۱۳۹۳/۰۱/۱۶

Urmiye Gölünün suyu öten ile göre 40 cm geriləmişdir

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: Batı Azərbaycan çevrə hörgütünün başxanı neçə gün bundan öncə iran devlətinin tuğralı(rəsmi) düşərgəsi(sayt) olan isna ilə verdiyi söyləşidə Urmiye Gölünün ötən il eyni tarixə görə 40 su səthinin gerilədiyini açıqladı.
Həsən Abbasnejad Urmiye Gölü su səthinin ötən ilə 40 cm geriləməsilə birlikdə Urmiye Gölünün quruma sürəcinin dəvam etdiyinidə duyurmuşdur, Onun dediklərinə görə Urmiye Gölünün qurumasından doğan olumsuz etgilər zaman içində daha yayqınlaşmaya başlamış və daha görünür halə gəlmişdir. 
Urmiye Gölü ilə ilgili uydudan alınan son görüntülər və iran devlətinin tuğralı olaraq yayınladığı sayısal bilgilərə görə Urmiye Gölünün 85% qurumuşdur və quruma sürəcidə sürətlənməkdədir , eləcə gölün güney bölgəsi daha çox qurumaqda və böyük bir duzlu alan yaranmış durumdadır. Urmiye Gölünün qurumasından doğan olumsuz etgilərdən duzlu yel fırtınaları, su quyularının şorlanması, əkinçilik alanlarının şorlanması, gölün çevrəsindəki 50 kəndin boşaldılması vs kimi sorunlardan ad aparmaq olur.
Batı Azərbaycan çevrə hörgütü başxanı Urmiye gölünün qurumasını bölgədə yağışın az yağması və quraqlıqla ilgiləndirsə də İsa kəlantəri Urmiye gölü qoruma çalışma qrupu sözcüsü neçə gün bundan öncə İran’da gölməçələrin qurumasila ilgili gərçəkləşdirdiyi bir toplantıda Urmiye Gölünün qurumasını dirək olaraq devlətin bölgədə sorumsuzluğu və yanlış su yönətimi sonucu olaraq adalandırmış və Urmiye gölü qurumasında yağış oranının az olmasını suçlu olarq göstərmənin doğru olmadığını vurqulamışdır.    
İran devlətinin tuğralı bilgiləri Urmiye Gölünün qurumaq sürcinin son 15 ildən başladığını göstərməkdədir ancaq nədən son 15 ildə gölün qurumsını bilərək devlət heç bir önləyici addım atmayıb və Urmiye Gölünün qurumasını gözləmişdir daha çox Türklərın iran’da  egemən devlət və millətin bir iç sömürgəsi olduğuyla yanıdlamaq olur. Urmiye Gölü üzərinə 73 Baraj tikilmişdir və bir çox su və çevre uzmanına görə tikilən Barajlar’da Urmiye gölü qurumasınd aböyük önəm daşımaqdadırlar.

هیچ نظری موجود نیست:

ارسال یک نظر