‏نمایش پست‌ها با برچسب Tarım. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب Tarım. نمایش همه پست‌ها

۱۳۹۳/۰۶/۲۸

Urmiye Gölü Neden Qurudu?

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: 15 il olur Urmiye gölünün quruma sürəci daha sürətli bir ölçüdə hiss olunmaqda ancaq daha ilginç olan bu 15 il içində iran devləti tərəfindən Urmiye gölünün qurumaq nədəni haqqında çeşidli etgənlər sıralanmışdır, bu etgənlər Baraj tikmə siyasətləri, yanlış su yönətimi, quraqlıq, yağış oranın az olması, əkinçilik alanının 2 qata artması, iqlim dəyişikliği, əski sulama sistemi vs olaraq göstərilmişdir ancaq İran devləti tərəfindən indiyədək bir hörgüt bilimsəl olaraq Urmiye gölünün quruması nədənlərını araşdırmamışdır. Bu yazıda Urmiye gölünün qurmaq nədənlərının bir su uzmanı gözəndən axtarmaya çalişacayıq.
Urmiye Gölü Hardadır?
Urmiye Gölü 5.000 km alanla Güney Azərbaycanin Urmiye şəhərində və Türkiyə’nin Van Gölündən 150 km məsafədə yer almaqda. Urmiye gölü su hövzəsi Batı Azərbaycan, Doğu Azərbaycan və birazcıq kürdistan Əyalətlərını qapsamaqda. Urmiye Gölü bir ulusal park sayılmaqda və UNESCO tərəfindən qorunması gərəkən alanlar listəsinə alınmışdır. Urmiye Gölü su hövzəsində bir çox şirin su qaynağı bulunmaqda və heyvan və bitgi türü olaraq dünyanin ən varsıl bölgələrindən birisi sayılmaqdadır.   
Urmiye Gölü Nədən Qurudu?
Urmiye Gölü üzərinə tikilən Barajlar:
Urmiye Gölü su hövzəsi üzərinə indi 70 Baraj bulunmaqda və 12 Baraj tikinti sürəcində, 40 yeni Barajinda tikmək üçün tasarımları və planlanma aşamasında olduğu anlaşılmaqda, ancaq İran devlətində Barajlar və sudan sorumlu olan hörgütlərın sayısı bir neçə olduğu üçün doğru düzgün Baraj sayıları bilinməməktədir və bu sayı daha çox olacağını öngörmək olur. bir çox su uzmanına görə Urmiye Gölü su hövzəsi üzərində 73 büyük və balaca baraj bulunmaqdadır. Örnək üçün Urmiye Gölünə axan sulardan olan yanlız Acıçay üzərinə 22 Baraj tikilmişdir.
iqlim dəyişikliyi və quraqlıq:
1344 – 1385 ci ilədək (41 il) hər il 72 milyon metr kub Urmiye Gölünə axan sulardan azalmışdır, 1374 ci ildə 42 milyard metr kubdən 1385 ci ildə 22 milyard metr kubə dəyişlib azalmışdır.
Nüfus sayımının artışı:
Urmiye Gölü su hövzəində bulunan insanların sayısı 33 ildə 2 qata artmış və normal olaraq əkinçilik alanlarınında daha çox ürətim üçün qullanması gündəmə gəlmişdir.
Su qullanımının artması:
Urmiye Gölü su hövzəsində əkinçilik alanlarının su qullanımı toplam suyun 78% dır və bu 78% ın 41% yeraltı su qaynaqları və artı yerüstü su qaynaqlarından yararlanılmaqdadır. Urmiye Gölü çevresindəki əkinçilik və tarım alanlarının sulama sistemlərı əski olduğu üçün suyun böyük bölümü hədər olmaqdadır və suyun yanlış qullanımı bölgədə yeraltı su qaynaqlarına böyük zərbə vurmuşdur. Artı Urmiye Gölü su hövzəsində 20.000 su quyusu bulunmaqdadır , bu su quyuları əkiçilik alanlarını sulamaq üçün qullanılır. 33 il içində bölgədə əkinçilik alanları 2 qata çıxmış və normal olaraq da su tükətimi daha artmışdı durumdadır. əski sulama sisteminin etkinliği 30 – 36% söylənilməktədir. 
bitgi örtüsü və otlaqlıqların yox olması:
İran devlətinin verilərinə görə Urmiye Gölü bölgəsində otlaqlıqlar normal durumdan 10 qat daha çox qullanılmaqda və bu iş otlaqlıqlara böyük zərər vurmağa yol açmişdir.
Urmiye – Təbriz körpüsü:
Güney Azərbaycan və İran Türklərinin iki önəmli şəhəri olan Urmiye və Təbrizi dəniz üzərindən birbirinə bağlayan körpü milyardlar ton Urmiye Gölünə topraq tökmək sonucunda tikildi, ancaq bu körpü Urmiye Gölünün normal su axışını tərs yöndə etgiləyib və su axışını dəyişdirdi. körpünün dəyişimi kimyasal və ekolojik olaraq Göldə göründü və Urmiye Gölünün böyük bölümünün qurumasına yol açdı.
Urmiye Gölünü qorumaq planı və yönətiminin olmaması:
Iran’da bir çox qonuila ilgili hörgütlər hər birisi öz başına Urmiye Gölü haqqında tutum sərgiləməktə və ortaq bir çalişama bulunmamaqda. Bir çox tasarı və plan ortaq çalışma olmadığından dolayı yanlız sözdə və kağazlarda qalır və gərçəkləşmır.
Urmiye Gölünü yenidən canlandırmaq üçün nə etmək gərəkir:
- ilk olaraq ən gərçəkləşməsi gərəkən iş Urmiye Gölü üzərindən tikilən barajlardan ən azı 20% su Urmiye Gölünə axıtılmalıdır.
- bölgədə əkinçilik türlərını yenidən gözdən keçirib və daha az su yararlanan türlərı əkmək gərək.
- Əski sulama sistemini bölgədə yeniləmək gərək.
- Duzlu bölgələrdə yetişən özəl bitgilər əkilməlidir.
- Tarımda su qullanımının ölçüsünü bölgə su qaynaqlarına baxaraq bəlirləmək və ...
Qaynaq: İran’ın doğu adlı dərgisinin 1716 cı sayısı

