۱۳۹۲/۰۷/۰۲

Urmiye Gölünün 80% qurumuşdur

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: bugünlər iran devlətinin Urmiye Gölü qonusunda yürütdüyü propagandaya qarşı gündəmi dəyişdirən ən önəmli xəbər iranın çevre örgütü danışmanı və uzmanı tərəfindən dilləndirildi, o da Urmiye Gölünün 80% quruduğudur. Mənsur Baqırzadənin dediyinə Görə Urmiye Gölünün 80% təmamən qurumuşdur.
Urmiye Gölündən yanlız 20% qalması yanı sıra indiyədək iran devləti Urmiye Gölünü qoruyacaq və yenidən canlandırmaya dönük heç bir addım atmamaqda israrlidir, eləcə 15 il bundan öncədə Urmiye Gölü quruma sürəci gözlə görünür halə gəlmişdi ancaq iran devləti Güney Azərbaycan’da Baraj tikmə siyasətlərini bütün sürətlə yürütməktəydi və bugün bilə neçə gün bundan öncə Həsən Ruhani tərəfindən yayınlanan bildiriyə görə Urmiye Gölü üzərinə Baraj tikmək sözdə durdurulmuşdur, ancaq bu olay eynən 2 il bundan öncə Mahmid Əhmədinejad tərəfindən də gündəmə gəlmiş ancaq gərçəkləşməmişdir. Tuğralı bilgilərə görə Urmiye Gölü su hövzəsində 73 Baraj bulunmaqdadır. Iran devlətinin bölgədə Baraj tikmə siyasətləri yanı sıra Urmiye Gölünə axan sularda büyük ölçüdə azalmış durumda, Gölə tökülən suların büyük bölümü bölgədə əkinçilik və tarım alanlarında qullanılmaqdadır ancaq iran devlətinin bir çox Tuğralı (rəsmi)verisinə görə  bölgədə əkinçilik və tarım ekonomik olaraq yararlı dəyildir. Son 34 il içində Urmiye Gölü su hövzəsində Əkinçilk alanları 2 qat artmışdır və doğal olaraq bunları bəsləyən su ölçüsüdə qat qat artmış durumda.  
Baqırzadənin söyləşisinin başqa bir bölümündə Urmiye Gölü qurumasından dolayı bölgədə hava istiliyi artmasıda gündəmə gəlmişdir, onun dediklərinə dayanaraq bölgədə son illərdə 1 dərəcə hava istilşmiş durumdadır, bunun nədənı Günəş enerjisinin Urmiye Gölündə bulunan duzlara çarpmasından qaynaqlandığı önə sürülməktədir.

هیچ نظری موجود نیست:

ارسال یک نظر