۱۳۹۱/۱۰/۲۰

Urmiye Gölünü Quruldan Barajlar (1)


Güney Azərbaycan, Urmiye: dəfələrcə Lake Urmia News blogunda yaydığımız bilgilərdə həmişə Urmiye Gölünün qurumasında Tikilən Sayısızca Barajların büyük etgisi olduğunu söyləyərək iran dövləti bu qonuyu basdırmağa və Urmiye Gölü qurudulmasını sözdə iqlim dəyişkliği vs həvalə etməyə çalışmaqdadır, ancaq ilk olaraq iranin Çevre və doğa Mühəndisləri örgütünün başxanı iranin Tuğralı (rəsmı) medaysiylə verdiği söyləşidə Urmiye Gölü Qurumasında tikilən barajların büyük etgisi olduğunu söyləyərək bir ilkə imza atmışdır. Biz Lake Urmia News yönəticiləri olaraq bu söyləşi Öz Andilimiz Türkcəyə çevirib və birinci Bölümünü oxuyuxulara sunuruq.
Soru: izin verin bu tür başlayaq: Urmiye Gölü nədən Qurudu?
Yanıd: çox fərqli nədənləri var. Iranda bu soruya yanıd vermək iran dövlətinin Tuğralı örgütlərının hançısı və Qonuya hançı açıdan dəyərləndirməklərinə bağlı olaraq çox fərqli yanıdlar vermək olur. Örnək üçün iranin Suiylə ilgili örgütü və baxanı Urmiye Gölünün qurumaq nədənini iqlim dəyişikliği olaraq göstərməktədir. Ancaq başqa Çevre və Doğa Uzmanları iqlim dəyişikliği dışında tikilən səddlər, əski sulama sistemi, yanlış su yönətimi, əkinçilik alanının 2 qata artması vs də olaraq Urmiye Gölünün təməl qurudmaq nədənləri olaraq sıralamaqdadırlar.    Urmiye Gölü su hövzəsi 150 min hektardır və bugün 415 min hektara çatmaqdadır, əkinçilik alanının su tükətimi 1.8 milyard kupdən bugün 5.5 milyard kuba çatmaqdadır. Eləcə Urmiye Gölünü bəsləyən Yeraltı su qaynaqları bugün 0 olmuşdur və yeraltı qaynaqlarından Urmiye Gölünə bir damca su axtarılmamaqdadır. Bölgədə əkinçilik üçün tikilən Su Quyulari isə durumu daha gərginləşdirməktədir və bu Su Quyulardan çıxan suyun keyfiyyəti bugün heç yaxşı dəyil.  
Əkinçilikdə sulama sistemi dışında əkilən Türlərın bir çoxu suyu daha çox qullandığı üçün də su tükətimi daha çox olmaqdadır , Urmiye gölünün çevrəsində bugün minlərcə hektar Bağlar  var olmaqdadır.  
Urmiye Gölü su hövzəsi çevrəsindəki Toplum nüfusuda 30 il içində 2.2 qat olmuş və Urmiye Gölü qurumasında etgisiz olamaz. Iran dövlətinin tuğralı verilərinə görə 1375 ci ildə bölgədə 1.256.000 insan bulunurdu ancaq 1385 ci ilin sayısına görə bu bu sayı 2.990.000 nəfər olmuş. Bu sayıda toplumun tükətdiği su çox büyük orandır və saydığımız nədənlərın hamısı əl ələ verərək Urmiye Gölünün qurumasında etgili olmuşlar.  
Soru: Havaların İstilənməsi, iqlim dəyişkliği vs Urmiye Gölünün suyunun buxarlaşamsı Gölün qurumasında nə qədər etgili olmuşdur?
Yanıd: Urmiye Gölü yanınada Türkiyənin Van Gölü bulunmaqdadır. əyər yer kürəsinin istilənməsi və iqlim dəyişikliği Urmiye Gölünün qurumasında etgili olubsa nədən Türkiyənin Van Gölündə etgili olmaybıdır? Bölgənin istiliği normal olaraq artmışdır ancaq bu artmaq Urmiye Gölünün qurumasında etgin rolu olmadığını düşünməktəyəm. 
