açıqladı, onun dediklərinə Görə Urmiye Gölünün Quruması iran və devləti yönəticiləri üçün bir büyük bir təhlükə olduğunu açıqladı.
Bu xəbər Tuğralı (rəsmi) olaraq iran Ulusal məclisi düşərgəsi (sitə) tərəfindən açıqlanaraq Urmiye Gölünün yeni durumuna işıq saçmış oldu, ancaq daha ilginç olan Urmiye Gölünün 75% Qurumasına rağmən Mərkəziyətçi və iran devləti medyası bu qonuda susmaları və Topluma qarşı propaganda yapmalarıdır.
Urmiye’li Millət Vəkilinin dediğinə görə Urmiye Gölü Quruması Unutulmayacaq bir zülmdür və iran Ulusal məclis Başxanila gərçəkləşən Toplantıdan sonra indiyədək 1 Tümən Büdcə Urmiye Gölünü yenidən Canlandırmaq üçün ayrılmayıb və gərçəkləşməməşdir, Artı iran’da  Sudan sorumlu Baxandan Urmiye Gölünə Təmin olunacaq su haqqında 1 il bundan öncə soru soruşulmuş ancaq indiyədək bu baxandan heç bir yanıd alınmamışdır.  
Tərəfsiz Su və Doğa Uzmanlarına Görə Urmiye Gölü iran Devlətinin Baraj tikmək siyasətlərı sonucunda quruduldu, ancaq devlətin Baraj tikmək siyasətlərı yanı sıra bölgədə Əkinçilik alanlarının 2 qata artması, Nüfus Artışı, Əskı sulama sistemi, iqlim Dəyişikliyi vs də Urmiye Gölü Qurumasında etgili olmuşdur.

۱۳۹۲/۰۴/۰۶

Urmiye Gölü Quruması Azerşehrin 2.200 Hektar Ekinçilik Alanlarını Etgilemişdir

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: zaman keçdikcə Urmiye Gölü Qurumasının Etgilərı görünməktədir və bu dəfə Azərşəhrin Əkinçilik Örgütünün Başxanının dediğinə Görə Urmiye Gölü Qurumasından sonra 2.200 Hektar Əkinçilik və Tarım alanları Etgilənmiş durumda və əldə olan veilərə görə duz Səhrasını çevrilmişdir. Etgilənən Bağlar Urmiye Gölü Çevresində olduqları üçün Duzluq Alanların çevrilmişlər.
Azərşəhrdə Etgilənən Əkinçilik Alanları Suyun olmamağı və var olan Suyun büyük oranda Duzlu olmasından dolayı Toprağa büyük zərər vurub və bölgədəki Bağları yox etmişdir.
Azərşəhr əkinçilik örgütü başxanı olan Hayatın dediğinə Görə Urmiye Gölünün Suyunun Geriləməsinin Etgilərini önləmək üçün bir sıra işlər görülüb ancaq bu büyüklükdə çevre sorununun gətirəcəği sonuc qaçınılmazdır, bölgədə daha çox püstə əkilməsi önərilməktədir. Urmiye Gölünün gətirəcəği çevre sorununu önləmək üçün indiyədək Azərşəhrdə 800 Hektar alanda püstə Əkilmişdir.
əldə olan bilgilərə Görə Azərşəhrdə 27.000 Hektar Əkinçilik alanı bulunmaqdadır, bu alanlardan hər il 130 min Ton Əkinçilik Ürünləri ürətilməktədir.    
Ilk öncə Urmiye Gölü çevresində 50 kəndin Zorunlu olaraq boşaltılmasını yazmışdıq və görüldüğü kimi bu dəfədə 2.200 hektar Əkinçilik alanı Azərşəhrdə etgilənmişdir ancaq bir çox doğa və Çevre Uzmanına Görə bunlar Urmiye Gölü Qurumasının ilk Etgiləridir və daha büyük fəlakətlər bizi gözləməktədir, özəlliklə Uzmanlar Yaşanacaq ən büyük zorunlu insan Köçü qonusunda ön görüşlər paylaşmaqdadırlar. 
Su uzmanlarına Görə Urmiye Gölü iran devlətinin Baraj tikmə Siyasəti, yalnış su yönətimi, Əkinçilik alanlarının 33 il içində 2 qata artması, bölgədəki Toplum artışı, əski sulama sistemi, Baraj tikmədən yaranan iqlim dəyişikliyi vs olaraq Quruduldu.

