۱۳۹۲/۱۰/۲۱

Güney Azerbaycanın Bicar şəhərinin tarixsəl yapısının bir bölümü Baraj tikmek sonucu su altında qalacaqdır

Umud Urmulu
Güney Azərbaycan, Bicar: iran devlətinin tuğralı(rəsmi) xəbər düşərgəsi(sayt) olan irna.ir’ya görə Güney Azərbaycanın Bicar şəhərinin tarixsəl yapısını bir bölümü bölgədə Baraj tikmək sonucu su altında qalacaqdır.
Tuğralı olaraq yayınlanan bilgilərə görə Bicar şəhərində 18 tairxsəl yapısı Talvar Barajının yapısı gərəyi bütünlüklə su altında qalacaqdır, Bicar valısı adı çəkilən xəbər qaynağıla verdiyi söyləşidə bölgədəki yaşam alanı olan 5 kəndin təmamilə insanlardan boşaltılmasını duyurmuş və Baraj tikmə şirkətinin bu qonuda yerli insanlara pul verərək evlərindən və kəndlərində tərk etmələrini istədiyini duyurmuş ancaq indiyədək bu pul üdənməmişdir.
Talvar Barajı Güney Azərbaycanın Bicar şəhərinin Çəng Almas bölgəsində yer almaqdadır, əyər Baraj suyla doldurulursa çox yaxın bölgəsindəki yerləşim yerlərinin hamısı su altında qalacaqdır və ən önəmlisi bölgədəki 18 tarixsəl yapıd təmamilə su altında qalıb və bir uyqarlığın yanlız Barajlardan dolayı yox olmasına tanıq olacayıq. Kərimi bölgə valsının dediklərinə görə Barajdan dolayı 5 kənd yerlısı bölgədən zorunlu olaraq köç etmək zorunda qalacaqlardır. 
İran yasalarına görə Baraj şirkətləri Baraj tikintisi bitmədən bölgdəki yerli insanların yaşadığı kəndə və bölgənin pulu üdəyərək onlara yapılan zərəri önləmələri gərəkir.
İran devləti Güney Azərbaycan və başqa Türk bölgələrində Baraj tikmə siyastlərilə çevresəl bir soyqırıma imza atmışdır eləcə Urmiye Gölünün üzərində var olan 73 Baraj bugün bir çox uzmana görə Urmiye Gölünün ən önəmli qurudulması nədənləri olaraq sıralanmaqdadır.
Güney Azərbaycanın Bicar şəhərində Qam çaqay Qalası, Salavat abad körpüsü, Üç günbəz, Xosrovabad məçidi, Hac şahbaz timçəsi, Əmir tüman temçəsi, Nəcəfabad Təpəsi, Yengi Ərx qalası, Əski Bicar Bazarı, Naqara dağı, sukənd tarixi hamamı vs kimi çox sayıda tarixsəl yapıya ev sahibliği yapmaqdadır. Bu yapıdların hamısı Türk və Azərbaycan imparatorluqlarından qalan yapıdlardır. Bicar şəhəri iranin yenidən idari olaraq yapılandırılması və bölgədə demografik dəyişkliyə yaşıl ışaq yandırılması gərəyi Güney Azərbaycan idari yapısından alınıb və kürdistan ostanının idari yapısını iran devləti tərəfindən verildi. Ancaq bölgə 90% Türk olmasına rağmən iran devləti siyasi hesablar gərəyi bu işə imza atdı və bugün Kürdistan ostanı(iranda idari – siysi yapı) bu Türk tarixsəl yapılarına ilgisiz davranması onların bölgədəki Türk varlığının qanıtlarını kökdən silmələrinin amacladığının göstərgəsidir. Tarixsəl qaynaqlar indiki idari olaraq kürdistan və Kermanşah adlanan ostanlarının Türkləri barıındıran büyük bir bölümlərini “Əfşar-i Azərbaycan” olaraq adlandırırlar. 

هیچ نظری موجود نیست:

ارسال یک نظر