۱۳۹۳/۰۲/۱۴

Urmiye Gölü duz fırtınalarından son görüntülər

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: Güney Azərbaycan sınırlarında var olan Urmiye Gölü İran devlətinin yanlış su yönətimi, baraj tikmə siyasəti və bölgədə əkinçilik alanlarının son 30 ildə iki qata artması sonucu 85% qurudulmuşdur.
Qurudulan Urmiye Gölü Güney Azərbaycan’da kanser kimi xəstəliklərin yayqınlaşması, bölgədə istiliyin artması, tarım alanlarının yox olması, Artemia Urmiana kim göldə yaşayan tək canlının yox olması, duz fırtınaların əsməsi və son olaraq yüzilin çevrə fəlakəti sonucu Güney Azərbaycanın zorunlu olaraq boşaldılması kimi sonuclar doğuracağı ön görülməkdədir.
Urmiye Gölü qurumasından doğacaq olumsuz sonuclardan bir çoxu illərdir görünməkdədir, eləcə bölgədə əsən duzlu fırtınalardan paylaşılan yeni görüntülər Urmiye Gölü quruması fəlakətinin bir göstərgəsinin ayaq səsləri olaraq bilinməkədir. 
Məncə İran devlətinin Güney Azərbaycan və Türklərə qarşı yürütdüyü iç sömürü siyasətinə ək olaraq Türklərın bilincsizliyi Urmiye Gölü qurumasında önəmli bir paya sahibdir.
Görüntülər: Azərbaycanın Nəvid dərgisi/ Təbrizli Mehrdad






























هیچ نظری موجود نیست:

ارسال یک نظر