۱۳۹۲/۰۴/۰۵

Güney Azerbaycan’da Yeraltı Barajlar Tikilmektedir

Güney Azərbaycan: iran devləti Güney Azərbaycan’da yeni yöntəmlərlə Baraj tikməyə dəvam etməktədir, ən yeni yöntəm isə Yeraltı Barajlardır.
Bir çox Doğa və Çevre Uzmanına Görə Güney Azərbaycan’da tikilən Barajlar sonucunda Urmiye Gölü Quruduldu və artı olaraq bölgədəkı Topraq Verimliliği büyük bir zərərər uğramışdır. Uzun vadədə Güney Azərbaycan’da tikilən Barajlar Çevre və doğaya büyük zərərlər verəcəklərı ön Görülməktədir. Iran devlətı Urmiye Gölünün quruması Gözə çarpan boyuta ulaşdıqdan sonra  və Təbriz, Urmiye vs kimi bir neçə Türk şəhərində çevresəl Göstərilər olduğunda sonar sözdə Urmiye Gölü Su hövzəsində yeni Barajlar tikməyəcəğini duyurdu ancaq əldə olan bilgi və bəlgələrə Görə devlətini Baraj tikmə siyasətlərı bütün Güclə dəvam etməktədır və artı olaraq Yeraltı Barajlar bilə ilk kəz iranda Güney Azərbaycan’da tikilmək üzərə.
Devlət medyasinda yer alan bilgilərə görə Yeraltı Baraj Tasarımı üç il bundan öncədən devlət tərəfindən planlanmışdır və ilk olaraq Təbriz yaxınlığında Şəbistərdə ilk Yeraltı Baraj gərçəkləştiriləcəkdir.
Xəbərin farsca Qaynağı:
http://tinyurl.com/od646oj

۱۳۹۱/۱۱/۱۵

Urmiye Gölünün Gerilemesi bölge Ekinçiliğini Pis Etgilemektedir


Güney Azərbaycan, Urmiye: iran dövləti və bütün fars medyasi Urmiye Gölünün sorununu sansür etməktədir ancaq bəzən bu iki ortaq qrupun sansürüna rağmən Urmiye Gölü haqqında iran dövləti meyasinda bir sıra Sözlər Sıza bilir, anlatılan qonular az çox Urmiye Gölünün durumunu göstərməktədir ancaq bu pis duruma rağmən indiyədək iran dövləti Urmiye Gölünü qorumaq amaclı bir addım olsa bilə atmamaqdadır və yanlız hər neçə aydan bir propaganda yaparaq olası Türk Ulusunun yenidən Ayaqlanmasını əngəlləməyi önləməktədir. Bugün iranin Tuğralı (rəsmı) Sanal xəbər düşərgəsi (sitə)olan farsnews.com da yayınlanan bilgilərə Görə Doğu Azərbaycan əkinçilik örgütünün başxanı Urmiye Gölünün Qurumasına deyinərək indilik 204 Hektar əkinçilik alanının yanlız Doğu Azərbaycan’da pis etgiləndiğini söyləmişdir. Iran dövlətinin bilgilərinə Görə 204 hektar Doğu Azərbaycanin 100 də 6 Əkinçilik alanı deməkdir və Urmiye gölünün qurumasını düşnərsək bu alan necə önümüzdəki illər genişləyəciğini ön görmək olur.
Məhəmmədiyan’a Görə Azərşəhər bölgəsindəki əkinçilik alanları Urmiye Gölünün suyunun Geriləməsi nədənilə büyük zərər görmüşdür və bu durum belə dəvam edərsə əkinçilər daha çox zərər görəcəklər. onun dediğinə Görə bölgədəki bir çox Su Quyusu bugün Duzlanmışdır və suyun keyfiyyəti heç yaxşı dəyildir. Azərşəhər bölgəsində 210 Su quyusu bulunmaqdadır ancaq bu quyuların bir çoxu bugün çalışmamaqdadır.  
Doğu Azərbaycan Əkinçilik örgütünün başxaninin dediğinə Görə bölgədə Sulama və əkin türlərini yenidən gözdən keçimək gərəkir və daha az su qullanan türlərdən yararlanılmalı yoxsa əkinçilik bir dəfəlik bölgədə yox ola bilir.

