۱۳۹۲/۰۲/۱۱

Urmiye Gölünü Qorumaq qonusunda iran Devleti Slogan vermektedir

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: Urmiye’li Türk Millət vəkili olan Cavad Cəhangirzadə iran Ulusal Məclisində Öz çıxışınındakı Danışığı Urmiye Gölü üçün ayırıb və Ulusal Məclisdə iran devlətinin Urmiye Gölünə ilgisi davrandığı və yanlız Sloganlarla qonuyu qarşıladığı dilə gətirmişdir.
Baxmayaraq irandaki bütün millət vəkilləri iran devlətinə kökdən bağlıdırlar və onları Ulus yox sistem seçir ancaq bütün bu gərçəklərə rağmən bir Millət vəkilinin də sonunda iran devlətinin Urmiye Gölünü qorumaq qonusunda ilgisiz davrandığını dilə gətirməsi gərçəkləri yansıdmaq qonusunda büyük önəm daşımaqdadır.
Son aylar içində Urmiye Gölü su hövzəsində Yağışlar yağmış ancaq bu yağışlar Urmiye Gölünü qorumaq üçün yetərli dəyildir və ağlı başında olan insan 20 milyard metr kub su nə qədər olduğunu düşünə bilir, Urmiye Gölü ən azı 20 milyard metr kub Acıl suya ehtiyacı vardır və bu yağışlarla Urmiye Gölündə bir şeyin gözlənilməsi imkansizdir. Ötə yandan Uydudan alınan son görüntülərdə bu durumu açıqca gözlər önünə sərməktədir, baxmayaraq neçə il içində Urmiye Gölü su hövzəsində yağış oranı artmış ancaq Urmiye Gölü bu sürəcdə bilə Suyunu əldən verməyə dəvam etmişdir.
Urmiye’li Millət Vəkili iran devləti nə amacla suçlayırsa suçlasın ancaq dilə gətirdiği sözlər bütün gərçəkləri ifadə etməktədir, iran Devlətinin Urmiye Gölü və başqa Çevresəl qonularda olduğu kimi ilgisiz davrandığı bugün sayısızca çevre fəlakətilə gözlər önünə çıxmaqdadır.   
Tərəfsiz bir çox Uzmana görə Urmiye Gölünün ən önəmli Qurumaq nədənlərindən Baraj tikmək, yanlış su yönətimi, əkinçilik alanlarının son 30 ildə 2 qat artması, iqlim dəyişkliği, əski sulama sistemi vs söylənilməktədir.

هیچ نظری موجود نیست:

ارسال یک نظر