۱۳۹۲/۰۹/۱۵

Urmiye Gölü qurumasıla Azerbaycan’da kanser yayqınlaşacaqdır

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: İran devlətinin tuğralı(rəsmi) verilərinə görə bugün Urmiye Gölünün 80% qurumuşdur ancaq bu qurudulmağa rağmən son 15 il içində gölün qurumasını önləyəcək yoxsa yenidən canlandırması yönündə hər hansı bir addım İran devləti tərəfindən atılmamışdır.
Hər gün keçdikcə çeşidli uzamanların dediklərinə dayanaraq Urmiye Gölünün quruması sonucu büyük olumsuz etgilər Güney Azərbaycanı gözləməkdədir və bu olumsuz etgilərın ən önəmlisi Güney Azərbaycan’da canser xəstəliyinin yayqınlaşmasıdır. Son olaraq Batı Azərbaycan çevrə hörgütü başxanı Hüseyn Abbasnejadın dediyinə görə Urmiye Gölü quruması sonucu bölgədə çeşidli kanserlər yayqınlaşacağını qatıldığı bir devlət toplantısında dilləndirdi.
Abbasneajdın dediklərinə görə Urmiye Gölü quruması heyvanların yaşamasına və çevrəyə olumsuz etgilərı olduğula yanısıra insan yaşamınıda da büyük ölçüdə etgiləyəcəkdir. Özəlliklə Güney Azərbaycan’da gərçəkləşən Duz fırtınaları və Urmiye şəhərinin hava kirliliği Urmiye Gölünün ilk olumsuz etgilərindəndir..
Tərəfsiz uzamanlara görə Urmiye Gölü iran devlətinin Güney Azərbaycan’da Baraj tikmələri və yalnış su yönətimi sonucu qurumuşdur. 

هیچ نظری موجود نیست:

ارسال یک نظر