۱۳۹۱/۱۱/۰۲

Urmiye Gölünü Quruldan Barajlar (2)


Güney Azərbaycan, Urmiye: dəfələrcə Lake Urmia News blogunda yaydığımız bilgilərdə Urmiye Gölünün qurumasında Tikilən Sayısızca Barajın böyük etgisi olduğunu söyləyərək iran dövləti bu qonuyu basdırmağa və Urmiye Gölü qurudulmasını sözdə iqlim dəyişkliği vs həvalə etməyə çalışdığını söyləmişik, anacq ilk olaraq iranin Çevre və doğa Mühəndisləri örgütünün başxanı iranin Tuğralı (rəsmı) medaysila verdiği söyləşidə Urmiye Gölü Qurumasında tikilən barajların böyük etgisi olduğunu söyləyərək bir ilkə imza atmış. Biz Lake Urmia News yönəticiləri olaraq bu söyləşi Öz Andilimiz Türkcəyə çevirib və ikinci Bölümünü oxuyuxulara sunuruq.
Soru: indi Urmiye Göl su hövzəsində bu qədər əkinçilik alanın genişləyibdir, biz Urmiye Gölünü yenidən Canlandırmaq üçün əkinçiliyə bölgədə yox deməliyik yoxsa başqa işlərdə də Görmək olur?
Yanıd: ötəki ildə gərçəkləşən bir konferansda mən özəl olaraq bu qonu haqqında bir bilimsəl məqaləiylə qatılmışdım və Toplantıda mən Sulama sistemində dəyişiklər olamsını vurğuladım. Bilimsəl verilərə Görə biz Urmiye Gölü su hövzəsində tükətilən 5.5 milyard kub Suyu 4.5 milyard Kub suya çox az sürəc içində gətirək. Bu 1 milyard Artıq olan Su Urmiye Gölünə axtırılmalıdır.
Soru: Urmiye Gölünə axtarılan bu su etgili ola bilər mi?
Yanıd: tabii bu ölçüdə Su Urmiye Gölü sorununu bitirməz ancaq Urmiye Gölünün yarayan bir Yaraya hesab edərsək bu ölçüdə Su onun Qanıyan yarasını durdura bilər. Urmiye Gölünü yenidən canlandırmaq üçün tikilən Barajlardan Urmiye Gölünə bəllı ölçüdə Su axtarılmalıdır, gərək bölgədəki yasa dışı Su Qoyularına bir çarəmiz ola. Ancaq ən önəmlisi tikilən Barajlardan Urmiye Gölünə Su Axtarmaqdır.
Soru: Urmiye Gölü su hövzəsində neçə Baraj Bulunmaqdadır?
Yanıd: iran Dövlətinin Tuğralı verilərinə görə son 20 il içində Urmiye Gölü üzərinə 22 Yeni Baraj tikilmişdir ancaq 8 Baraj indilik qullanımda Ardı tikilmək sürəci yoxsa Araşdırmadadır. Doğu Azərbaycan Urmiye Gölü Su hövzəsində 36 Baraj bulunmaqdadır bu 36 Barajdan 22 indi qullanılır və ardı təmamən bitib yoxsa bitmək üzərədir. Bu Barajların Hamısı iranda Sudan sorumlu baxan tərəfindən tikilməyib və tərsinə iranin əkinçilik örgütü də Urmiye Gölü Su hövzəsində bir neçə balaca Baraj tikmişdir. Kürdistan Əyalətində də 4 Baraj bulunmaqdadır.    
Soru: sizin dedklərinizlə son 33 ildə Urmiye Gölü üzərinə tikilən baraj sayısı 62 olmaqdadır da ?
Yanıd: evət, ancaq bu 62 Baraj son 33 ildir Tikilmişdir.
Soru: Urmiye Gölü üzərinə tikilən Barajlar Urmiye Gölündə nə etgisi olubdur?