۱۳۹۲/۰۴/۰۶

Urmiye Gölü Quruması Azerşehrin 2.200 Hektar Ekinçilik Alanlarını Etgilemişdir

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: zaman keçdikcə Urmiye Gölü Qurumasının Etgilərı görünməktədir və bu dəfə Azərşəhrin Əkinçilik Örgütünün Başxanının dediğinə Görə Urmiye Gölü Qurumasından sonra 2.200 Hektar Əkinçilik və Tarım alanları Etgilənmiş durumda və əldə olan veilərə görə duz Səhrasını çevrilmişdir. Etgilənən Bağlar Urmiye Gölü Çevresində olduqları üçün Duzluq Alanların çevrilmişlər.
Azərşəhrdə Etgilənən Əkinçilik Alanları Suyun olmamağı və var olan Suyun büyük oranda Duzlu olmasından dolayı Toprağa büyük zərər vurub və bölgədəki Bağları yox etmişdir.
Azərşəhr əkinçilik örgütü başxanı olan Hayatın dediğinə Görə Urmiye Gölünün Suyunun Geriləməsinin Etgilərini önləmək üçün bir sıra işlər görülüb ancaq bu büyüklükdə çevre sorununun gətirəcəği sonuc qaçınılmazdır, bölgədə daha çox püstə əkilməsi önərilməktədir. Urmiye Gölünün gətirəcəği çevre sorununu önləmək üçün indiyədək Azərşəhrdə 800 Hektar alanda püstə Əkilmişdir.
əldə olan bilgilərə Görə Azərşəhrdə 27.000 Hektar Əkinçilik alanı bulunmaqdadır, bu alanlardan hər il 130 min Ton Əkinçilik Ürünləri ürətilməktədir.    
Ilk öncə Urmiye Gölü çevresində 50 kəndin Zorunlu olaraq boşaltılmasını yazmışdıq və görüldüğü kimi bu dəfədə 2.200 hektar Əkinçilik alanı Azərşəhrdə etgilənmişdir ancaq bir çox doğa və Çevre Uzmanına Görə bunlar Urmiye Gölü Qurumasının ilk Etgiləridir və daha büyük fəlakətlər bizi gözləməktədir, özəlliklə Uzmanlar Yaşanacaq ən büyük zorunlu insan Köçü qonusunda ön görüşlər paylaşmaqdadırlar. 
Su uzmanlarına Görə Urmiye Gölü iran devlətinin Baraj tikmə Siyasəti, yalnış su yönətimi, Əkinçilik alanlarının 33 il içində 2 qata artması, bölgədəki Toplum artışı, əski sulama sistemi, Baraj tikmədən yaranan iqlim dəyişikliyi vs olaraq Quruduldu.

۱۳۹۰/۱۱/۱۶

Urmiye Gölü Quruyursa Güney Azərbaycan Əkinçiliği məhv olacaqdır


Güney Azərbaycan, Urmiye: Doğu Azərbaycan əkinçilik örgütünün dediğinə Görə Əyər Urmiye Gölünün quruma sürəci belə dəvam edərsə Güney Azərbaycanin əkinçiliği məhv olamaq zorunda qalacaqdır.
Urmiye Gölünün Suyunun geriləməsə Bölgədə olan qoyulardan Duzlu Su çıxmasına nədən olmuşdur, Dulzu Sular Güney Azərbaycanın bir çox bölgəsini təhlükəilə qarşı qarşıya qoyacaqdır.
Urmiye Gölü çevsərində 600 Hektar(tənəf) əkin ərazisi görülməkdədir.
bu yazı yazıldığı anda Məlikan, Binab,Əcəbşer, Azərşəhər, şibistər və bir çox başqa şəhərın əkinçiləri sorunlarla qarşı olmuşlar.
2-3 il olur Güney Azərbaycanın Yağış durumu iranin başqa yerlərinə görə yaxşı bir durumadadır ancaq buna rağmən Urmiye Gölünün quruma sürəci dəvam edir, tərəfsiz Çevre və Doğa Uzmanlarına Görə Urmiye Gölü üzərində tikilən səddlər(Baraj) olduğu sürəcdə Urmiye Gölü quruamsı dəvam edəcəkdir. indiki durumda Urmiye Gölü tikilən səddlərdən bir damca su axmamaqdadır.
iran fars dövləti Urmiye Gölü quruamsının qarşısını almaq üçün indiyə qədər bir addım bilə atmayıbdır, bir çox Türk inasni Urmiye Gölünün qəsdən fars dövləti tərəfindən qurudulmasını düşünməkdədir.