Urmiye Gölü üz ölçümü zaman içərisində kiçilmiş və insanın daha qolay Doğa və Çevrəyə etgi sağladığı kəsındır, insan oğlunun Urmiye Gölü qurumasınada büyük etgisi olub. Urmiye Gölünün qurudulmasında insan oğlunun büyük rolu olub anacq iqlim dəyişikliği başı başına Urmiye Gölünü qurudacaq durumda dəyildir.  
Soru: sizin dediklərinizə dayanaraq Urmiye Gölünün qurumasını əkinçilik qonusuna bağlamaq olur mu?
Yanıd: Su Qaynaqlarının genişlənməsi və əkinçilik bir iki üzlü Pula oxşur və bir birində büyük etgi və ilgiləri olur, ancaq Aral Gölü qonusunda da var olan Təcrübələrə Görə Urmiye Gölündə də əkinçilik alanının artması Urmiye Gölünün qurumasında büyük etgili olduğunu düşünməktəyəm. 
Su Qaynaqlarının genişlənməsi Barajlarin tikilməsi deməkdir. Tikilən sayısıca Barajlar Urmiye Gölü qurumasında büyük etgisi olub, Barajların tikilməsindən daha çox Urmiye Gölünün su Axtarmalarının həmişəlik kəsdıklərı üçün Gölün Qurumasını etgiləyiblər, yoxsa əyər Barajlardan Urmiye Gölünə tikildikləri gündən Su axtarılsaydi bugün Urmiye Gölünü durumu bu tür olamzdı.  
Soru: Urmiye Gölü Quruması hansı zamandan başladı?
Yanıd: Urmiye Gölünün qurumaqda olduğu sürəc 20 il bundan öncədən görülməktəydi.
Soru: iran’li Çevre və doğa Uzmanları hansı zamandan Urmiye Gölünün qurumasını təhlükəli olduğunu düşündülər?
Yanıd: 10 il olur iran’li Doğa və Çevre Uzmanları Urmiye Gölünün qurumasını dilə gətirərək doğulan qorxunc çevre sonrununu dilləndirməktədirlər, ancaq o illərdə Urmiye Gölünün durumu bugünlər kimin Qorxunc dəyildi və iran dövləti yetgililəri qonuila ilgilənmədilər.
Ilk olaraq bizim Qurum Urmiye Gölü haqqında bir Ulusal konferans düzənləyərək Urmiye Gölü Sorununu Yerli çevre və Doğa sorunundan Ulusal və Uluslararsı sorunu durumunda olduğunu dilə gətirdi.
Soru: Urmiye Gölü ilk dəfə olaraq Quruyur yoxsa taxrixdə Urmiye Gölü bir daha qurumuş mu?
Yanıd: bu haqqda bilimsəl bilgim yox ancaq əldə olan verilərə Görə bu olay olmamış və Urmiye Gölü bugünkü durumunda heç bir zaman olmamışdır.
Soru: Quruyuan Göl və Gölməçələrin Sonucu nə olur və hansı Sürəci yaşayırlar?
Yanıd: Əskı Rusyada olan Aral Gölü bu qonuda ən yaxşı və Düşündürücü örnək olaraq önümüzə çıxamaqdadır. Əskı Rusya Dönəmində Aral gölünə Axan bütün su qaynaqlarının önünü kəsərək və bu suları Panbıq ürətimində qullanaraq Aral Gölünün qurumasıa yardımçı oldular.
Bu olaylar sonucunda o Büyüklükdə Aral Gölünün Qurumasına yol açıb və Yer kürəsinə bir çevre və doğa fəlakətinin yaranmasın yol açdı. Əyər iran dövləti yegililəri və biz Çevre və Doğa Uzmanları Urmiye Gölü qonusunda ilgisiz davranarsaq mənə Görə Urmiye Gölünün sonucuda eynən Aral Gölü kimin olacaqdır.

هیچ نظری موجود نیست:

ارسال یک نظر