Yanıd: iranda Tuğralı olaraq Su dan sorumlu baxan Urmiye Gölü üzərində tikilən Barajları savunmaqdadır və Barajların Urmiye Gölünün qurumasında etgisi olmadığını söyləməktədir, onların uzmanlarına Görə Urmiye Gölü iqlim dəyişikləği üzərə qurumaq sürəcini yaşamaqda və Tikilən Barajlar yanlız 5% Urmiye Gölünün qurumasında etgili olmuşlar. Ancaq qonuya tərəfsiz yaxınlaşan Doğa və Çevre Uzmanları bu qonuyu rədd edərək Urmiye Gölü üzərində tikilən Barajlarin Urmiye Gölünün qurumasında böyük rolları olduğunu söyləməktədirlər. Onlara Görə tikilən Barajlar Urmiye Gölünə Axan Suların yönünün dəyişdirərək Gölə bir Damca suda axtarılmasını önləmışlər.  
Soru: Toplum Sayısı Artışı, Tikilən Barajların Artması və əkinçilik alanının 2 qat olması İranin iləriyə addım atmasıyla ilgilidir. Biz iranin bu qonularda iləriləməsinin Urmiye Gölünün Qurumasına nədən olaraq göstərə bilərik? Yoxsa iləriləmək və gəlişim üçün Urmiye Gölünün qurudulmasına gərək yox?
Yanıd: iranin saydığınız alanlarda iləriləməsi Urmiye Gölü və iranin başqa çevre və Doğa Alanlarında etgisi olub ancaq bunları qurudan nədən sayılmamlıdır. Iranin 30 ildə Nüfus sayımı 2 qat olub və Əkinçilik alanında iləriləməmiz imkansizdir. Ancaq sorun bu iləriləmədə Çevre və doğaya verdiğimiz zərərlərdir, biz çevre və Doğani görməməzlikdən gələrək Yaşadığımız çevreyə böyük zərərlər vermişik və Bugün Urmiye Gölünün qurudulması bu düşüncənin gətirdiği sonucudur. Iran yetgililəri iləriləməni yanlış hesab Edərək Çevreni yox saymışlar və yanlış yönətimlərdən doğurduğu sonucular bugün iranin hər bir çevre və Doğasından yaxşıca Gözlər önündədir. Örnək üçün Bəxtigan Gölməçəsidə eyni durumdadır və bölgədə Bəxtigan Gölməçəsinə tökülən suların önündə Barajlar tikildiği üçün bugün Bəxtigan Gölməçəsi Urmiye Gölü kimin eyni durumdadır. 
Soru: Urmiye – Təbriz Arasında tikilən körpü Urmiye Gölünün qurumasında etgili olub mu?
Yanıd: mən bu alanda Uzman dəyiləm ancaq qonula iligli uzmanlara Görə evət etgili olub və Urmiye – Təbriz Körpüsünün tikilməsi Urmiye Gölünün suyunun dolanmasında etgili olubdur.
Soru: bu sürəcin ardı Urmiye Gölünün bir dəfəlik yox edə bilər mi? Urmiye Gölü nə zaman bütünlüklə Quruyacaqdır?
Yanıd: Evtə. əyər iran dövləti Urmiye Gölünə Axtarılamsi gərəkən Sular haqqında bir iş Görməzsə Urmiye Gölünün qurumaq sürəci dəvam edib və Urmiye Gölü bütünlüklə Quruyacaqdır. Bu olay eynən Aral Gölündə də Yaşanmışdır.  
Ancaq Urmiye Gölünün kəsın ömür biçmək görə biləcəğimiz işlər, yağış oranı, Doğa və çevre vs kimin nədənlərə bağlıdır. Ancaq ön görülə bilən budur, əyər bu sürəc dəvam edərsə Urmiye Gölünün quruması kəsin və qaçınılmazdır.
Soru: Urmiye Gölü 10 il içində Quruyur mu?
Yanıd: dəqiq olaraq bunu söyləmək olmaz ancaq bilimsəl araşdırmalar bu sürəcin dəvam etməsini hesab edərək 3-5 il ömür kəsməktədırlər.
Soru: elə sanaq Urmiye Gölü bütünlüklə Quruyub və yer üzərindən sılındı, o zaman nə olacaqdır?
