۱۳۹۱/۰۴/۲۶

Urmiye Gölünün Yaşamı kimin Əlində?

Məhəmməd Cavad Məhdizadə iranin Çevre Örgütünün başxanı iranin Tuğralı (rəsmi) Dərgisi olan Şərqlə Verdiği Raporda Urmiye Gölününü Durumunu Dəyərləndirmişdir, bu Söyləşimin hamısı latin Türkcəyə çevrilərək sunulur.
 Urmiye Gölü Sorunu Dəvam etməkdədir, iranin qonuila ilgili sorumlu baxanlarının hamısının verdiği sözlərdən indiyədək Urmiye Gölünün Quruamsını önünü kəsmək üçün yetərsiz olub və heç bir olay baş verməyibdir. Indi düşünün 5 ildən sonradir, Urmiye Gölünün durumu sizcə 5 ildən sonra necə olacaqdır?
Mən iranin Çevre örgütünün başxanı olaraq umuram planlar sonuc verə, ancaq Urmiye Gölünün durumunun yaxşı olamsına Güvəncə vermək neçə nədəndən dolayı zor bir işdir. Urmiye Gölünün qurumasını önləmək əsinliklə 5 ildən çox zaman aparacaqdır. Ancaq Güvəncə vermədiğimin nədəni çevrə örgütünün bu qondua sorumu olmamasından qaynaqlanır. Urmiye Gölünə su gətirməyə gərçəkləşdirən Örgüt iranin su örgütdür biz dəyilik.  Ötən il Urmiye gölünün ölümünü önləmək üçün dövlət tərəfindən bir Büdcə ayrılacaydi ancaq yanlız 80 milyard Tümən ayrıldı. Ancaq Urmiye gölünün qurumasını önləmək üçün bundan qat qat çox büdcə olması gərək. Biz 850 milyard Tümən büdc gözləyirdik ki bu gərçəkləşmədi. Urmiye gölünə başqa yerlrədən su gətrimək planı bizim hesablarimiza Görə 5 il içərisində 850 milyard Tümən məsrəfi olacaqdır, ancaq dövlətin bizə ayrıdığı bücəilə ən iyimsər görüşlə 10 ildən daha çox zaman gərəkir. 
Urmiye Gölünü və çevrəni sevənlər bu tür bilgilərdən bezmişlər, ancaq ən iyimsər baxışla əyər bu bücdələr sizin üçün ayrılırsa bu iş hansı zamana qədər gərçəkləşi bilir?
Urmiye Gölünün su ehtiyaci 1/3 milyard Kubdir. Ancaq əyər 1 milyard əkinçilik sularından qənaət oluna 5/1 milyard kub da kanallama planila Urmiye Gölünə gətirilə Artı Bulduları Toxumlamaqlada bəlli ölçüdə Yağış Yağavə doğal olaraq ötəki illər kimin 1 milyard kubda doğal yollradan Urmiye Gölünə tökülə və gələcək illərdə yağış oranı yaxşı ola Urmiye Gölünün su ehtiayci təmin olacaqdır. əyər bu dediğim sözlər və bunlara tay qonular hamısı gərçəkləşirsə Urmiye gölünün suyu bilə gələcək illərdə daşacaqdır. 
siz iranin çevre örgütünün başxanı olaraq yeni səddlərin tikilməsinin önünü kəsmək haqqında qərarlı olduğunuzu söyləyibsiz, eləcə yeni səddlərın tasarımı və araştırması üçün bilə dövlət izin verməyəcəğini söyləmişsiniz, ancaq bu arada yanlız acıl bir durum olduğunda sədd tikilməsi sözünə yer verilmişdir, bu söz yeni səddlərin tikilməsinə yol aça bilərmi?
Bizə Görə birinci önəmli qonu Ulusunu içməli suyunu təmin etməkdir bunun dışında yeni səddlərin tikilməsini izin verilməz. Bizlər yanlız Ulusun suyunu təmin etmək üçün çevreye Göz yuma bilərik. Biz ötəki 1 il içində Urmiye gölü su hövzəsində olan səddlərin araştırmasını dayandırmışıq. 
Iranin Çevre örgütünün öz ağzıla dediklərı iran dövlətinin Urmiye Gölünün qurumasına qarşı heç bir önləm almadığının açıqca göstərgəsidir.

هیچ نظری موجود نیست:

ارسال یک نظر