۱۳۹۱/۰۸/۲۰

Iran Dövleti Dünyanin üçüncü Baraj tiken Ölkesi


Güney Azərbaycan, Urmiye: iranin Su qonularından Sorumlu baxanı iran Dövlətinin Dünyada üçüncü Baraj Tikən olduğunu savunub və iran dövlətinin bu qədər sayısızca Baraj tikməsinin övgüilə bəhs etmişdir.
Iranin su qonularından sorumlu baxanı Təbrizdə Ermənistanla ortaq tikilicək yeni Baraj törənində bu sözlərı dilləndirərək Barajları iran Dövləti və Bölgə Ulusların ortaq dəyəri olduğunu söylədi.
Ona Görə Su qaynaqları Tanrı tərəfindən yaradılmış bir qaynaq sayılmaqdadır və bölgə Ulusları bu Su qaynaqlaına Dəyər verməldirlər.
Iranin Sorumlu baxanı Ermənistan-iranin Qərəçilər və Megri tasarısını ortaq bir dəyər olaraq nitələndirdi və yeni tikiləcək Barajin iran və Ermənistana nə qədər Önəmli olduğunu açıqladı.
Məcid Namcu iran dövlətinin Sayısızca Baraj Tikməsini və dünayda Üçüncü baraj tikən ölkə sahib olmasını bir önəmli dövlət başarısı olaraq dəyərləndirdi. Ona Görə Barajların tikilməsi Çevre və Doğaya heç bir zərərli etgisi yox və tərsinə doğa və Çevre üçün barajlar olması gərəkəndilər.
iranin Sudan Sorumlu baxanının iran dövlətinin bu qədər Baraj tikməsi və Güney Azərbaycanda Bulunan Urmiye Gölünün Quruması gərçəkdən ilgisiz ola bilir mi?
Bölgəsəl və Dünyada çevre və Doğa Uzmanlarına Görə Urmiye Gölünün qurumasından ən etgili alanların birisi iran dövlətinin Urmiye Gölü su hövzəsində Urmiye Gölünə Axan suları hesablamadan baraj tikməsi olmuşdur, ancaq iran Dövləti Urmiye Gölünün qurumasını tikilən Barajlar yox bəlkə iqlim dəyişkliği olaraq dəyərləndirməktədir. Birisi yox desin bu iqlim Dəyişikliği Türkiyənin Van Gölünə etgisi yoxmu ancaq Güney Azərbaycanin Urmiye Gölüsünü etgiləmiş. 
iran dövləti Urmiye Gölü su hövzəsində tikdiği Barajların sayısını açıqlamamaqdadır və bilimsəl olaraq Bu Səddlərin sayısının neçə olduğu bilinməməktədir ancaq ortada olan sayı 50 dən çox Barajın olduğunu göstərməktədir.çağımızda Dünyada bir çox çevresəl və Doğa Uzmanı Barajların Doğya nəqədər zərərli olduğunu bilimsəl yollardan qanıtlamaqdadırlar ancaq iran dövlətı çağımzıda Barajların Doğa və Çevreyə daha yararlı olduğunu söyləmktədır, eləcə Tikilən Barajların ən önəmli yararı Urmiye Gölünün quruması olmuşdur.