Yanıd: Urmiye gölündə təxminən 10 milyard Ton Duz bulunmaqdadır və Urmiye Gölü quruduqdan sonra bu Duzlar bölgədəki Fırtınalara eşlık edərək Bölgənı bütünlüklə yox edər, bölgədə Yaşam imkansiz olur, çeşidli kanserlər və xəstəliklər yayılır və demək olur yüz ilimizin çevre və Doğa Fəlakətinin birlikdə yaşarıq.
Düşünün Urmiye Gölünün qurudan əkinçilik sonucunda Urmiye Gölü quruduqdan sonra yox olur.
Soru: Tikilən Barajlarla nə etmək gərəkir?
Yanıd: Barajlarini tikilməsi önəmlidir ancaq daha önəmlisi Urmiye Gölünə axan sularıda Tikilən Barajlarda ön görməkdir. Gərək Barajlardan Daşqınlar və çeşidli yollarla yığılan suları bəllı ölçüdə Urmiye gölünə yönləndirək. Tikilən Barajların bir bölümü bölgədə Daşqınları önləmək üçün tikilibdir ancaq bu hesablari doğru düzgün etməzsək indiki kimin Urmiye Gölünə bir damca su Axmasını kəsıb və Gölü bugünkü duruma gətirmiş oluruq. Barajlarin Yönətimi son dərəcə önəmlidir.
Soru: iran Dövləti Araz Gölündən Urmiye Gölünə su gətirmək istəyir, bu iş Urmiye Gölünə yarar mı?
Yanıd: Araz Çayında var olan suların yarısı iranin və yarisi Azərbaycanindir. Iran dövləti Azərbaycan dövlətinə demədən Araz çayının suyunu Urmiye Gölünə axtaramaz. Ötə yandan Araz çayından Su qullanmaq iran dövləti üçün Muğan bölgəsi haqqında sorumluluq doğar və Muğan bölgəsinin su tükətimini hesablamadan iran dövləti Su qullanamaz. Bilimsəl veriərə Görə Araz Çayının bütün suyu bilə Urmiye Gölünün qurudulmasını önləyəməz.    
Soru: Urmiye Gölünə Axan çaylar hansıdır?
Yanıd: Urmiye Gölünə çox sayıda su axmaqdadır. Cığatı, Tatu, Soyuqbulaq (Qodnarma adı Mahabad) vs hamısı Urmiye Gölünə Su axrmaqdadırlar. 
Soru: bəs sizə Görə Urmiye Gölünün yenidən canladırmaq yolu əkinçilik alanından Suyun azalması və Tikilən Barajlardan Su Axtarılmasıdır?
Yanıd: Evət. əkinçilik alanı və Urmiye Gölünə axan sular arasıdnan bir normamlaşma sürəci olmalıdır. Biz Sulama sistemlərini yeniləyərək Su tükətimində böyük yararlar sağlaya bilərik. Mənim eşitdiğimə Görə iranin əkinçilik örgütü bu yöndə ilk addımları atrmaqdadır. 
Soru: Urmiye Gölünün quruması Təbriz, Urmiye və bölgədəki bir neçə Türk şəhərində Göstəriləri yol açaraq qonuyu siyasiləşdirdi, sizcə qonu siyasi midir?
Yanıd: Evət, Təbriz, Urmiey və bölgə Ulusu ilk olaraq Urmiye Gölü qurumasından etgilənəckdir və onları barışçıl Göstəri haqqları vardır ancaq nədən dövlət də normal alqlanmadı mən söyləyəməm. Bölgədki insanlar Urmiye gölünün qurumasila birlikdə hər alanda etgili olacaqlarını ön görməktədirlər, Urmiye gölü başı başına bölgə Ulusunun Ekonomik, Turizm, çevrə, Su , əkinçilik,iqlim vs alanlarında etgili olaraq böyük önəm daşımaqdadır. Iran dövləti yeni tekonoloji və bilimsəl yöntəmlərlə Urmiye Gölünün qurumasını əngəlləməlidir və bölgə insanida bunu istəyir.

