۱۳۹۰/۰۱/۱۹

Urmiye Gölü Bağırır, mən Susuzam, Ancaq Səsini Duyan yox

Urmiye Gölü quruyur. Hökumətin məsələ ilə bağlı vədləri sözdən o yana getmir. GünAzTV-nin şərhinə əsasən, Urmiye Gölü quruyarsa, o zaman səhra küləkləri əkin sahələrini duzla örtəcək, yeraltı sular şorlaşacaq. Bunu Doğu Azərbaycan kənd təsərrüfatı idarəsinin təmsilçisi Məsud Məhəmmədian söyləyib. Onun sözlərinə görə, bu fəlakət Doğu Azərbaycanın 204 min hektar torpağına birbaşa, 600 min hektara isə dolayısı ilə mənfi etgi göstərəcək. Əlavə edib ki, bu göstərici əyalətin 307 min ha dəmyə, 300 min ha suvarılan torpaqlarına şamil edilir.
Urmiye Gölünün qurumasına ölkə və beynəlxalq ictimaiyyətin diqqətini çəkmək məqsədi ilə aprelin 2-də "Etiraz kampaniyası" keçiriləcək.
Son prezident seçkisindən öncə Mahmud Əhmədinejadın başçılığı ilə hökumət iclaslarından birində onun rəhbərliyi altında Urmiya Gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyası yaradıldığı elan olunsa da, ötən iki ilə yaxın sürəcdə Urmiye Gölünün qurumasının qarşısının alınmasında əməli iş görülməyib. Sözlər vəd olaraq qalıb. Mütəxəssislər isə həyəcan təbili çalırlar ki, bu gedişlə Urmiya gölü xəritədən silinəcək.
Qaynaq