۱۳۹۲/۰۹/۰۶

Urmiye Gölünün qurumasını 30 il bundan öncə söylemişdik

Umud Urmulu
Güney Azərbaycan, Urmiye: Batı Azərbaycan çevre örgütü başxanı bugün iranın isna düşərgəs ilə (sitə) bir söyləşisi olmuş, söyləşidə ilginç olaraq başxan Urmiye Gölünün qurumasını 30 il bundan öncə dilə gətirdiklərini savunmuşdur, Ancaq 30 il bundan öncə Urmiye Gölü qurumasını söyləyərək nədən iran devləti yetgililəri bu qonuda önləm almamışlar daha ilginçdir və iran devlətinin Güney Azərbaycan çevre və doğasını açıqca baxşını sərgiləməktədir.
Həsən Abbasnejadın dediklərinə Görə Urmiye Gölü qurumasında iqlim Dəyişikliyi kimi doğa etgənləri dışında insan etgənlərıdə ön plandadadır ancaq o insan etgənləri dedi qonuyu açıqlamamış və daha doğrusu iran devlətının Güney Azərbaycan’da Baraj tikmə siyasətidə insan etgəni olaraq hesablanmış yoxsa yox bilinməməktədir. Bugün Tuğralı (rəsmi) olaraq Urmiye Gölü üzərində 73 Baraj bulunmaqda və tikilən Barajların Urmiye Gölü qurumsına qatqısını görməməzlikdən gəlmək heç doğru olmaz. iqlim Dəyişiklikləri 15-30 ildə yox yüz illər içində bir ekosistemdə etgi yarada bilərlər və iran devlətının Urmiye Gölü qurumasını iqlim Dəyişikliyini sorumlu olaraq göstərməsi daha çox özünü bu işin dışında tutuması üçün qullandıq əski bir yöntəmdir.
Iran devlətinin tuğrali verilərinə görə Urmiye Gölünün 75%  qurumuşdur ancaq əski və yeni devlət bilə gölün yenidən canlandırması haqqında addım atmamaqda israrlıdırlar və ən ilginçi Urmiye Gölünün qurumaq nədəni bugün bilimsəl olaraq bilinməməktədir.

هیچ نظری موجود نیست:

ارسال یک نظر