۱۳۹۱/۰۸/۱۸

Doğu Azerbaycan’da Urmiye Gölü Duzlu fırtınaları Artacaqdır


Güney Azərbaycan, Təbriz: iranin Tuğralı Sanal medyası olan İsna Düşərgəsinin yaydığı bilgilərə Görə Urmiye Gölünün quruamsı nədənılə Doğu Azərbaycanda Duzlu Fırtınaların artacağı ön görülməktədır.
Güney Azərbaycanin Urmiye Gölü quruması nədənilə Bölgədə çox böyük Duzluq Ərazı yaranmaqdır və hər keçən Gün Duzlu fırtınalrın əsməsı Bölgə Ulusunu əndişələndirməktədir.
Indiyədək Güney Azərbaycanin Urmiye, Salmas, Miyana, Əhər vs kimin şəhərlərində çox sayıda Duzlu Fırtınaların əsməsınə şahid olmuşuq ancaq iran dövlətı bu Duzlu fırtınaların əsməsını Gizlətməktədir.
Doğu Azərbaycanda Yeraltı suların azalması nədənılə zatən sorun yaşamaqdadır və bir çox bölgənin suyu bugün Urmiye Gölü quruması nədənılə Duzlanmışdır, ancaq əyər Urmiye Gölünün quruması belə dəvam edərsə yaxın zaman Doğu Azərbaycanda Duzlu fırtınaların əsməsı artacaqdır və yaşam imkansi ola bilir.
Iran dövlətı bir neçə vaxt olur Urmiye Gölünü qurutmaqdan sonraya düşünməktədir, eləcə bugün Urmiye Gölü çevrəsində bir çox yerdə Duzlu fırtınaları önləmək üçün quraqlıq ağacları əkilməktədir. 
Iran dövlətinin Urmiye Gölü qunusunda ilgisizliğinə rağmən tərəfsiz Doğa və çevre Uzmanları Urmiye Gölünün ölümünü önləmək üçün önərilər sunmaqdadırlar ancaq bu önəriləri duyan yox . tərəfsiz çevre və Doğa Uzmanlarına Görə iran dövlətı əyər tikilən barajlardan Urmiye Gölünə su haqqı tanırsa Urmiye Gölü kəsinliklə qurumayacaqdır və zaman içərisində özünü yenidən canlandıra biləcəkdir ancaq iran dövlətı Urmiye Gölünün qurutmaqda israrlidir.

۱۳۹۱/۰۸/۰۴

Urmiye Gölü Çevresindeki 7 şəhərin əkinçilik Su Quyulari Duzlandı


Güney Azərbaycan, Urmiye: Doğu Azərbaycan Əkinçilik Örgütnün başxanı bugün Urmiye Gölü çevrəsində 7 Şəhərin Əkinçilik su quyuların duzlandığını açıqladı.
Bugün Doğu Azərbaycanda Sulama sistemlərilə ilgili gərçəkləşən toplantıda Doğu Azərbaycan Əkinçilik örgütünün də başxanı qatıldı, Məhəmmədiyan Öz danışıqlarından Urmiye Gölü qurumasınada toxundu.
Məhəmmədiyana Görə Doğu Azərbaycan Quraqlıq bir bölgədədir və bu ildə yağan yağışlar ötəki illərə görə daha az olmuşdur və bu yağış oranının az olması ötə yandan Urmiye Gölünün sürətlə quruması bölgədə 7 şəhərin əkinçilik su quyularını duzlanmasına yol açdığını dilə gətirdi. Ancaq bu yetkilinin dediğinin tərsinə Urmiye Gölü su hövzəsi iran dövlətinin Tuğralı (rəsmi) verilərinə görə 3-5 il olur daha Yağışlı bir illər keçirməktədir və eləcə Yağış oranın az olması Urmiye Gölünün quruamsına nədən sayılmamaqdadır, iran dövlət medyası bunu propaganda aracı olaraq qullansa bilə bilimsəl çevrələrdə yağış oranin normal və normal ötəsi olduğu kəsindir.

