۱۳۹۲/۱۰/۱۷

Urmiye Gölü qurumasından dolayı 38 kend boşaltılmışdır

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: İran devlətinin tuğralı(rəsmi) verilərinə görə Urmiye Gölünün 80% qurumuşdur ancaq bu çevresəl fəlakət nədəni yanlış su yönətimi və devlətin Urmiye Gölü üzərinə Baraj tikmə siyasətləri olaraq göstərilməkdədir.
Urmiye Gölünün 80% qurumasına rağmən indiyədək sözdə bilimsəl toplantılar və çevresəl konferans dışında iran devləti pratikdə bir addım olsa bilə Urmiye Gölünün ölümünü önləmək və yenidən canlandırılmasına ilişgin bir addım atmamışdır.
İran devlətinin Urmiye Gölü qonusunda ilgisiz davranmağı Güney Azərbaycan’da duz fırtınalarının əsməsi, bölgədə çeşidli Kanser xəstəliklərinin yayqınlaşması, Urmiye şəhərinin hava kirliliyinin artması, iqlim Dəyişikliyinin sürətlənməsi, artan çölləşmə, bitgi ürtümünün yox olması, Artemia Urmianin nəslinin tükənməsi, əkinçilik də qullanılan su quyularının duzlanması və çox sayıda gərçəkləşən dirək etgiyə tanıqlıq etməkdəyik və ən yeni etgilərdən Urmiye Gölü çevrəsindəki 38 kəndin gölün quruması nədənilə təmamən boşaltılmasıdır.
 İran devlətinin tuğralı verilərinə görə Urmiye Gölünün çevrəsindəki 220 hektar əkinçilik alanı gölün suyunun geriləməsi nədənilə duzluğa çevrilməkdədir və Duz fırtınalarının yenidən başlanmasının göstərgəsi, Artı 38 kəndin Urmiye Gölünün qurumasından dolayı zorunlu köç etməsi yüzilin zorunlu çevre köçünün başlanqıcının ilk işarətidir.    
Urmiye Gölünün yenidən canlandıramq üçün 25-20 milyard metr kub suya ehtiyac var və göl üzərində 73 Baraj tikilmişdir.

هیچ نظری موجود نیست:

ارسال یک نظر