۱۳۹۳/۰۶/۰۶

‘Urmiye Gölü susuzdur’ adlı kampanya başlatıldı

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: Rıza Vəidi Marağalı Türk qoşar bugünlər dünya’da yayqın olan buzlu su kampanyasından əsinlənərək diqqətləri Güney Azərbaycan’daki Urmiye Gölünün qurumasına çəkmək üçün ‘Urmiye Gölü susuzdur’ adlı kampanya başlatmışdır.
Türk qoşarın paylaşdığı video ilk olaraq Behruz Ənsari bəyin onu buzlu su kampanyasına dəvət etdiyi üçün təşəkkür edib və Urmiye Gölünün qurumasına diqqət çəkmək üçün ‘Susuzluq’ adlı bir kampanya başlatdığını duyurmuş, ötə yandan suszuzluq kampanyasının amacını Urmiye Gölünün quruması və Güney Azərbaycanın yox olması olaraq tanımlamaqda. Türk qoşar ədəbi bir dillə Güney Azərbaycan’ı saran ekolojik və çevrəsəl fəlakəti anlatmaya çalışırkən Urmiye Gölünün quruması sonucu Azərbaycan’da insan yaşamı təhlükəyə keçəcəyini söyləməkdədir.    
Türk qoşar sözlərının ardında başqa Türk əktivistləri də bu kampanyaya dəstək olub və qatılmalarını istəməkdə və son olaraq bir dolça duz Urmiye Gölününün milyonlarca duznu anımsadaraq öz başına tökür.
Rıza Vəidi’dən sonra Urmiye’li avukat olan Fatimə Səttari qonuıyla ilgili bir video paylaşaraq Urmiye Gölü susuzdur kampanyasına dəstək vermişdir. Səttari paylaşdığı videoda İran’da 35 milyon Türkün yaşadığına toxunaraq bireysəl və toplumsal olaraq çeşidli tepgi yöntəmlərinə toxunur və Urmiye Gölünün qurumasını İrandaki Türklər üçün önəmli bir qonu olduğunu vurqulayır. Səttari 3 başqa Türk əktivisti bu kampanyaya qatılmalarını videoda dilləndirir. 
Adı çəkilən iki Türk əktivisit dışında Vida Doşabçı, Rıza Talibi, Kərım ƏsğəriSəhər Urmiye’li də Urmiye Gölü susuzdur kampanyasına videolar paylaşaraq dəstək vermişlər, kampanyanın genişləməsilə birlikdə bir neçə Türk gənc sosyal ağ Facebook’da kampanyayla ilgili bir səhifə açmış və çalışmaqdadır.  Quzey Azərbaycan'dan isə Zaur Bayramlı Urmiye Gölü susuzdur kampanyasını özəl videosunu paylaşarıq qatılmışdır. 
Güney Azərbaycan’da var olan Urmiye Gölü İran devlətinin Urmiye su hövzəsi və Güney Azərbaycan’da tikdiyi barajlar sonucu qurudulmuşdur, Tuğralı verilər Urmiye gölü su hövzəsində 73 barajın olduğunu göstərməkdədir.

هیچ نظری موجود نیست:

ارسال یک نظر