۱۳۹۱/۰۱/۰۸

Urmiye Gölü Duzlu Sulari Əkinçilik Alanlarına Yaxınlaşır


Güney Azərbaycan, Urmiye: Doğu Azərbaycan Topraq və Su Araştırıcılarının Dediğinə Görə Urmiye Gölünün Duzlu sulari Əkinçilik alanlarına yaxınlaşmaqdadır. eləcə Doğu Azərbaycan dövlət uzmanların dediğinə Görə əyər Urmiye Gölünə su artırılırsa Duzlu sular daha çox əkinçilik alanlarına yaxınlaşacaqdır.
Urmiye Gölü su hövzəsində Su dəngəsi və Ekosistem bir birinə dəydiği üçün Yeralti su qaynaqları bilə azalmışdır. 
Doğu Azərbaycan Əkinçilik,Su və Topraq örgütünün dediklərinə Görə Urmiye Gölünün Yeralti su qaynaqlari azaldığı üçün gərək yavaş yavaş Yealti sulardan qullanımı azaldaraq normal bir ölçüdə Suyu Urmiye Gölünə artırıla.
iran dövlətinin yetkilərinin dediklərinə Görə Urmiye Gölü üçün dövlət tərəfindən yürütülən! orta sürəli planlar boş yerə olmuş və yanlız Urmiye Gölünün quruamsını önləmə zamanini əldən vermişdir.
Urmiye Gölü haqqında indiyədək iran dövlətı tərəfindən heç bir bilimsəl çalışam olmamış və dahaca iran dövlətı Dünya çevre və doğa uzmanlarının bilimsəl çalışmalarına Göz yummuşdur. 
neçə vaxt bundan öncə birləşmiş Uluslar Örgütünün çevre Bölüm üolan UNEP Urmiye Gölü haqqında bilimsəl bir Arştırma yaymışdır və o çalışmada kısinliklə sayısıca səddlərın tikilməsi və yanlış su yönətimi Urmiye Gölününü qurumaq nədənlərı olaraq sıralanmışdır. 

۱۳۹۰/۱۱/۱۶

Urmiye Gölü Quruyursa Güney Azərbaycan Əkinçiliği məhv olacaqdır


Güney Azərbaycan, Urmiye: Doğu Azərbaycan əkinçilik örgütünün dediğinə Görə Əyər Urmiye Gölünün quruma sürəci belə dəvam edərsə Güney Azərbaycanin əkinçiliği məhv olamaq zorunda qalacaqdır.
Urmiye Gölünün Suyunun geriləməsə Bölgədə olan qoyulardan Duzlu Su çıxmasına nədən olmuşdur, Dulzu Sular Güney Azərbaycanın bir çox bölgəsini təhlükəilə qarşı qarşıya qoyacaqdır.
Urmiye Gölü çevsərində 600 Hektar(tənəf) əkin ərazisi görülməkdədir.
bu yazı yazıldığı anda Məlikan, Binab,Əcəbşer, Azərşəhər, şibistər və bir çox başqa şəhərın əkinçiləri sorunlarla qarşı olmuşlar.
2-3 il olur Güney Azərbaycanın Yağış durumu iranin başqa yerlərinə görə yaxşı bir durumadadır ancaq buna rağmən Urmiye Gölünün quruma sürəci dəvam edir, tərəfsiz Çevre və Doğa Uzmanlarına Görə Urmiye Gölü üzərində tikilən səddlər(Baraj) olduğu sürəcdə Urmiye Gölü quruamsı dəvam edəcəkdir. indiki durumda Urmiye Gölü tikilən səddlərdən bir damca su axmamaqdadır.
iran fars dövləti Urmiye Gölü quruamsının qarşısını almaq üçün indiyə qədər bir addım bilə atmayıbdır, bir çox Türk inasni Urmiye Gölünün qəsdən fars dövləti tərəfindən qurudulmasını düşünməkdədir.