۱۳۹۲/۰۶/۰۳

Urmiye Gölüne Araz çayından çekilecek su ekinçilikde qullanılacaqdır

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: sonunda Batı Azərbaycan çevrə örgütü başxanı Urmiye Gölünə Araz çayından su gətirilicək tasarının arxasında olan gizli planı açıqladı, onun verdiyi bilgilərə görə iran devləti Urmiye Gölü adına Araz çayından su gətirərək axtarılan suyu bölgədə əkinçilik alanlarını sulamaq üçün qullanacaqdır. Abbasnejad isna düşərgəs ilə (sitə)verdiği söyləşidə üstü qapalı olaraq Urmiye Gölünün qurumasını iran devlətinin bölgədə Baraj tikmə siaysətinin sonucu olaraq göstərmişdir. Ayrıca o devlətin Barajlardan bəllı ölçüdə Urmiye Gölünə su axtarmamasına da toxunmuşdur. Bir çox Türk uzmana görə iran devləti Araz çayından Urmiye Gölünə su gətirmə tasarısı Güney Azərbaycan və Quzey Azərbaycandaki Türklərın arasında sorun yaratmaq və Quzey Azərbaycanı Urmiye gölünün qurumasından sorumlu tutumaq istədiyini söyləməktədirlər. ayrıca iran devləti Araz çayından Urmiye Gölünə su axtarma tasarısını gündəmdə tutaraq Türk bölgəsindəki millət vəkillərini bir birini canına salmağı planlamaqdadır.    
Abbasnejad verdiği söyləşidə deyir: 
indi isə Urmiye Gölünün yanlız üçdə birisi qalmış və gölün ardı bütünlüklə qurumuşdur, əyər Urmiye Gölünün hamısı quruyrusa əsəcək duz fırtınaları Azərbaycanı heç Terhana qədər etgiləyəcəkdir və iranda Ulusal bir sorundan ziyadə bölgəni bilə etgiləyəcəkdir. Araz çayından sözdə Urmiye gölünə su gətirin ancaq amacları suları əkinçilik alanlarında qullanmayı planlayan devlət sorumluları bu işi sonucunu bilmədən bölgəyə büyük zərbə vuracaqlar, əyər Urmiye Gölü quruyursa bölgədə əkinçilk və tarım diyə bir alanın var olması olanaqsıdır.     
30 il bundan öncədən bugünədək Urmiye Gölü çevrəsində əkinçilik və tarım alanları qat qat artaraq suyun tükətimi də artmış və bölgədə Urmiye gölünə axacaq sular əkinçilik alanlarını sulamaq üçün qullanılmışdır. əyər belə devəm edərsə bölgədə hava istiliği neçə dərəcə artacaq və Urmiye Gölü suyunun buxarlaşmsı sürətlənəcəkdir. 
Bu sözlərlə yanı sıra tikilən Barajlardan Urmiye Gölünə gərəkən su ölçüsü axtarılmadı, suyun Urmiye Gölünə axtarılmaması yanında bölgədə əkinçilik alanlarının qat qat artması Urmiye Gölünün qurumasına sürətləndirdi. Iranda və özəlliklə Azərbaycan’da əkinçilik bizim yararımıza dəyildir.

هیچ نظری موجود نیست:

ارسال یک نظر