۱۳۹۱/۱۱/۱۵

Urmiye Gölünün Gerilemesi bölge Ekinçiliğini Pis Etgilemektedir


Güney Azərbaycan, Urmiye: iran dövləti və bütün fars medyasi Urmiye Gölünün sorununu sansür etməktədir ancaq bəzən bu iki ortaq qrupun sansürüna rağmən Urmiye Gölü haqqında iran dövləti meyasinda bir sıra Sözlər Sıza bilir, anlatılan qonular az çox Urmiye Gölünün durumunu göstərməktədir ancaq bu pis duruma rağmən indiyədək iran dövləti Urmiye Gölünü qorumaq amaclı bir addım olsa bilə atmamaqdadır və yanlız hər neçə aydan bir propaganda yaparaq olası Türk Ulusunun yenidən Ayaqlanmasını əngəlləməyi önləməktədir. Bugün iranin Tuğralı (rəsmı) Sanal xəbər düşərgəsi (sitə)olan farsnews.com da yayınlanan bilgilərə Görə Doğu Azərbaycan əkinçilik örgütünün başxanı Urmiye Gölünün Qurumasına deyinərək indilik 204 Hektar əkinçilik alanının yanlız Doğu Azərbaycan’da pis etgiləndiğini söyləmişdir. Iran dövlətinin bilgilərinə Görə 204 hektar Doğu Azərbaycanin 100 də 6 Əkinçilik alanı deməkdir və Urmiye gölünün qurumasını düşnərsək bu alan necə önümüzdəki illər genişləyəciğini ön görmək olur.
Məhəmmədiyan’a Görə Azərşəhər bölgəsindəki əkinçilik alanları Urmiye Gölünün suyunun Geriləməsi nədənilə büyük zərər görmüşdür və bu durum belə dəvam edərsə əkinçilər daha çox zərər görəcəklər. onun dediğinə Görə bölgədəki bir çox Su Quyusu bugün Duzlanmışdır və suyun keyfiyyəti heç yaxşı dəyildir. Azərşəhər bölgəsində 210 Su quyusu bulunmaqdadır ancaq bu quyuların bir çoxu bugün çalışmamaqdadır.  
Doğu Azərbaycan Əkinçilik örgütünün başxaninin dediğinə Görə bölgədə Sulama və əkin türlərini yenidən gözdən keçimək gərəkir və daha az su qullanan türlərdən yararlanılmalı yoxsa əkinçilik bir dəfəlik bölgədə yox ola bilir.

هیچ نظری موجود نیست:

ارسال یک نظر